Bakıda ŞOK HADİSƏ - Keçmiş polis işçisinin maşınına atəş açdılar - Publika.az
Bizi izləyin

Hadisə

Bakıda ŞOK HADİSƏ - Keçmiş polis işçisinin maşınına atəş açdılar

Bakıda bir neçə gün öncə silahlı hücuma məruz qalan şəxsin keçmiş polis əməkdaşı olduğu məlum olub.

Yanvarın 20-si axşam saat 18 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində naməlum şəxs qəsəbə sakini Tərlan Namazovun idarə etdiyi “Pajero” markalı avtomobilə odlu silahdan atəş açıb.

Məlum olub ki, Tərlan Namazov keçmiş polis əməkdaşıdır. Daha öncə xidmətdə yol verdiyi nöqsanlara görə daxili işlər orqanlarından xaric olunub.

Hazırda cinayəti törədən şəxsin müəyyən edilərək saxlanılması istiqamətində intensiv əməliyyat-axtarış tədbirləri davam etdirilir.(Qafqazinfo)

Rəylər
Oxumağa davam et
Reklam

Hadisə

11 nəfər koronavirusa yoluxdu, ölən yoxdur

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 11 yeni yoluxma faktı qeydə alınıb, 9 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Publika.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 792746 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782987 nəfər müalicə olunaraq sağalıb, 9712 nəfər vəfat edib. 47 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2163, bu günə qədər isə ümumilikdə 6885286 test icra olunub.

Oxumağa davam et

Hadisə

Tağıyevin heykəlinə zərər vuranlara hökm oxundu

Xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin heykəlinə zərər vurmaqda ittiham edilən şəxslərə hökm oxunub.  

Publika.az xəbər verir ki, xuliqanlıq və tarixi abidəni qəsdlə zədələmə maddələri ilə təqsirləndirilən şəxslərdən biri 1 il 5 ay 28 gün, digəri isə 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. 

Bu ilin yanvar ayında sosial şəbəkələrdə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin paytaxtın Səbail rayonu ərazisində ucaldılan heykəlinə zərər vurulmasını əks etdirən görüntülər yayılıb. 

Qısa müddətdən sonra heykəldən qoparılmış təsbeh elementi yerinə bərpa edilib.

Oxumağa davam et

Hadisə

Xocavənddə dəmir tullantıları toplayan şəxslər saxlanıldı - FOTO

Xocavənd Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində işğaldan azad edilmiş və partlayıcı vasitələrdən tam təmizlənməmiş ərazilərdən dəmir tullantılar və müxtəlif əşyalar toplayan şəxslər saxlanılıblar.

Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Xocavənd RPŞ-nin əməkdaşları rayon ərazisində xidmətdə olan zaman Füzuli rayon sakinləri - Elvin Alışlı, Nürəddin Əbilov və Ədalət Kərimovun qanunsuz olaraq metal tullantıları və digər əşyaları toplayarkən saxlayıblar.

Adıçəkilən şəxslər həmin ərazilərə keçdikləri avtomobillərlə birgə polis şöbəsinə gətiriliblər.

Hazırda Xocavənd RPŞ-də hər üç şəxs barəsində araşdırmalar davam etdirilir.

Oxumağa davam et
Reklam

Gündəm