Xəbərlər - Publika.az
Bizi izləyin

Hadisə

Polis 14 nəfəri şadlıq evinə buraxmadı

Ötən gün 2 nəfər cərimə olunub, 14 nəfər şənliyə buraxılmayıb.

Publika.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 155 toy şənliyinin monitorinqini həyata keçirib.
Monitorinq 153 şadlıq sarayında, 2 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 2 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 14 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Rəylər

Hadisə

Xaçmazda dəhşət: ana və qızı...

Xaçmazda ana və qızı dəm qazından zəhərlənib.

Publika.az Report-a istinadla xəbər verir ki, hadisə Yeni Həyat qəsəbəsində baş verib.

1987-ci il təvəllüdlü Əhmədova Nargözəl Kirmanşa qızı və övladı, 2013-cü il təvəllüdlü Əhmədova Maral Əliyar qızı ev şəraitində dəm qazından zəhərləniblər. Onlar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Həkimlərin səyinə baxmayaraq, M.Əhmədovanın həyatını xilas etmək mümkün olmayıb.

N.Əhmədovaya isə tibbi yardım göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağır dəyərləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et

Hadisə

İsmayıllı sakinindən odlu silah götürüldü

İsmayıllı sakinindən odlu silah götürülüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Publika.az-a verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Zoğallıq kənd sakini Sənan Cavadovdan qanunsuz olaraq saxladığı “İJ” markalı ov tüfəngi aşkar olunaraq götürülüb.

Onun barəsində protokol tərtib olunub və qərar qəbul edilməsi üçün rayon məhkəməsinə göndərilib.

Oxumağa davam et

Hadisə

Bərdədə restoran sahibi həbs edildi

Bərdədə karantin qaydalarının pozulduğu restoranın sahibi inzibati qaydada həbs edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Publika.az-a verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində yerləşən şadlıq sarayında karantin rejiminin tələblərinin pozulduğu müəyyən edilib.

Yoxlamalar zamanı rayon ərazisində yerləşən “Muğan Məkan” şadlıq sarayında keçirilən toy məclisində qonaqların sayının normadan artıq olduğu aşkarlanıb.

Müəyyən edilmiş qayda pozuntusu ilə əlaqədar restoranın sahibi Elnur Sadıxov barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə o, 10 gün müddətinə inzibati qaydada həbs edilib.

Oxumağa davam et
Reklam

Gündəm