Xəbərlər - Publika.az
Bizi izləyin

Hadisə

DİN əməliyyat keçirdi: ÇOX SAYDA ŞƏXS SAXLANILDI - FOTO - VİDEO

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən son 1 ayda keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 95 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, aşkar edilən bütün faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işləri başlanılıb.

Saxlanılan şəxslərdən 80-i barəsində məhkəmə tərəfindən həbs, 15-i haqqında isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Onlardan ümumilikdə 21 kiloqram narkotik vasitə və psixotrop maddə aşkar edilib. Saxlanılardan 11-i birbaşa olaraq Suraxanı və paytaxtın digər ərazilərində narkotik maddələrin satışına nəzarət edən şəxslər olublar.

Qeyd edilən dövr ərzində Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı Hövsan, Qaraçuxur, Əmircan və Yeni Günəşli qəsəbələrində yerləşən evlərdən, mağazalardan, ödəmə terminallarından, kitabxanalarda silsilə oğurluqlar edən, habelə binalarda liftlərin əyləc dolaqlarını qarət edən 9 cinayətkar qrupun 14 nəfərdən ibarət üzvü saxlanılıb. Bu şəxslərin həmin ərazilərdə yerləşən 36 ev və obyektdən pul, qızıl-zinət, məişət və digər əşyalar oğurladıqları müəyyən edilib.

Faktların hər biri ilə bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.


  • DİN əməliyyat keçirdi: ÇOX SAYDA ŞƏXS SAXLANILDI - FOTO - VİDEO

  • DİN əməliyyat keçirdi: ÇOX SAYDA ŞƏXS SAXLANILDI - FOTO - VİDEO

Publika.az
Rəylər
Oxumağa davam et
Reklam

Hadisə

Sabirabadda narkotacir saxlanıldı

Sabirabadda narkotik vasitələrin satışı ilə məşğul olan daha bir nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Publika.az-a verilən məlumata görə, Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Sabirabad Rayon Regional Mühafizə Şöbəsinin və Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri zamanı rayon ərazisində narkotiklərin satışı ilə məşğul olan əvvəllər məhkum olunmuş Ramil Alışov saxlanılıb. Onun rayonun Qaratəpə kəndi ərazisində yerləşən evinə keçirilən baxış zamanı külli miqdarda narkotik vasitə heroin və elektron tərəzilər aşkar olunaraq maddi sübut kimi götürülüb.

Saxlanılan şəxs barəsində Sabirabad RPŞ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Oxumağa davam et

Hadisə

Goranboyda üç nəfər çiyələkdən zəhərlənib? - RƏSMİ AÇIQLAMA

"Goranboyda üç nəfərin çiyələkdən zəhərlənməsi ilə bağlı bəzi xəbər saytlarında yayılmış məlumatlarda göstərilən qida zəhərlənməsi faktı təsdiqini tapmayıb".

Publika.az xəbər verir ki, bu barədə AQTA-dan "Report"un sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, xəstəxanaya müraciət edən şəxslərə həkim tərəfindən alimentar dispepsiya (düzgün qidalanmamaq nəticəsində yaranan mədə pozuntusu) diaqnozu qoyulub və həmin şəxslərin vəziyyəti qənaətbəxş olduğu üçün qısa müddət ərzində evə buraxılıblar: "Bu fakt bir daha onu göstərir ki, hələ də bəzi saytlar heç bir ekspertiza rəyi və tibbi diaqnoz olmadan bu kimi əsassız xəbərləri yayır və insanlar arasında yersiz təşvişin yaranmasına şərait yaradırlar. AQTA bir daha bildirir ki, zəhərlənmə halları ilə bağlı vətəndaşlar və media qurumları yalnız aidiyyəti dövlət orqanları tərəfindən təsdiqlənmiş rəsmi məlumatlara etibar etməlidirlər".

Oxumağa davam et

Hadisə

Xırdalanda kişi meyiti tapıldı

Abşeron rayonunun Xırdalan şəhərində bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Publika.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Onlar mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1974-cü il təvəllüdlü Mustafayev Sabir Bahadur oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Oxumağa davam et
Reklam

Gündəm