Xəbərlər - Publika.az
Bizi izləyin

Hadisə

Azərbaycanda vəfat edən sabiq nazir bu şəxsin atasıdır - FOTO

Azərbaycanın keçmiş material ehtiyatları naziri Fərrux Zeynalovun vəfat etməsi barədə məlumat vermişdik.

Publika.az xəbər verir ki, vəfat edən sabiq nazirin oğlu Əziz Zeynalov Nəsimi rayon Bələdiyyəsinin sədri vəzifəsində çalışır. Rayon rəhbərliyi Ə.Zeynalova atasının vəfatı ilə əlaqədar başsağlığı verib.

Qeyd edək ki, F.Zeynalov uzun sürən xəstəlikdən sonra 80 yaşında dünyasını dəyişib.

Fərrux Məmmədnəbi oğlu Zeynalov 1942-ci il mayın 4-də Bakı şəhəri Lenin rayonunun Bilgəh qəsəbəsində anadan olub. 1959-cu ildə qəsəbə orta məktəbini, 1963-cü ildə Yüngül Sənaye Texnikumunu, 1969-cu ildə isə Çingiz İldırım Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) tikiş məmulatının texnologiyası fakültəsini bitirib. 1985-ci ildə namizədlik dissertasiyası müdafiə edərək, iqtisad elmləri namizədi alimlik dərəcəsi alıb.

İlk əmək fəaliyyətinə Bakı Şəhər Əhaliyə Məişət Xidməti İdarəsində fəhlə kimi başlayan Fərrux Zeynalov sonradan həmin idarədə dərzi, biçici, istehsalat müdiri vəzifələrində çalışmışdır. 1975-83-cü illərdə "Paltarların fərdi tikişi və təmiri" fabrikasının direktoru, 1983-1987-ci illərdə Bakı Şəhər Əhaliyə Məişət Xidməti İdarəsinin rəisi vəzifələrində işləyib. 1987-1992-ci illərdə Nəriman Nərimanov adına Bakı Trikotaj İstehsalat Birliyinin, Azərbaycan Maddi-Texniki Təchizat Komitəsi "Azəryüngülyeyintisənaye" Birliyinin, "Azərtoxucutəchizatsatış" firmasının baş direktoru vəzifələrində çalışıb.

F.Zeynalov 1992-1997-ci illərdə material ehtiyatları naziri işləyib. 1999-2005-ci illərdə "Güvən" şirkətinin baş direktoru vəzifələrində çalışıb.

XVII və XVIII çağırış Bakı Şəhər Xalq Deputatları Sovetinin, XII çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. 2005-2010-cu illərdə Milli Məclisin deputatı olub.

3 övladı var.

Rəylər
Oxumağa davam et
Reklam

Hadisə

Bakıda qeyri-qanuni tikintinin qarşısı alındı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Bakıda qeyri-qanuni tikintinin qarşısını alıb.

Bu barədə Publika.az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Agentliyin mütəxəssisləri tərəfindən paytaxtın Nərimanov rayonunda Qarabağ, Ə.Vahid, Ə.Əlizadə və T.Şıxəliyev küçələrinin kəsişməsində müvafiq sənədlər olmadan qeyri-qanuni tikinti işlərinin aparılması faktı aşkar edilib.

Göstərilən məsələ ilə əlaqədar FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyekt nəzarətə götürülüb.


Oxumağa davam et

Hadisə

Bakıdakı yanğın söndürüldü - YENİLƏNDİ

Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb.

Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

xxx

Bakıda yaşayış binasında yanğın başlayıb.

Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi 61 ünvanında çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

Məlumat qəbul ediləndən dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri yanğınsöndürmə və digər təxirəsalınmaz təcili tədbirlərin həyata keçirilməsi üçün yanğın baş verdiyi ünvana cəlb olunub.

Oxumağa davam et

Hadisə

Azərbaycanda dəhşətli partlayışın TƏFƏRRÜATI – Baba və nəvəsinin vəziyyəti ağırdır

Ötən gün axşam saatlarında Qazax rayonunda 2 nəfərin ağır xəsarət alması ilə nəticələnən partlayış hadisəsinin təfərrüatları məlum olub.

Publika.az -ın əldə etdiyi məlumata görə, ilkin araşdırmaların nəticəsində partlayışın Daş Salahlı kəndində yaşayan 1950-cı il təvəllüdlü Vəliyev Paşa Piri oğluna məxsus fərdi yaşayış evinin həyətindəki su quyusunda baş verdiyi məlum olub. Belə ki, bir neçə gün əvvəl su quyusunun divarlarını suvayan P.Vəliyev suvağın tez quruması üçün yaşadığı evin mətbəxindən quyuya kustar üsulla qaz xətti çəkib. O, qaz xəttinin başına xüsusi avadanlıq qoşaraq alışqanla onu yandırıb. Bu zaman hovuza qaz sızması nəticəsində qapalı məkanda yanğınla müşayət edilən partlayış baş verib.

Nəticədə 72 yaşlı Paşa Vəliyev və ona kömək edən nəvəsi Emil yanıq xəsarətləri alıblar. əvvəlcə Qazax rayon Mərkəzi xəstəxanasına çatdırılan baba və nəvəsi daha sonra Respublika Yanıq Mərkəzinə göndərilib. Onların vəziyyətinin ağır olduğu bildirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir. 

Oxumağa davam et
Reklam

Gündəm