Hadisə
SON DƏQİQƏ: Füzulidən acı xəbər gəldi, təltif olunan hərbçimiz öldü - FOTO

Azərbaycan Ordusunun hərbi qulluqçusu yol qəzasında həyatını itirib.
Publika.az Report-a istinadla xəbər verir ki, hadisə Füzuli rayonu Qayıdış 1 qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, həmin ərazidə “Hyundai” və “VAZ” markalı avtomobillər toqquşub. Nəticədə Azərbaycan Ordusunun baş giziri Zahid Səlimov hadisə yerində dünyasını dəyişib, 2 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin ötən il imzaladığı sərəncamla Z.Səlimov “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edilib. O, Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etdirdiyinə görə medala layiq görülüb.
Hadisə
Goranboyda üç nəfər çiyələkdən zəhərlənib? - RƏSMİ AÇIQLAMA

"Goranboyda üç nəfərin çiyələkdən zəhərlənməsi ilə bağlı bəzi xəbər saytlarında yayılmış məlumatlarda göstərilən qida zəhərlənməsi faktı təsdiqini tapmayıb".
Publika.az xəbər verir ki, bu barədə AQTA-dan "Report"un sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, xəstəxanaya müraciət edən şəxslərə həkim tərəfindən alimentar dispepsiya (düzgün qidalanmamaq nəticəsində yaranan mədə pozuntusu) diaqnozu qoyulub və həmin şəxslərin vəziyyəti qənaətbəxş olduğu üçün qısa müddət ərzində evə buraxılıblar: "Bu fakt bir daha onu göstərir ki, hələ də bəzi saytlar heç bir ekspertiza rəyi və tibbi diaqnoz olmadan bu kimi əsassız xəbərləri yayır və insanlar arasında yersiz təşvişin yaranmasına şərait yaradırlar. AQTA bir daha bildirir ki, zəhərlənmə halları ilə bağlı vətəndaşlar və media qurumları yalnız aidiyyəti dövlət orqanları tərəfindən təsdiqlənmiş rəsmi məlumatlara etibar etməlidirlər".
Hadisə
Xırdalanda kişi meyiti tapıldı

Abşeron rayonunun Xırdalan şəhərində bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Publika.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, hadisə yerinə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.
Onlar mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1974-cü il təvəllüdlü Mustafayev Sabir Bahadur oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.
Hadisə
Bakıda 7 yaşlı məktəbli necə ölüb? - RƏSMİ AÇIQLAMA

Baş Prokurorluq və Təhsil Nazirliyi Bakıda məktəbdə şagirdin ölümü ilə bağlı birgə məlumat yayıb.
Publika.az xəbər verir ki, məlumatda deyilir:
"Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən 11 nömrəli İnteqrasiya təlimli internat məktəbində yaşayan, daun sindromlu 10 oktyabr 2015-ci il təvəllüdlü şagird Vəliyeva Svetlana Vüqar qızının 16 may 2022-ci il tarixdə həmin məktəbdə ölməsi faktı ilə bağlı Sabunçu rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan ilkin araşdırma ilə müəyyən edilib ki, Svetlana Vəliyevanın səhhətində problem yarandığından təcili tibbi yardım çağırılıb və ona tibbi yardım göstərilməsinə baxmayaraq 16 may 2022-ci il tarixdə saat 06 radələrində vəziyyəti qəflətən ağırlaşaraq ölüb.
Məhkəmə-tibbi ekspertin iştirakı ilə aparılan müayinə zamanı S.Vəliyevanın bədəni üzərində hər-hansı xəsarət izi və zorakılıq əlamətləri aşkar edilməyib.
Hazırda araşdırma davam etdirilir".
- Dünya16 May 2022 20:31
Əfsanəvi "Moskviç" GERİ DÖNÜR: Sobyanin planları açıqladı
- Dünya16 May 2022 19:36
Fransanın yeni Baş nazirinin ADI AÇIQLANDI - FOTO
- Sosial16 May 2022 19:12
Bu ərazilərdə su KƏSİLƏCƏK
- Hadisə16 May 2022 18:42
Bakıda 7 yaşlı məktəbli necə ölüb? - RƏSMİ AÇIQLAMA
- Dünya16 May 2022 17:30
Lukaşenkodan SENSASİON AÇIQLAMA: KTMT ölkələri bir-bir...
- Sosial16 May 2022 16:22
İlham Əliyev Kraliçaya at hədiyyə göndərdi - FOTO
- Rəsmi xronika16 May 2022 15:19
İlham Əliyev AZAL-la bağlı SƏRƏNCAM İMZALADI
- Sosial16 May 2022 14:30
Ülkər Qasımovaya yüksək vəzifə verildi - FOTO