Hadisə
Təhlükədə qalan 5 uşaq xilas edildi - VİDEO

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Publika.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 44 yanğına çıxış və 5 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 5 uşaq xilas olunub. Həmçinin, Bakı şəhərinin Binəqədi rayonunda 1958-ci il təvəllüdlü Yusifov Əflatun Ömər oğlunun meyiti mənzildə bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Hadisə
Türkiyədə DƏHŞƏTLİ QƏZA: ölənlərin sayı artdı - FOTO - YENİLƏNDİ

Türkiyədə Adanadan Konya istiqamətində tələbələri daşıyan avtobusun qəzaya uğraması nəticəsində ölənlərin sayı artıb.
Publika.az xəbər verir ki, məlumata görə, qəza zamanı 2 nəfər hadisə yerində, 1 nəfər isə xəstəxanada dünyasını dəyişib. Bununla da qəzada ölənlərin sayı 3 nəfərə çatıb.
Hadisə zamanı habelə 41 nəfər xəsarət alıb. Onlardan 5-nin vəziyyəti ağırdır.
Yaralılar xəstəxanalara yerləşdiriliblər.
Türkiyə Prezidenti Rəcəb Tayyib qəzada ölənlərə rəhmət, ailələrinə səbir diləyib.
Hadisə ilə bağlı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə başsağlığı verib.
XXX
09:06
Türkiyənin Niğdə şəhərində tələbələri daşıyan avtobus aşıb.
Publika.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, qəza nəticəsində 2 nəfər həlak olub, 5-i ağır olmaqla 42 nəfər xəsarət alıb.
Bildirilir ki, xəsarət alanlar Niğdə və Ulukışla xəstəxanalarına yerləşdiriliblər.
İlkin məlumatlara görə, qəza sürücünün idarəetməni itirməsi səbəbindən baş verib.
Hadisə
Gəncədə tüfeyli həyat tərzi keçirənlər və dilənçilər saxlanıldı

Gəncədə tüfeyli həyat tərzi keçirənlər və dilənçilər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Publika.az-a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşları şəhər ərazisində tüfeyli həyat tərzi keçirən və dilənçiliklə məşğul olaraq vətəndaşların haqlı narazılığına səbəb olan şəxslərlə bağlı profilaktiki tədbir keçirib.
Təbir zamanı ümumilikdə 24 nəfər saxlanılaraq Polis Şöbəsinə gətirilib. Onlarla profilaktiki söhbətlər aparılaraq İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib. Daha sonra saxlanılan şəxslər qeydiyyatda olduqları şəhər və rayonlara göndərilib.
Hadisə
Samuxda qadından tiryək götürüldü

Samuxda qadından tiryək götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Publika.az-a verilən məlumata görə, Samux rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edərək saxlamaqda şübhəli bilinən A.Quliyeva saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 37 qram çəkidə narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb.
Saxlanılan şəxs maddi sübutla birlikdə istintaqa təhvil verilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.
- Maraqlı22 May 2022 14:12
Bu ilin yay şortları: ən dəbli 5 model - FOTO
- Sosial22 May 2022 12:43
Bakıda yağış yağacaq, bölgələrdə şimşək çaxacaq - SABAHIN HAVASI
- Dünya22 May 2022 10:35
Rusiya “Terminator”larını döyüşə göndərir - Britaniya kəşfiyyatı
- Siyasət22 May 2022 02:42
Ərdoğan ŞƏRTLƏRİNİ AÇIQLADI: Yalnız bu halda...
- Qoroskop22 May 2022 00:15
Günün ULDUZ FALI: aktual məsələlərin həllini sabaha saxlayın
- Dünya21 May 2022 22:25
Rusiyada gizli səfərbərlik ELAN EDİLDİ - Baş Qərargahdan AÇIQLAMA
- Sosial21 May 2022 19:32
Kəlbəcər istiqamətində ordumuzun mövqeləri atəşə tutuldu
- Sosial21 May 2022 17:07
Vətəndaşların NƏZƏRİNƏ: sabah pulsuz olacaq