Hadisə
Qəbələdə qətl törədən 18 yaşlı oğlanla bağlı YENİ XƏBƏR

Qəbələdə tanışını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır.
Bu barədə Publika.az-a rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, 2021-ci il oktyabrın 9-da rayonun Tikanlı kənd sakini 1987-ci il təvəllüdlü Sənur Ağahüseynovun yaşadığı kəndin yaxınlığında qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanan cinayət işinin ibtidai istintaqı tamamlanıb.
İstintaqla zərərçəkmişin tanışı, Qəbələ rayonunun Uludaş kənd sakini, 2003-cü il il təvəllüdlü Kənan Mustafayevin əvvəllər şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə ilə əlaqədar qisas almaq məqsədilə Sənur Ağahüseynovla görüşərək özü ilə gətirdiyi bıçaqla sonuncunun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanan kifayət qədər sübutlar əsasında Kənan Mustafayevə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib və barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hadisə
Tağıyevin heykəlinə zərər vuranlara hökm oxundu

Xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin heykəlinə zərər vurmaqda ittiham edilən şəxslərə hökm oxunub.
Publika.az xəbər verir ki, xuliqanlıq və tarixi abidəni qəsdlə zədələmə maddələri ilə təqsirləndirilən şəxslərdən biri 1 il 5 ay 28 gün, digəri isə 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.
Bu ilin yanvar ayında sosial şəbəkələrdə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin paytaxtın Səbail rayonu ərazisində ucaldılan heykəlinə zərər vurulmasını əks etdirən görüntülər yayılıb.
Qısa müddətdən sonra heykəldən qoparılmış təsbeh elementi yerinə bərpa edilib.
Hadisə
Xocavənddə dəmir tullantıları toplayan şəxslər saxlanıldı - FOTO

Xocavənd Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində işğaldan azad edilmiş və partlayıcı vasitələrdən tam təmizlənməmiş ərazilərdən dəmir tullantılar və müxtəlif əşyalar toplayan şəxslər saxlanılıblar.
Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, Xocavənd RPŞ-nin əməkdaşları rayon ərazisində xidmətdə olan zaman Füzuli rayon sakinləri - Elvin Alışlı, Nürəddin Əbilov və Ədalət Kərimovun qanunsuz olaraq metal tullantıları və digər əşyaları toplayarkən saxlayıblar.
Adıçəkilən şəxslər həmin ərazilərə keçdikləri avtomobillərlə birgə polis şöbəsinə gətiriliblər.
Hazırda Xocavənd RPŞ-də hər üç şəxs barəsində araşdırmalar davam etdirilir.
Hadisə
Xəlil Rza Ulutürkün həyat yoldaşı dəfn olundu - YENİLƏNDİ

Xalq şairi Xəlil Rza Ulutürkün həyat yoldaşı, Milli Qəhrəman Təbriz Xəlilbəylinin anası Firəngiz Ulutürk dəfn edilib.
Publika.az xəbər verir ki, mərhum Badamdar qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, F. Ulutürk bu gün səhər saatlarında 89 yaşında dünyasını dəyişib.
xxx
Xalq şairi Xəlil Rza Ulutürkün həyat yoldaşı, Milli Qəhrəman Təbriz Xəlilbəylinin anası Firəngiz Ulutürk vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə Report-a mərhumun yaxınları məlumat verib.
Bildirilib ki, o, bu gün səhər saatlarında 89 yaşında dünyasını dəyişib.
- Sosial27 May 2022 14:49
Azərbaycanda xanım rəisə ŞƏRT QOYDULAR: Ya intihar et, ya da... - FOTO
- Mədəniyyət27 May 2022 14:22
Azərbaycanda lezbiyan, trans və geylər haqqında film - FOTO - VİDEO
- Siyasət27 May 2022 13:42
Azərbaycanda referendum keçiriləcək?
- Dünya27 May 2022 13:29
Avropanı bölən yeni ittifaq planı: Ukrayna və Türkiyə...
- Hadisə27 May 2022 12:48
Ağdamda hərbi qulluqçumuz minaya düşdü - YENİLƏNDİ
- Hadisə27 May 2022 09:46
Bakı metrosunda həyəcanlı anlar - Təcili yardım çağırıldı
- Hadisə27 May 2022 09:41
Azərbaycanda qadın müəllim yanıb öldü - ŞOK TƏFƏRRÜAT - VİDEO
- Dünya27 May 2022 07:30
Xaçatryandan SÜLH AÇIQLAMASI: "Bu imkanlardan istifadə etməliyik"