Bakıda polkovnik-leytenant iş başında ÖLDÜ - Publika.az
Bizi izləyin

Hadisə

Bakıda polkovnik-leytenant iş başında ÖLDÜ - FOTO

Bakıda polis polkovnik-leytenantı iş başında vəfat edib.

Publika.az"Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə bu gün Xətai Rayon Polis İdarəsinin inzibati binasında baş verib.

İdarənin Cinayət Axtarış Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Zəka Aydın oğlu Səfərov xidməti otağında olarkən onun halı qəfil pisləşib.

Dərhal təcili tibbi yardım xidmətinə müraciət edilsə də, onun həyatını xilas etmək mümlün olmayıb.

Faktla bağlı araşdırma aparılır.  

Rəylər
Oxumağa davam et
Reklam

Hadisə

Xocavənddə dəmir tullantıları toplayan şəxslər saxlanıldı - FOTO

Xocavənd Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində işğaldan azad edilmiş və partlayıcı vasitələrdən tam təmizlənməmiş ərazilərdən dəmir tullantılar və müxtəlif əşyalar toplayan şəxslər saxlanılıblar.

Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Xocavənd RPŞ-nin əməkdaşları rayon ərazisində xidmətdə olan zaman Füzuli rayon sakinləri - Elvin Alışlı, Nürəddin Əbilov və Ədalət Kərimovun qanunsuz olaraq metal tullantıları və digər əşyaları toplayarkən saxlayıblar.

Adıçəkilən şəxslər həmin ərazilərə keçdikləri avtomobillərlə birgə polis şöbəsinə gətiriliblər.

Hazırda Xocavənd RPŞ-də hər üç şəxs barəsində araşdırmalar davam etdirilir.

Oxumağa davam et

Hadisə

Xəlil Rza Ulutürkün həyat yoldaşı dəfn olundu - YENİLƏNDİ

Xalq şairi Xəlil Rza Ulutürkün həyat yoldaşı, Milli Qəhrəman Təbriz Xəlilbəylinin anası Firəngiz Ulutürk dəfn edilib.

Publika.az xəbər verir ki, mərhum Badamdar qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, F. Ulutürk bu gün səhər saatlarında 89 yaşında dünyasını dəyişib.

xxx

Xalq şairi Xəlil Rza Ulutürkün həyat yoldaşı, Milli Qəhrəman Təbriz Xəlilbəylinin anası Firəngiz Ulutürk vəfat edib.

Publika.az xəbər verir ki, bu barədə Report-a mərhumun yaxınları məlumat verib.

Bildirilib ki, o, bu gün səhər saatlarında 89 yaşında dünyasını dəyişib.

Oxumağa davam et

Hadisə

Ağdamda hərbi qulluqçumuz minaya düşdü - YENİLƏNDİ

Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunların hərbçisi, çavuş Əzizağa Umarovun minaya düşməsi faktı ilə bağlı Ağdam Hərbi Prokurorluğunda araşdırma aparılır.

Bu barədə Publika.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

xxx

İşğaldan azad edilmiş ərazilərdə daha bir hərbi qulluqçumuz minaya düşüb.

Publika.az xəbər verir ki, hadisə Ağdamın Çəmənli kəndi yaxınlığında baş verib.

Minaya düşən hərbi qulluqçu Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əsgəridir.

Hərbi qulluqçunun kimliyi araşdırılır.

Oxumağa davam et
Reklam

Gündəm