Hadisə
Polis bu falçı ilə bağlı əhaliyə MÜRACİƏT ETDİ - FOTO

Kürdəmirdə fala baxmaq adı ilə insanları aldadaraq pullarını və qızıllarını mənimsəyən qadın polislər tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Publika.az-a verilən məlumata görə, Kürdəmir rayon sakini olan bir qadın rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək yanvar ayının 19-da tanımadığı bir qadının onun yaşadığı evə gəldiyini və fala baxmaq adı ora daxil olduğunu, həmin zaman isə onun huşunun itirməsindən istifadə edərək 500 manat pulunu və 4 800 manat dəyərində qızıl-zinət əşyalarının oğurladığını bildirib.
Müraciətlə əlaqədar RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində dələduzluq yolu ilə insanların etibarından sui-istifadə edən və zərərçəkənin pullarını və qızıl-zinət əşyalarını məsimsəyən qadının dilənçiliklə məşğul olan Bərdə rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Aygün Abdullayeva olduğu müəyyən edilib.
Həmin qadın polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Saxlanılan qadın barəsində Kürdəmir RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar aparılır.
"Həmin qadının fala baxmaq adı ilə digər şəxsləri aldatdığı da istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, eləcə də Kürdəmir Rayon Polis Şöbəsinə müraciət etmələri xahiş olunur", - məlumatda qeyd edilib.
Hadisə
Tağıyevin heykəlinə zərər vuranlara hökm oxundu

Xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin heykəlinə zərər vurmaqda ittiham edilən şəxslərə hökm oxunub.
Publika.az xəbər verir ki, xuliqanlıq və tarixi abidəni qəsdlə zədələmə maddələri ilə təqsirləndirilən şəxslərdən biri 1 il 5 ay 28 gün, digəri isə 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.
Bu ilin yanvar ayında sosial şəbəkələrdə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin paytaxtın Səbail rayonu ərazisində ucaldılan heykəlinə zərər vurulmasını əks etdirən görüntülər yayılıb.
Qısa müddətdən sonra heykəldən qoparılmış təsbeh elementi yerinə bərpa edilib.
Hadisə
Xocavənddə dəmir tullantıları toplayan şəxslər saxlanıldı - FOTO

Xocavənd Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində işğaldan azad edilmiş və partlayıcı vasitələrdən tam təmizlənməmiş ərazilərdən dəmir tullantılar və müxtəlif əşyalar toplayan şəxslər saxlanılıblar.
Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, Xocavənd RPŞ-nin əməkdaşları rayon ərazisində xidmətdə olan zaman Füzuli rayon sakinləri - Elvin Alışlı, Nürəddin Əbilov və Ədalət Kərimovun qanunsuz olaraq metal tullantıları və digər əşyaları toplayarkən saxlayıblar.
Adıçəkilən şəxslər həmin ərazilərə keçdikləri avtomobillərlə birgə polis şöbəsinə gətiriliblər.
Hazırda Xocavənd RPŞ-də hər üç şəxs barəsində araşdırmalar davam etdirilir.
Hadisə
Xəlil Rza Ulutürkün həyat yoldaşı dəfn olundu - YENİLƏNDİ

Xalq şairi Xəlil Rza Ulutürkün həyat yoldaşı, Milli Qəhrəman Təbriz Xəlilbəylinin anası Firəngiz Ulutürk dəfn edilib.
Publika.az xəbər verir ki, mərhum Badamdar qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, F. Ulutürk bu gün səhər saatlarında 89 yaşında dünyasını dəyişib.
xxx
Xalq şairi Xəlil Rza Ulutürkün həyat yoldaşı, Milli Qəhrəman Təbriz Xəlilbəylinin anası Firəngiz Ulutürk vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə Report-a mərhumun yaxınları məlumat verib.
Bildirilib ki, o, bu gün səhər saatlarında 89 yaşında dünyasını dəyişib.
- Sosial27 May 2022 14:49
Azərbaycanda xanım rəisə ŞƏRT QOYDULAR: Ya intihar et, ya da... - FOTO
- Mədəniyyət27 May 2022 14:22
Azərbaycanda lezbiyan, trans və geylər haqqında film - FOTO - VİDEO
- Siyasət27 May 2022 13:42
Azərbaycanda referendum keçiriləcək?
- Dünya27 May 2022 13:29
Avropanı bölən yeni ittifaq planı: Ukrayna və Türkiyə...
- Hadisə27 May 2022 12:48
Ağdamda hərbi qulluqçumuz minaya düşdü - YENİLƏNDİ
- Hadisə27 May 2022 09:46
Bakı metrosunda həyəcanlı anlar - Təcili yardım çağırıldı
- Hadisə27 May 2022 09:41
Azərbaycanda qadın müəllim yanıb öldü - ŞOK TƏFƏRRÜAT - VİDEO
- Dünya27 May 2022 07:30
Xaçatryandan SÜLH AÇIQLAMASI: "Bu imkanlardan istifadə etməliyik"