Xəbərlər - Publika.az
Bizi izləyin

Hadisə

Oğlu intihar edən müğənni özünü öldürmək istədi

Məşhur irlandiyalı müğənni Şineyd O'Konnorun 17 yaşlı oğlu intihar etdikdən sonra sənətçi də özünü öldürmək qərarına gəlib.

Publika.az Axşam.az-a istinadən xəbər verir ki, bu barədə o sosial şəbəkədə yazıb. Onun bu sözlərindən sonra polisə gətirilən ifaçının ifadəsi alınıb və dərhal xəstəxanaya yerləşdirilib.

Hazırda psixoloji vəziyyəti ağır olan Şineydin bir müddət xəstəxanada qalacağı deyilir.

Qeyd edək ki, Şineydin oğlu Neviim də bir müddət öncə müalicə olunmaq üçün klinikaya yerləşdirilsə də, oradan qaçmışdı. Bundan sonra ifaçı sosial şəbəkə hesablarında onun itkin düşməsi ilə bağlı axtarış elan etmişdi. Yanvarın 8-də isə Neviimin cəsədi polis tərəfindən aşkarlanmışdı.

Xatırladaq ki, Şineyd özü də narkotik asılılığından əziyyət çəkdiyi vaxtlarda intihara cəhd edib. O, 2018-ci ildə İslam dinini qəbul edib.

Rəylər
Oxumağa davam et
Reklam

Hadisə

Goranboyda üç nəfər çiyələkdən zəhərlənib? - RƏSMİ AÇIQLAMA

"Goranboyda üç nəfərin çiyələkdən zəhərlənməsi ilə bağlı bəzi xəbər saytlarında yayılmış məlumatlarda göstərilən qida zəhərlənməsi faktı təsdiqini tapmayıb".

Publika.az xəbər verir ki, bu barədə AQTA-dan "Report"un sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, xəstəxanaya müraciət edən şəxslərə həkim tərəfindən alimentar dispepsiya (düzgün qidalanmamaq nəticəsində yaranan mədə pozuntusu) diaqnozu qoyulub və həmin şəxslərin vəziyyəti qənaətbəxş olduğu üçün qısa müddət ərzində evə buraxılıblar: "Bu fakt bir daha onu göstərir ki, hələ də bəzi saytlar heç bir ekspertiza rəyi və tibbi diaqnoz olmadan bu kimi əsassız xəbərləri yayır və insanlar arasında yersiz təşvişin yaranmasına şərait yaradırlar. AQTA bir daha bildirir ki, zəhərlənmə halları ilə bağlı vətəndaşlar və media qurumları yalnız aidiyyəti dövlət orqanları tərəfindən təsdiqlənmiş rəsmi məlumatlara etibar etməlidirlər".

Oxumağa davam et

Hadisə

Xırdalanda kişi meyiti tapıldı

Abşeron rayonunun Xırdalan şəhərində bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Publika.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Onlar mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1974-cü il təvəllüdlü Mustafayev Sabir Bahadur oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Oxumağa davam et

Hadisə

Bakıda 7 yaşlı məktəbli necə ölüb? - RƏSMİ AÇIQLAMA

Baş Prokurorluq və Təhsil Nazirliyi Bakıda məktəbdə şagirdin ölümü ilə bağlı birgə məlumat yayıb.

Publika.az xəbər verir ki, məlumatda deyilir:

"Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən 11 nömrəli İnteqrasiya təlimli internat məktəbində yaşayan, daun sindromlu 10 oktyabr 2015-ci il təvəllüdlü şagird Vəliyeva Svetlana Vüqar qızının 16 may 2022-ci il tarixdə həmin məktəbdə ölməsi faktı ilə bağlı Sabunçu rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan ilkin araşdırma ilə müəyyən edilib ki, Svetlana Vəliyevanın səhhətində problem yarandığından təcili tibbi yardım çağırılıb və ona tibbi yardım göstərilməsinə baxmayaraq 16 may 2022-ci il tarixdə saat 06 radələrində vəziyyəti qəflətən ağırlaşaraq ölüb.

Məhkəmə-tibbi ekspertin iştirakı ilə aparılan müayinə zamanı S.Vəliyevanın bədəni üzərində hər-hansı xəsarət izi və zorakılıq əlamətləri aşkar edilməyib.

Hazırda araşdırma davam etdirilir".

Oxumağa davam et
Reklam

Gündəm