Məhkəmə "Hafka" ilə bağlı QƏRAR VERDİ - Publika.az
Bizi izləyin

Hadisə

Məhkəmə "Hafka" ilə bağlı QƏRAR VERDİ

Məşhur iş adamı, “Bakı” futbol klubunun keçmiş prezidenti Hafiz Məmmədovun Dövlət Vergi Xidmətinin Yasamal istintaq şöbəsində saxlanıldığı barədə məlumat yayılıb. 

Dövlət Vergi Xidmətindən Publika.az-a bildirilib ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində iş adamı Məmmədov Hafiz Məcid oğlunun bilavasitə faktiki rəhbərliyi həyata keçirdiyi müəssisələr üzrə yaranmış külli miqdarda vergi və məcburi dövlət sosial sığorta haqlarının ödəməkdən yayındırılması faktları üzrə cinayət işi başlanıb.

Başlanmış cinayət işi çərçivəsində Hafiz Məmmədov istintaqa gəlməkdən boyun qaçırdığından, onun barəsində ittiham elan edilməsi üçün şəxsin tutulması ilə bağlı axtarış haqqında qərar qəbul edilib.Yasamal rayon məhkəməsinin qərarı ilə Hafiz Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

"Hafka" ləqəbi ilə tanınan Hafiz Məmmədov açıqlamasında bu gün borclarını qaytardığını qeyd edib: “Mənim 4 şirkətim var idi. Şirkətlərimdə çalışan əməkdaşlara görə, Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 652 min manat borcum yaranmışdı. Şirkətlərim müflis olduğundan bunu ödəyə bilmədim. Məhkəmə də bu günə kimi vaxt vermişdi. Bu gün də həmin borcu ödədim”.

Hafiz Məmmədov indiyədək şirkətlərinin vergi borcu olmadığını da deyib: “Dövlətin vergisini hər kəs verməlidir. Mən heç vaxt vergidən yayınmamışam və bu işi özümə müqəddəs borc bilmişəm. İndiyə qədər dövlətə bir milyondan çox vergi ödəmişəm”.

Rəylər
Oxumağa davam et
Reklam

Hadisə

Ömürlük həbsdən azad edilən Şəmsi Səmədzadə kimdir?: "Anam məndən tələb etdi ki..." - VİDEO

Xəbər verdiyimiz kimi, ömürlük azadlıqdan məhrum edilmiş iş adamı Şəmsi Səmədzadə 22 il sonra azadlığa buraxılıb.

Publika.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Prezident İlham Əliyevin bu gün imzaladığı əfv sərəncamı ilə azadlığa çıxan Şəmsi Səmədzadə sosial şəbəkələrdə müzakirə mövzusu olub.

Şəmsi Səmədzadə müstəqilliyin ilk illərində Azərbaycanda tanınmış bir sahibkar olub.

Yerli mediada Göygöl rayonunda böyük təsərrüfatı və spirtli içki istehsal edən müəssisəsi olan Şəmsi Səmədzadənin sabiq Baş prokuror Zakir Qaralovun sifarişi ilə həbs olunması barədə məlumatlar yayılıb.

Bir neçə il əvvəl “Qulp studio” “Rezonans” verilişinin bir buraxılışını Şəmsi Səmədzadəyə həsr edib.

O, verilişdə öz hekayəsini danışıb:

“Mən həbs olunanda böyük oğlumun 12, özüm 34, qızım 7, kiçik oğlum 4 yaşında idi. Təəssüf ki, lazım olmayan zamanda lazım olmayan yerdə olduğum üçün burdayam.

Ən böyük peşmanlığım odur ki, həmin məclisə getməməyi anam məndən tələb elədi.

Atamı 23 yaşında itirdim. Tez bir zamanda müəyyən mövqeyə gəldim, amma özümü orada qoruya bilmədim.

12 il heç kimə icazə vermədim həbsxanaya gəlsinlər. Kaş qohumlarım kimi şəhid olaydım, anam bununla qürur duyardı, nəinki burda olmağımla”.

Daha ətraflı videoda:

Oxumağa davam et

Hadisə

Bərdədə DƏHŞƏT: qızının toyu günü evi yanıb KÜLƏ DÖNDÜ

Bərdə rayonunda yanğın hadisəsi baş verib.

Publika.az "Trend"də istinadla xəbər verir ki, hadisə əslən Laçın rayonundan olan Elşən Musayevə məxsus fərdi yaşayış evində baş verib. İkiotaqlı ev əşyaları ilə birlikdə yanaraq külə dönüb. Ev sahibi Elşən Musayev iddia edir ki, onun mənzilini qəsdən yandırıblar.

Musayevlər ailəsi hadisə ilə bağlı hüquq mühafizə orqanlarına məlumat verib. Rayon polis şöbəsinin əməkdaşları hadisə yerinə baxış keçirib. Hadisənin baş vermə səbəbləri polis əməkdaşları tərəfindən araşdırılır.

Qeyd edək ki, hadisə Elşən Musayevin qızının toy məclisi zamanı baş verib. Ailə toydan çıxıb evə qayıtdıqda mənzilin yandığını görüb. Ailəyə xeyli miqdarda ziyan dəyib.

Oxumağa davam et

Hadisə

Bakıda obyektdən oğurluq edən şəxs saxlanıldı - FOTO - VİDEO

Paytaxtın Nəsimi rayonunda yerləşən obyektlərdən birinin mis naqillərini kəsərək oğurlayan şəxs mühafizə polisləri tərəfindən saxlanılıb.

Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, rayon ərazisində yerləşən xüsusi texniki vasitələrlə qorunan həmin obyektdən Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub. Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən hadisəyə dərhal operativ reaksiya göstərilib. Əraziyə gələn polislər obyektə baxış keçirən zaman bir nəfərin elektrik naqillərini kəsərək oğurlayıb qaçmasının şahidi olublar. Polislərin çevikliyi sayəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Asif Əbdürrəhmanov saxlanılaraq ərazi üzrə 19-cu Polis Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir. Həmin şəxsin paytaxt ərazisində digər analoji cinayətlər törədib-törətmədiyi araşdırmaların yekunundan sonra məlum olacaq.

Qeyd edək ki, bu ilin 5 ayı ərzində Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində mühafizə olunan müxtəlif obyektlərdən ümumilikdə 8 oğurluğa cəhd edilib. Bu cəhdlərin qarşısı idarənin əməkdaşları tərəfindən vaxtında alınıb. Həmin hadisələr üzrə və ümumən ictimai asayışı pozan 12 nəfər saxlanılaraq ərazi üzrə polis şöbə və bölmələrinə təhvil verilib. Bundan başqa hesabat dövründə Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində 1 nəfərin intihar etmək cəhdinin qarşısı alınıb.


Oxumağa davam et
Reklam

Gündəm