Xəbərlər - Publika.az
Bizi izləyin

Hadisə

Əlikram Tağıyev vəfat etdi

Azərbaycan elminə ağır itki üz verib.

Publika.az xəbər verir ki, müasir Azərbaycan fəlsəfə elminin görkəmli simalarından biri, fəlsəfə elmləri doktoru, professor Əlikram Mirhəsən oğlu Tağıyev dünyasını dəyişib.

Qeyd edək ki, Ə.Tağıyev 1945-ci ildə İmişli rayonunda anadan olub. M.F.Axundov adına APDİ-də ingilis və Azərbaycan dili ixtisası üzrə təhsil alıb. Fəlsəfə, politologiya, sosiologiya və kulturologiya sahəsində ixtisaslaşmış, müəyyən əhəmiyyət kəsb edən elmi araşdırmalar aparıb. Namizədlik və doktorluq işləri milli-etnik problemlər sahəsində olub. Milli ideya ve milli ideologiya problemləri ilə məşğul olan mərhum Akademiyanın Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun "Politologiya" şöbəsinin müdiri olub. 30-dan çox elmi monoqrafiyanın, 200-dən çox elmi məqalələr müəllifi olub.

Rəylər
Oxumağa davam et
Reklam

Hadisə

Baş Prokurorluq saxta hesablarla bağlı açıqlama yaydı

Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən sosial şəbəkələr və kütləvi informasiya vasitələri üzrə aparılan daimi monitorinq nəticəsində “Facebook” sosial şəbəkəsində Baş Prokurorluğun və bəzi tabe rayon (şəhər) prokurorluqlarının adından “fake” (saxta) hesabların açılması müəyyən edilib.

Bu barədə Publika.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Baş Prokurorluğun mavi nişan (blue sign) vasitəsi ilə təsdiqlənmiş facebook, instagram, youtube, telegram sosial şəbəkərindəki rəsmi səhifələrindən başqa hər hansı digər hesabları mövcud deyildir: "Odur ki, vətəndəşlarımızdan ayıq-sayıq olmaqla yalnız rəsmi sosial media səhifələrimizi izləməyi tövsiyə edirik.
Eyni zamanda, dövlət qurumlarının adından saxta hesabların yaradılmasının yolverilməzliyi barədə xəbərdar etməklə bu kimi neqativ hallara yol vermiş şəxslər barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilir.
Baş Prokurorluğun sosial şəbəkələrdəki rəsmi səhifələri:
"Facebook" səhifəsi – (link: https://www.facebook.com/prokurorluq/)
"İnstagram" səhifəsi – (link: https://www.instagram.com/prokurorluq/)
"Telegram" kanalı – (link: https://t.me/prokurorluq)
“Youtube” kanalı – (link: https://www.youtube.com/user/prokurorluq )
“Twitter” səhifəsi – (link: https://twitter.com/prokurorluq )".

Oxumağa davam et

Hadisə

"Azdrama" fəaliyyətini dayandırdı

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı (Azdrama) koronavirusa görə fəaliyyətini müvəqqəti dayandırıb.

Publika.az xəbər verir ki, bu barədə teatrdan məlumat verilib.

Bildirilib ki, son günlər teatrın əməkdaşları arasında COVID-19 infeksiyasına yoluxma hallarının artması ilə əlaqədar qabaqlayıcı-profilaktik tədbirlərin görülməsi qərara alınıb: "Belə ki, yanvar ayının 23-dən fevral ayının 7-dək teatrın öz iş fəaliyyətini müvəqqəti olaraq dayandırması haqqında qərar qəbul olunub. Qeyd olunan tarixlərə təyin edilmiş tamaşa nümayişləri və məşqlər təxirə salınır, teatrın inzibati binasına giriş-çıxış fevralın 7-dək məhdudlaşdırılır. Həmin tarixlərdə nəzərdə tutulan tamaşalar fevralın 7-dən etibarən nümayiş olunacaq".

Oxumağa davam et

Hadisə

Bakıda qeyri-qanuni tikintinin qarşısı alındı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Bakıda qeyri-qanuni tikintinin qarşısını alıb.

Bu barədə Publika.az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Agentliyin mütəxəssisləri tərəfindən paytaxtın Nərimanov rayonunda Qarabağ, Ə.Vahid, Ə.Əlizadə və T.Şıxəliyev küçələrinin kəsişməsində müvafiq sənədlər olmadan qeyri-qanuni tikinti işlərinin aparılması faktı aşkar edilib.

Göstərilən məsələ ilə əlaqədar FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyekt nəzarətə götürülüb.


Oxumağa davam et
Reklam

Gündəm