Füzulidə erməni hərbçinin qalıqları tapıldı - Publika.az
Bizi izləyin

Hadisə

Füzulidə erməni hərbçinin qalıqları tapıldı

Qarabağda 44 günlük müharibə zamanı ölən daha bir erməni hərbçinin cəsədinin qalıqları aşkar olunub.

Publika.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Bildirilib ki, cəsəd Füzulidə tapılıb. Onun şəxsiyyəti məhkəmə-tibbi ekspertizadan sonra müəyyən ediləcək.

Bildirilir ki, 2020-ci il noyabrın 9-u imzalanan bəyanatdan sonra bu günə qədər hərbi əməliyyatların həyata keçirildiyi ərazilərdə 1709 erməni hərbçinin cəsədi və cəsədinin qalıqları aşkarlanıb.

Rəylər
Oxumağa davam et
Reklam

Hadisə

Evdə köməksiz qalan şəxs xilas edildi

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. 

Publika.az FHN-ə istinadən xəbər verir ki, çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb.

Vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Oxumağa davam et

Hadisə

Tələbələri daşıyan avtobus aşdı - ölən var - FOTO

Türkiyənin Niğdə şəhərində tələbələri daşıyan avtobus aşıb.

Publika.az-ın Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, qəza nəticəsində 2 nəfər həlak olub, 5-i ağır olmaqla 42 nəfər xəsarət alıb.

Bildirilir ki, xəsarət alanlar Niğdə və Ulukışla xəstəxanalarına yerləşdiriliblər.

İlkin məlumatlara görə, qəza sürücünün idarəetməni itirməsi səbəbindən baş verib.

Oxumağa davam et

Hadisə

Almaniyada "meymun çiçəyi" virusu artır

Almaniyada "meymun çiçəyi"nə daha iki yoluxma aşkarlanıb.

Publika.az xəbər verir ki, bu barədə Berlin Səhiyyə Departamenti məlumat yayıb.

Yoluxma halı Bavariyada qeydə alınıb. Bununla da yoluxanların sayı 3 nəfərə çatıb.

Məlumata görə, xəstələrin vəziyyəti sabitdir.

Ümumilikdə bu yaxınlarda virus daha bir neçə ölkədə - Avstraliya, Belçika, Böyük Britaniya, İspaniya, İtaliya, Kanada, Portuqaliya, ABŞ, Fransa və İsveçdə, İsveçrədə, Yunanıstanda tapılıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qeyd edib ki, "meymun çiçəyi" nadir virus xəstəliyidir, əsasən Afrikanın mərkəzi və qərbində yerləşən ucqar ərazilərdə baş verir. Virus insanlara gəmiricilər və primatlar kimi vəhşi heyvanlardan ötürülür.

Təşkilat bildirib ki, "meymun çiçəyi" epidemiyaları üçün ölüm halları 1% ilə 10% arasındadır, ölümlərin əksəriyyəti gənc yaş qruplarında baş verir.

Oxumağa davam et
Reklam

Gündəm