Hadisə
Mülki müdafiə planının hazırlanması üzrə Komissiyanın birinci iclası keçirildi - FOTO

25 yanvar 2022-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin inzibati binasında Azərbaycan Respublikası Baş nazirinin müvafiq sərəncamı ilə yaradılmış Azərbaycan Respublikasının mülki müdafiə planının hazırlanması üzrə Komissiyanın birinci iclası keçirilib.
Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, komissiya sədrinin müavini fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun sədrliyi ilə keçirilən iclasda mülki müdafiə planının hazırlanması üzrə Komissiyanın qarşısında duran vəzifələr barədə danışılıb.
İclasda, həmçinin planın hazırlanması ilə əlaqədar Komissiya üzvlərinin təklifləri səsləndirilib, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb və görüləcək tədbirlərin konkret istiqamətləri müəyyən olunub.
Hadisə
Xocavənddə dəmir tullantıları toplayan şəxslər saxlanıldı - FOTO

Xocavənd Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində işğaldan azad edilmiş və partlayıcı vasitələrdən tam təmizlənməmiş ərazilərdən dəmir tullantılar və müxtəlif əşyalar toplayan şəxslər saxlanılıblar.
Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, Xocavənd RPŞ-nin əməkdaşları rayon ərazisində xidmətdə olan zaman Füzuli rayon sakinləri - Elvin Alışlı, Nürəddin Əbilov və Ədalət Kərimovun qanunsuz olaraq metal tullantıları və digər əşyaları toplayarkən saxlayıblar.
Adıçəkilən şəxslər həmin ərazilərə keçdikləri avtomobillərlə birgə polis şöbəsinə gətiriliblər.
Hazırda Xocavənd RPŞ-də hər üç şəxs barəsində araşdırmalar davam etdirilir.
Hadisə
Xəlil Rza Ulutürkün həyat yoldaşı dəfn olundu - YENİLƏNDİ

Xalq şairi Xəlil Rza Ulutürkün həyat yoldaşı, Milli Qəhrəman Təbriz Xəlilbəylinin anası Firəngiz Ulutürk dəfn edilib.
Publika.az xəbər verir ki, mərhum Badamdar qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, F. Ulutürk bu gün səhər saatlarında 89 yaşında dünyasını dəyişib.
xxx
Xalq şairi Xəlil Rza Ulutürkün həyat yoldaşı, Milli Qəhrəman Təbriz Xəlilbəylinin anası Firəngiz Ulutürk vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə Report-a mərhumun yaxınları məlumat verib.
Bildirilib ki, o, bu gün səhər saatlarında 89 yaşında dünyasını dəyişib.
Hadisə
Ağdamda hərbi qulluqçumuz minaya düşdü - YENİLƏNDİ

Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunların hərbçisi, çavuş Əzizağa Umarovun minaya düşməsi faktı ilə bağlı Ağdam Hərbi Prokurorluğunda araşdırma aparılır.
Bu barədə Publika.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
xxx
İşğaldan azad edilmiş ərazilərdə daha bir hərbi qulluqçumuz minaya düşüb.
Publika.az xəbər verir ki, hadisə Ağdamın Çəmənli kəndi yaxınlığında baş verib.
Minaya düşən hərbi qulluqçu Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əsgəridir.
Hərbi qulluqçunun kimliyi araşdırılır.
- Sosial27 May 2022 14:49
Azərbaycanda xanım rəisə ŞƏRT QOYDULAR: Ya intihar et, ya da... - FOTO
- Mədəniyyət27 May 2022 14:22
Azərbaycanda lezbiyan, trans və geylər haqqında film - FOTO - VİDEO
- Siyasət27 May 2022 13:42
Azərbaycanda referendum keçiriləcək?
- Dünya27 May 2022 13:29
Avropanı bölən yeni ittifaq planı: Ukrayna və Türkiyə...
- Hadisə27 May 2022 12:48
Ağdamda hərbi qulluqçumuz minaya düşdü - YENİLƏNDİ
- Hadisə27 May 2022 09:46
Bakı metrosunda həyəcanlı anlar - Təcili yardım çağırıldı
- Hadisə27 May 2022 09:41
Azərbaycanda qadın müəllim yanıb öldü - ŞOK TƏFƏRRÜAT - VİDEO
- Dünya27 May 2022 07:30
Xaçatryandan SÜLH AÇIQLAMASI: "Bu imkanlardan istifadə etməliyik"