Xəbərlər - Publika.az
Bizi izləyin

Hadisə

Azərbaycanda 34 yaşlı müəllimin intiharının ŞOK SƏBƏBİ - TƏFƏRRÜAT - FOTO

4 gün əvvəl Göyçay şəhərində Ərəbcəbirli kənd sakini, 1988-ci il təvəllüdlü Gülnar Yusifova şəhərin H.Tağıyev küçəsində yerləşən evində özünü zəhərləyərək öldürməsi hadisəsi ilə bağlı bəzi faktlar üzə çıxıb.

Publika.az-ın əldə etdiyi məlumata görə, ilkin araşdırmalar zamanı 3 uşaq anası olan müəllimin işlə bağlı hər hansı probleminin olmadığı məlum olub. Belə ki, G.Yusifova anasının direktor olduğu məktəbdə xeyli vaxt imiş işləyirmiş və hər hansı işgüzar problem yaşamayıb. 

Belə ki, məlumata görə, son dövrlərdə onun ər evində bəzi söz-söhbətlərin yaranması, ailədə keçimsizlik 34 yaşlı müəllimənin psixoloji sarsıntı keçirməsinə səbəb olub. Hətta bir müddət əvvəl G.Yusifova bir müddət ayrı yaşasa da, yaxınlarının istəyi ilə yenidən həyat yoldaşı və onun valideynlərinin yaşadığı evə qayıdıb. Lakin ailədaxili keçimsizlik davam edib.

Bildirilib ki, G.Yusifova üzləşdiyi problemlərlə bağlı çox danışmağı sevməyib və bu səbəbdən onun doğmaları problemlərin belə bir hadisə ilə nəticələnə biləcəyini düşünməyib.

Faktla bağlı araşdırmalar davam etdirilir. 

  • Azərbaycanda 34 yaşlı müəllimin intiharının ŞOK SƏBƏBİ - TƏFƏRRÜAT - FOTO

  • Azərbaycanda 34 yaşlı müəllimin intiharının ŞOK SƏBƏBİ - TƏFƏRRÜAT - FOTO

Muxtar
Rəylər
Oxumağa davam et
Reklam

Hadisə

Goranboyda üç nəfər çiyələkdən zəhərlənib? - RƏSMİ AÇIQLAMA

"Goranboyda üç nəfərin çiyələkdən zəhərlənməsi ilə bağlı bəzi xəbər saytlarında yayılmış məlumatlarda göstərilən qida zəhərlənməsi faktı təsdiqini tapmayıb".

Publika.az xəbər verir ki, bu barədə AQTA-dan "Report"un sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, xəstəxanaya müraciət edən şəxslərə həkim tərəfindən alimentar dispepsiya (düzgün qidalanmamaq nəticəsində yaranan mədə pozuntusu) diaqnozu qoyulub və həmin şəxslərin vəziyyəti qənaətbəxş olduğu üçün qısa müddət ərzində evə buraxılıblar: "Bu fakt bir daha onu göstərir ki, hələ də bəzi saytlar heç bir ekspertiza rəyi və tibbi diaqnoz olmadan bu kimi əsassız xəbərləri yayır və insanlar arasında yersiz təşvişin yaranmasına şərait yaradırlar. AQTA bir daha bildirir ki, zəhərlənmə halları ilə bağlı vətəndaşlar və media qurumları yalnız aidiyyəti dövlət orqanları tərəfindən təsdiqlənmiş rəsmi məlumatlara etibar etməlidirlər".

Oxumağa davam et

Hadisə

Xırdalanda kişi meyiti tapıldı

Abşeron rayonunun Xırdalan şəhərində bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Publika.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Onlar mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1974-cü il təvəllüdlü Mustafayev Sabir Bahadur oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Oxumağa davam et

Hadisə

Bakıda 7 yaşlı məktəbli necə ölüb? - RƏSMİ AÇIQLAMA

Baş Prokurorluq və Təhsil Nazirliyi Bakıda məktəbdə şagirdin ölümü ilə bağlı birgə məlumat yayıb.

Publika.az xəbər verir ki, məlumatda deyilir:

"Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən 11 nömrəli İnteqrasiya təlimli internat məktəbində yaşayan, daun sindromlu 10 oktyabr 2015-ci il təvəllüdlü şagird Vəliyeva Svetlana Vüqar qızının 16 may 2022-ci il tarixdə həmin məktəbdə ölməsi faktı ilə bağlı Sabunçu rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan ilkin araşdırma ilə müəyyən edilib ki, Svetlana Vəliyevanın səhhətində problem yarandığından təcili tibbi yardım çağırılıb və ona tibbi yardım göstərilməsinə baxmayaraq 16 may 2022-ci il tarixdə saat 06 radələrində vəziyyəti qəflətən ağırlaşaraq ölüb.

Məhkəmə-tibbi ekspertin iştirakı ilə aparılan müayinə zamanı S.Vəliyevanın bədəni üzərində hər-hansı xəsarət izi və zorakılıq əlamətləri aşkar edilməyib.

Hazırda araşdırma davam etdirilir".

Oxumağa davam et
Reklam

Gündəm