Polis Bakıda əməliyyat keçirdi: 11 nəfər saxlanıldı - Publika.az
Bizi izləyin

Hadisə

Polis Bakıda əməliyyat keçirdi: 11 nəfər saxlanıldı

Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 11 nəfər saxlanılıb, qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitə və psixotrop maddə çıxarılıb.

Daxili İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, İdarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Əhmədli və Köhnə Günəşli qəsəbələrində, eləcə də rayonun digər yaşayış məntəqələrində həyata keçirdikləri tədbirlər zamanı Zaur Şəkərəliyev, Samir Qafarov, Elçin Əliyev, Əfsəl Musayev, Sonqulu Daşdəmirov, Tural Hüseynov, İlkin Mahmudov, Elçin Sərdərov, Rasim Məmmədov, Orxan Məmmədzadə və Elxan Abbasov tutulublar.

Adları sadalanan şəxslər narkotik vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər. Bu şəxslərin hər biri barəsində Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar başlanılıb.Onlar tutularaq barələrində həbs qətimkan tədbirləri seçilib.

Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi, onların daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.

  • Polis Bakıda əməliyyat keçirdi: 11 nəfər saxlanıldı

  • Polis Bakıda əməliyyat keçirdi: 11 nəfər saxlanıldı

Publika.az
Rəylər
Oxumağa davam et
Reklam

Hadisə

Türkiyədə DƏHŞƏTLİ QƏZA: ölənlərin sayı artdı - FOTO - YENİLƏNDİ

Türkiyədə Adanadan Konya istiqamətində tələbələri daşıyan avtobusun qəzaya uğraması nəticəsində ölənlərin sayı artıb.

Publika.az xəbər verir ki, məlumata görə, qəza zamanı 2 nəfər hadisə yerində, 1 nəfər isə xəstəxanada dünyasını dəyişib. Bununla da qəzada ölənlərin sayı 3 nəfərə çatıb.

Hadisə zamanı habelə 41 nəfər xəsarət alıb. Onlardan 5-nin vəziyyəti ağırdır.

Yaralılar xəstəxanalara yerləşdiriliblər.

Türkiyə Prezidenti Rəcəb Tayyib qəzada ölənlərə rəhmət, ailələrinə səbir diləyib.

Hadisə ilə bağlı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə başsağlığı verib.

XXX

09:06

Türkiyənin Niğdə şəhərində tələbələri daşıyan avtobus aşıb.

Publika.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, qəza nəticəsində 2 nəfər həlak olub, 5-i ağır olmaqla 42 nəfər xəsarət alıb.

Bildirilir ki, xəsarət alanlar Niğdə və Ulukışla xəstəxanalarına yerləşdiriliblər.

İlkin məlumatlara görə, qəza sürücünün idarəetməni itirməsi səbəbindən baş verib.

Oxumağa davam et

Hadisə

Gəncədə tüfeyli həyat tərzi keçirənlər və dilənçilər saxlanıldı

Gəncədə tüfeyli həyat tərzi keçirənlər və dilənçilər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Publika.az-a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşları şəhər ərazisində tüfeyli həyat tərzi keçirən və dilənçiliklə məşğul olaraq vətəndaşların haqlı narazılığına səbəb olan şəxslərlə bağlı profilaktiki tədbir keçirib.

Təbir zamanı ümumilikdə 24 nəfər saxlanılaraq Polis Şöbəsinə gətirilib. Onlarla profilaktiki söhbətlər aparılaraq İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib. Daha sonra saxlanılan şəxslər qeydiyyatda olduqları şəhər və rayonlara göndərilib.

Oxumağa davam et

Hadisə

Samuxda qadından tiryək götürüldü

Samuxda qadından tiryək götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Publika.az-a verilən məlumata görə, Samux rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edərək saxlamaqda şübhəli bilinən A.Quliyeva saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 37 qram çəkidə narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb.

Saxlanılan şəxs maddi sübutla birlikdə istintaqa təhvil verilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.

Oxumağa davam et
Reklam

Gündəm