Sədrəddin Sədrəddinov vəfat etdi - Publika.az
Bizi izləyin

Hadisə

Sədrəddin Sədrəddinov vəfat etdi - FOTO

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasının dosenti Sədrəddin Ələkbər oğlu Sədrəddinov vəfat edib.

Bu barədə Publika.az -a universitetdən məlumat verilib.

Qeyd edilib ki, S. Sədrəddinov 1941-ci il sentyabrın 27-də anadan olub. 1968-1974-cü illərdə BDU-nun Fizika fakültəsində ali təhsil alıb. 1965-ci ildən BDU-nun Fizika fakültəsinin Ümumi fizika kafedrasında pedaqoji fəaliyyətə başlayıb. 1984-cü ildə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi alıb, “Nazik təbəqəli ftalosianin və onun metal komplekslərində yükdaşınma mexanizmlərinin tədqiqi” mövzusunda namizədlik dissertasiyası müdafiə edib.
28 məqalə və tezisin, 1 dərs vəsaitinin müəllifi olub. Müxtəlif illərdə bir çox beynəlxalq və respublika miqyaslı elmi konfranslarda iştirak edib.

Rəylər
Oxumağa davam et
Reklam

Hadisə

Mingəçevirdə birmərtəbəli ev yandı

Mingəçevir şəhərində ümumi sahəsi 155 m² olan bir dam altında bir-birinə bitişik tikilən kürsülü, 2 ailəyə məxsus birmərtəbəli evlərdən (tavanı saman və qamışdan ibarət) sahəsi 70 m² olan evin yanar konstruksiyaları və ev əşyaları, sahəsi 85 m² olan evin dam örtüyü və tavanı 10 m2 sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxumağa davam et

Hadisə

DİN-dən tir tüfəngindən istifadə ilə bağlı XƏBƏRDARLIQ

“Yaşayış sahəsində tir tüfəngindən istifadə etmək ağır fəsadlar yarada bilər. Paytaxtın Xətai rayonunda bir nəfər tir tüfəngindən atdığı qırma digər qonşunun pəncərəsini zədələyib. Orda insan olsaydı, onun gözünə dəysəydi, necə olacaqdı?”

Publika.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

“Tir tüfəngi, yaxud idman silahı olan şəxslər bilməlidir ki, bu kateqoriyadan olan xüsusi vasitələrin yaşayış olan ərazilərdə istifadəsi qadağandır. Həmin şəxslər onu da bilsinlər ki, bu neqativ hal xəsarətlə yanaşı, kimsə ondan stres keçirə, narahat ola, həyəcanlana bilər”, - DİN rəsmisi əlavə edib.

Oxumağa davam et

Hadisə

Naxçıvana gedən təyyarə tufana görə GERİ QAYITDI

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2 257 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı Naxçıvan hava limanı ətrafındakı tufanla əlaqədar hava limanına geri qayıtmaq qərarına gəlib.

Bu barədə Publika.az-a "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən bildirilib.

Təyyarə saat 21:00-da Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana yola düşəcəklər.

Oxumağa davam et
Reklam

Gündəm