Hadisə
Bakıda dəhşətli hadisə: Zərbədən gözləri yerindən çıxdı

Ötən gecə Bakı şəhərinin Xətai rayonu ərazisində dəhşətli yol qəzası baş verib.
Publika.az xəbər verir ki, saat 01 radələrində 8 Noyabr prospektində 35 yaşlı F.Hacıyevin idarə etdiyi “KİA” markalı, 99 VS 219 dövlət qeydiyyat nişanlı avtomobil yüksək sürətlə divara çırpılıb. Nəticədə avtomobildə olan sərnişin aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sürücü isə baş nahiyəsindən ağır xəsarət alıb, zərbənin gücündən onun gözləri yerindən çıxaraq qopub.
Faktla bağlı Xəai rayon Polis İdarəsində araşdırma aparılır.
Hadisə
İmişlidə dəhşətli qəza: ölən var

İmişli rayonunda avtomobil aşıb, ölən var.
Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, mayın 22-də saat 19 radələrində rayonun Xubyarlı kəndi ərazisində kənd sakini Elvin Əsədzadə idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb. Xəsarət alan sürücü xəstəxanaya aparılarkən yolda ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Hadisə
Tovuzdan ARB telekanalına gedən şəxs tapıldı - FOTO - YENİLƏNDİ

Tovuzdan ARB televiziyasına gedərək itkin düşən qadın tapılıb.
Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov deyib.
O bildirib ki, polis əmədaşlarının keçirdikləri müvafiq axtarış tədbirləri nəticəsində Tovuz rayonunun Hunanlar kənd sakini Firuzə Yusifovanın yeri Bakı şəhərində müəyyən edilib: "O, gün ərzində ailəsinə təhvil veriləcək".
xxx
10:00
Tovuzdan ARB telekanalına gedən şəxs itkin düşüb.
Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Bildirilib ki, rayonun Hunanlar kənd sakini, 1940-cı il təvəllüdlü Firuzə Yusifova may ayının 16-da yaşadığı evdən çıxaraq Bakı şəhərində yerləşən “ARB” telekanalına gedib və bir daha geri qayıtmayıb.
"Sonuncu dəfə həmin telekanalın inzibati binasının yaxınlığında görülən şəxsin əlamətləri belədir: Boyu 160 sm, saçları ağ rəngdədir, arıq bədən quruluşludur. Evdən çıxarkən onun əynində göy rəngli don və ağ rəngli köynək olub.
Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-315-00-94 şəhər və (070) 213-64-00 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur", - məlumatda qeyd edilib.
Hadisə
Abel Məhərrəmovun keçmiş gəlini səfir oğlundan 46 min tələb edir

Azərbaycanın Estoniyadakı səfiri Anar Məhərrəmovun keçmiş həyat yoldaşı Mehriban Eyyubova ondan 50 min manata yaxın pul tələb edir.
Publika.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, M.Eyyubova məsələ ilə bağlı Yasamal Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verib. Şikayətdə qeyd olunub ki, ailə birgə nikah dövründə dəyəri 92 800 manat olan mənzil alıb. Eyyubova həmin mənzilin dəyərinin tam yarısının (46 400 AZN) Anar Məhərrəmovdan tutulub ona ödənilməsini istəyir.
Xəbəri rus dilində oxuyun: Бывшая невестка Абеля Магеррамова требует от его сына 50 000
İddiaya Bakı Apellyasiya Məhkəməsində hakim Şərafət Məmmədovanın sədrliyi ilə baxılır.
Qeyd edək ki, Anar Məhərrəmov və Mehriban Məhərrəmova rəsmi olaraq ötən il boşanıb. Yasamal Rayon Məhkəməsi birgə nikah dövründə alınmış bir sıra əmlak və əldə edilmiş gəlirin yarısının, eləcə də üç azyaşlı uşağın ananın himayəsinə verilməsi barədə qətnamə çıxarıb. Lakin sözügedən 92 800 manatlıq mənzillə bağlı iddia rədd edilib.
Xatırladaq ki, Anar Məhərrəmov hazırda Azərbaycanın Estoniyadakı səfiridir. O, Bakı Dövlət Universitetinin sabiq rektoru (1999-2018) Abel Məhərrəmovun oğludur. Mehriban Eyyubova isə Baş nazirin birinci müavini Yaqub Eyyubovun qardaşı qızıdır. Onun da ixtisasca diplomat olduğu bildirilir.
- Maqazin23 May 2022 19:36
Tanınmış aktyorun qızının toyunda DUYĞULU ANLAR: gəlin göz yaşını saxlaya bilmədi - VİDEO
- Rəsmi xronika23 May 2022 19:23
Delimitasiya üzrə ekspert qrupu yaradılacaq
- Maraqlı23 May 2022 16:04
Əsgərlikdə ola-ola Bakıda avtoşluq edən şəxs kimin oğludur? - VİDEO
- Maqazin23 May 2022 16:00
Mətanət İsgəndərli gəlini ilə barışmasından danışdı - VİDEO
- Sosial23 May 2022 15:38
Hava kəskin dəyişir: 26 mayadək... - XƏBƏRDARLIQ EDİLDİ
- Hadisə23 May 2022 14:45
Azərbaycanda 41 yaşlı alimin ölümü ilə bağlı ŞOK FAKTLAR ÜZƏ ÇIXDI - YENİLƏNDİ
- Sosial23 May 2022 14:33
Azərbaycanda "meymun çiçəyi" qeydə alınıb? - SON DƏQİQƏ AÇIQLAMASI
- Maqazin23 May 2022 11:35
Adriana Lima festivala elə geyimdə gəldi ki... - FOTO