Xəbərlər - Publika.az
Bizi izləyin

Hadisə

Göyçayda oğurluqla məşğul olan dəstə üzvləri tutuldu

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində rayon ərazisində silsilə oğurluqlar edən dəstə üzvləri saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Publika.az-a verilən məlumata görə, İkinci Ərəbcəbirli kəndində və şəhər ərazisində yerləşən həyətyanı sahələrdən, eləcə də Qızılağac kəndindəki qaynaqçı sexindən ümumi dəyəri iki min manata yaxın olan dəmir konstruksiyaların oğurlanması barədə polis şöbəsinə müraciətlər daxil olub.

Daxil olmuş müraciətlərlə əlaqədar keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində cinayət hadisələrini törətməkdə şübhəli bilinən qonşular-keçmiş məhkum Orxan Abdurəhimli, Seyran İsmayılov, Tərlan Həsənov və onların oğurladıqlarını daşımaq üçün sifariş etdikləri yük avtomobilinin sürücüsü Qəzənfər Fərzəliyev saxlanılıb. Saxlanılan şəxslər ifadələrində əməllərini etiraf ediblər və gecə saatlarında oğurladıqları dəmir konstruksiyaları Q.Fərzəliyevin idarə etdiyi “Qazel” markalı yük avtomobili ilə daşıyaraq əlvan metal qəbulu məntəqələrinə satdıqlarını bildiriblər.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir. Qeyd edək ki, saxlanılan Orxan Abdurəhimli, Seyran İsmayılov və Tərlan Həsənovun digər analoji cinayətlərdə də iştirakları istisna edilmir. Onların əməllərindən zərərçəkən başqa şəxslər olarsa, bu barədə DİN –in “102” Zəng Mərkəzinə və ya polis şöbəsinə müraciət edə bilərlər.

Rəylər

Hadisə

Onlayn narkotik alan qohumlar saxlanıldı - FOTO

Göyçayda xarici ölkə vətəndaşından onlayn narkotik alan qohumlar saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Publika.az-a verilən məlumata görə, əməliyyat-axtarış tədbiri nəticəsində şəhər sakini, əvvəllər də narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün saxlanılan Fərhad Adilov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkarlanıb. F.Adilov ifadəsində həmin narkotik vasitəni sosial şəbəkədə tanış olduğu xarici ölkələrin birinin vətəndaşından 300 manata aldığını və bibisi oğlu Tərlan Həsənovla Bakı şəhərinə gedərək əvvəlcədən ona deyilən yerdən götürüb, Göyçaya qayıtdıqlarını bildirib. Tədbirlərin davamı olaraq bir neçə gün əvvəl rayon ərazisindəki oğurluqlara görə saxlanılan T.Həsənovun da yaşadığı ünvana baxış keçirilib və oradan psixotrop maddə metamfetamin (“patı”), narkotik vasitə heroin və metadon həbləri aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Oxumağa davam et

Hadisə

Xaçmazda dəhşət: ana və qızı...

Xaçmazda ana və qızı dəm qazından zəhərlənib.

Publika.az Report-a istinadla xəbər verir ki, hadisə Yeni Həyat qəsəbəsində baş verib.

1987-ci il təvəllüdlü Əhmədova Nargözəl Kirmanşa qızı və övladı, 2013-cü il təvəllüdlü Əhmədova Maral Əliyar qızı ev şəraitində dəm qazından zəhərləniblər. Onlar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Həkimlərin səyinə baxmayaraq, M.Əhmədovanın həyatını xilas etmək mümkün olmayıb.

N.Əhmədovaya isə tibbi yardım göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağır dəyərləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et

Hadisə

İsmayıllı sakinindən odlu silah götürüldü

İsmayıllı sakinindən odlu silah götürülüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Publika.az-a verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Zoğallıq kənd sakini Sənan Cavadovdan qanunsuz olaraq saxladığı “İJ” markalı ov tüfəngi aşkar olunaraq götürülüb.

Onun barəsində protokol tərtib olunub və qərar qəbul edilməsi üçün rayon məhkəməsinə göndərilib.

Oxumağa davam et
Reklam

Gündəm