Xəbərlər - Publika.az
Bizi izləyin

Hadisə

Məhşur şirkətin yük qatarına hücum - FOTO

"Amazon" paketləri daşıyan yük qatarına basqın edilib.
Publika.az xəbər verir ki, cinayətkarların qatarlara atılaraq konteynerləri zorla açması nəticəsində minlərlə bağlama relslərə səpələnib.
Ortada qalan bağlamalar oğruların yeminə çevrilib.
  • Məhşur şirkətin yük qatarına hücum - FOTO

  • Məhşur şirkətin yük qatarına hücum - FOTO

  • Məhşur şirkətin yük qatarına hücum - FOTO

Rahib Ələsgərov
Rəylər

Hadisə

Onlayn narkotik alan qohumlar saxlanıldı - FOTO

Göyçayda xarici ölkə vətəndaşından onlayn narkotik alan qohumlar saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Publika.az-a verilən məlumata görə, əməliyyat-axtarış tədbiri nəticəsində şəhər sakini, əvvəllər də narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün saxlanılan Fərhad Adilov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkarlanıb. F.Adilov ifadəsində həmin narkotik vasitəni sosial şəbəkədə tanış olduğu xarici ölkələrin birinin vətəndaşından 300 manata aldığını və bibisi oğlu Tərlan Həsənovla Bakı şəhərinə gedərək əvvəlcədən ona deyilən yerdən götürüb, Göyçaya qayıtdıqlarını bildirib. Tədbirlərin davamı olaraq bir neçə gün əvvəl rayon ərazisindəki oğurluqlara görə saxlanılan T.Həsənovun da yaşadığı ünvana baxış keçirilib və oradan psixotrop maddə metamfetamin (“patı”), narkotik vasitə heroin və metadon həbləri aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Oxumağa davam et

Hadisə

Xaçmazda dəhşət: ana və qızı...

Xaçmazda ana və qızı dəm qazından zəhərlənib.

Publika.az Report-a istinadla xəbər verir ki, hadisə Yeni Həyat qəsəbəsində baş verib.

1987-ci il təvəllüdlü Əhmədova Nargözəl Kirmanşa qızı və övladı, 2013-cü il təvəllüdlü Əhmədova Maral Əliyar qızı ev şəraitində dəm qazından zəhərləniblər. Onlar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Həkimlərin səyinə baxmayaraq, M.Əhmədovanın həyatını xilas etmək mümkün olmayıb.

N.Əhmədovaya isə tibbi yardım göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağır dəyərləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et

Hadisə

İsmayıllı sakinindən odlu silah götürüldü

İsmayıllı sakinindən odlu silah götürülüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Publika.az-a verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Zoğallıq kənd sakini Sənan Cavadovdan qanunsuz olaraq saxladığı “İJ” markalı ov tüfəngi aşkar olunaraq götürülüb.

Onun barəsində protokol tərtib olunub və qərar qəbul edilməsi üçün rayon məhkəməsinə göndərilib.

Oxumağa davam et
Reklam

Gündəm