“Məni həbsdən buraxın, borcumu ödəyəcəm” - Hafiz Məmmədov - Publika.az
Bizi izləyin

Hadisə

“Məni həbsdən buraxın, borcumu ödəyəcəm” - Hafiz Məmmədov

Həbs edilən iş adamı Hafiz Məmmədov dövlətə olan borcunu ödəməyə hazır olduğunu bildirib.

H.Məmmədovun vəkili İsmayıl Kəngərli bildirib ki, müvəkkilinin şirkətləri ilə bağlı hesablanmış sosial ödəniş borcu 1 milyon 462 min manatdır: “Onun da 1 milyon manat hissəsi 2013-2015-ci ilin birinci rübünə düşür. Qanunvericiliyə görə, üzərindən 7 il keçmiş ödənişlərə görə cəzaya cəlb etməyə icazə verilmir. Yəni, Cinayət Məcəlləsinə və Konstitusiya Məhkəməsinin qərarına əsasən istintaq orqanı bu məbləğlərə görə ittiham verə bilməz”.

İ.Kəngərli əlavə edib ki, H.Məmmədovun dövlətə borcu olan şirkətlərindən biri “Transgeyt” MMC daha əvvəl 2 milyon manat artıq vergi ödənişi edib: “Hafiz Məmmədov təklif edib ki, Vergi Xidmətinə ödədiyi əlavə 2 milyon manat DSMF-yə olan borcuna yönəldilsin. DSMF isə Vergi Xidmətləri ilə hesablarının ayrı olduğunu bildirərək həmin pulu çəkə bilmədiyini deyir. Vergi Xidməti isə hazırda bu məbləği Hafiz Məmmədova geri qaytara bilmədiyini, gələcəkdə yaranacaq vergi borcuna silinəcəyini qeyd edir”.

Vəkil qeyd edib ki, bu günədək 400 min manat ödəniş edilib: “Ola bilsin bu gün də əlavə ödəniş edilsin. Hafiz Məmmədovun mövqeyi belədir ki, hesablanan borcu ödəməyə hazırdır. Təklif edir ki, o, evə buraxılsın və tələb olunan məbləği toplayıb hissə-hissə ödəsin”.

Hafiz Məmmədov hesab edir ki, onun şirkətlərinin borcları əvvəlcədən düzgün hesablanmayıb.(Qafqazinfo)

Rəylər
Oxumağa davam et
Reklam

Hadisə

Almaniyada "meymun çiçəyi" virusu artır

Almaniyada "meymun çiçəyi"nə daha iki yoluxma aşkarlanıb.

Publika.az xəbər verir ki, bu barədə Berlin Səhiyyə Departamenti məlumat yayıb.

Yoluxma halı Bavariyada qeydə alınıb. Bununla da yoluxanların sayı 3 nəfərə çatıb.

Məlumata görə, xəstələrin vəziyyəti sabitdir.

Ümumilikdə bu yaxınlarda virus daha bir neçə ölkədə - Avstraliya, Belçika, Böyük Britaniya, İspaniya, İtaliya, Kanada, Portuqaliya, ABŞ, Fransa və İsveçdə, İsveçrədə, Yunanıstanda tapılıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qeyd edib ki, "meymun çiçəyi" nadir virus xəstəliyidir, əsasən Afrikanın mərkəzi və qərbində yerləşən ucqar ərazilərdə baş verir. Virus insanlara gəmiricilər və primatlar kimi vəhşi heyvanlardan ötürülür.

Təşkilat bildirib ki, "meymun çiçəyi" epidemiyaları üçün ölüm halları 1% ilə 10% arasındadır, ölümlərin əksəriyyəti gənc yaş qruplarında baş verir.

Oxumağa davam et

Hadisə

Xankəndidə daha bir rus alimə heykəl qoyuldu - VİDEO

Xankəndidəki 8 saylı orta məktəbin həyətində rus fizik, hidrogen bombasının yaradıcılarından biri, siyasətçi Andrey Saxarova heykəl düzəldiblər.

Publika.az xəbər verir ki, fizikin 101 illiyi ilə bağlı hazırlanan heykəlin bu gün açılışı da keçirilib.

Qeyd edək ki, son vaxtlar Azərbaycanın Qarabağ bölgəsinin rus sülhməramlılarının nəzarətində olan hissəsində rus klassik və alimlərə heykəllər qoymaq “adəti” getdikcə genişlənir.


Oxumağa davam et

Hadisə

Bərdədə ev yandı

Bərdə rayonu, Şorəlli kəndində bir dam altında tikilən ümumi sahəsi 42 m² olan birmərtəbəli evin və ümumi sahəsi 138 m² olan tövlənin yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a bildirilib ki, bitişik köməkçi tikili yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam

Gündəm