Hadisə
Azərbaycanda kollec müəlliminin öldürülməsinin ŞOK SƏBƏBİ - TƏFƏRRÜAT

Gəncədə qətl törətməkdə təqsirləndirilən 1988-ci il təvəllüdlü Rəfiyev Seymur Natiq oğluna hökm oxunub və o, 15 il müddətinə azadlıqdan məhrum edilib.
Publika.az xəbər verir ki, bu barədə hökm Gəncə Ağır Cinayətlər Məhkəməsində elan olunub.
Məlumata görə, hadisə 2020-ci il avqustun 28-də Gəncə şəhəri ərazisindəki mənzildə qeydə alınıb. Belə ki, Rəfiyev Seymur Natiq oğlu xalası əri, 1953-cü il təvəllüdlü Dəmirov Yusif Fərhad oğluna 10 bıçaq zərbəsi endirərək qətlə yetirib.
Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.5-ci (tamah məqsədi ilə adam öldürmə) maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, qətlə yetirilən Y.Dəmirov Gəncə Tibb Kollecinin “Azərbaycan tarixi“ müəllimi olub.
İttiham aktına əsasən, S.Rəfiyev qohumunu ondan aldığı 310 manat borca görə öldürüb. Belə ki, ikinci qrup əlil olan Seymur xeyli vaxt imiş ki, Yusif Dəmirova olan borcunu verməkdən imtina edirmiş. Daha sonra o, mərhum xalasının ərini öldürərək məsələni həll etmək fikrinə düşüb. Qətli törətdikdən sonra S.Rəfiyev özünü zəhərləyərək intihara cəhd edib.
Məhkəmədə o, törətdiyi əməli etiraf etməyib və ifadə verməkdən imtina edib.
Mərhum Y.Dəmirovun hüquqi varisi olan övladı isə Seymurdan şikayətçi olmadığını bildirib.
Qeyd edək ki, qətlə yetirilən şəxs Gəncə Tibb Kollecinin “Azərbaycan tarixi“ müəllimidir.
Hadisə
11 nəfər koronavirusa yoluxdu, ölən yoxdur

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 11 yeni yoluxma faktı qeydə alınıb, 9 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Publika.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 792746 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782987 nəfər müalicə olunaraq sağalıb, 9712 nəfər vəfat edib. 47 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2163, bu günə qədər isə ümumilikdə 6885286 test icra olunub.
Hadisə
Tağıyevin heykəlinə zərər vuranlara hökm oxundu

Xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin heykəlinə zərər vurmaqda ittiham edilən şəxslərə hökm oxunub.
Publika.az xəbər verir ki, xuliqanlıq və tarixi abidəni qəsdlə zədələmə maddələri ilə təqsirləndirilən şəxslərdən biri 1 il 5 ay 28 gün, digəri isə 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.
Bu ilin yanvar ayında sosial şəbəkələrdə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin paytaxtın Səbail rayonu ərazisində ucaldılan heykəlinə zərər vurulmasını əks etdirən görüntülər yayılıb.
Qısa müddətdən sonra heykəldən qoparılmış təsbeh elementi yerinə bərpa edilib.
Hadisə
Xocavənddə dəmir tullantıları toplayan şəxslər saxlanıldı - FOTO

Xocavənd Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində işğaldan azad edilmiş və partlayıcı vasitələrdən tam təmizlənməmiş ərazilərdən dəmir tullantılar və müxtəlif əşyalar toplayan şəxslər saxlanılıblar.
Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, Xocavənd RPŞ-nin əməkdaşları rayon ərazisində xidmətdə olan zaman Füzuli rayon sakinləri - Elvin Alışlı, Nürəddin Əbilov və Ədalət Kərimovun qanunsuz olaraq metal tullantıları və digər əşyaları toplayarkən saxlayıblar.
Adıçəkilən şəxslər həmin ərazilərə keçdikləri avtomobillərlə birgə polis şöbəsinə gətiriliblər.
Hazırda Xocavənd RPŞ-də hər üç şəxs barəsində araşdırmalar davam etdirilir.
- Sosial27 May 2022 14:49
Azərbaycanda xanım rəisə ŞƏRT QOYDULAR: Ya intihar et, ya da... - FOTO
- Mədəniyyət27 May 2022 14:22
Azərbaycanda lezbiyan, trans və geylər haqqında film - FOTO - VİDEO
- Siyasət27 May 2022 13:42
Azərbaycanda referendum keçiriləcək?
- Dünya27 May 2022 13:29
Avropanı bölən yeni ittifaq planı: Ukrayna və Türkiyə...
- Hadisə27 May 2022 12:48
Ağdamda hərbi qulluqçumuz minaya düşdü - YENİLƏNDİ
- Hadisə27 May 2022 09:46
Bakı metrosunda həyəcanlı anlar - Təcili yardım çağırıldı
- Hadisə27 May 2022 09:41
Azərbaycanda qadın müəllim yanıb öldü - ŞOK TƏFƏRRÜAT - VİDEO
- Dünya27 May 2022 07:30
Xaçatryandan SÜLH AÇIQLAMASI: "Bu imkanlardan istifadə etməliyik"