"Mançester Siti" "Lids"i darmadağın etdi - Publika.az
Bizi izləyin

İdman

"Mançester Siti" "Lids"i darmadağın etdi

Futbol üzrə İngiltərə Premyer Liqasının 17-ci turunda "Mançester Siti" öz meydanında "Lids"i qəbul edib.

Publika.az xəbər verir ki, oyun "Mançester Siti"nin 7:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları Fil Foden (8-ci dəqiqə), Cek Qriliş (13), Kevin De Bröyne (32, 62), Riyad Mahrez (49), Con Stounz (74) və Natan Ake (78) vurublar.

17 turdan sonra 41 xal toplayan "Mançester Siti" turnir cədvəlində ilk pillədə, 16 xal toplayan "Lids" isə 16-cı pillədə qərarlaşıb.

Rəylər
Oxumağa davam et
Reklam

İdman

Azərbaycanlı daha bir boksçu İrəvanda erməniyə qalib gəldi - FOTO

Azərbaycan əsilli daha bir boksçu İrəvanda keçirilən Avropa çempionatında erməniyə qalib gəlib.

Publika.az xəbər verir ki, 48 kq çəki dərəcəsində Gürcüstanı təmsil edən Sahil Allahverdov Bareqam Harutyunyana tam üstünlüklə qalib gəlib - 5:0.

Qeyd edək ki, daha əvvəl Ukrayna millisində çıxış edən azərbaycanlı boksçu Elmir Nəbiyev 54 kq çəki dərəcəsindəki ilk görüşündə Ermənistan təmsilçisi Canik Sahakyandan güclü olub - 3:2.

Oxumağa davam et

İdman

Azərbaycanın karate komandası finala yüksəldi

Azərbaycanın karate üzrə kumite komandası Türkiyənin Qaziantep şəhərində keçirilən Avropa çempionatında finala yüksəlib.

Publika.az xəbər verir ki, Pənah Abdullayev, Tural Ağalarzadə, Rafael Ağayev, Asiman Qurbanlı, Rafiz Həsənov, Turqut Həsənov və Ayxan Mamayevdən ibarət heyət həlledici raunnda Fransa ilə üz-üzə gələcək.

Final mayın 29-da olacaq.

Mübarizəyə 1/8 finalda start verən yığma ardıcıl olaraq Kosovonu 3:1, Portuqaliyanı 2:0, Yunanıstanı isə 3:0 hesabı ilə məğlub edib.

Oxumağa davam et

İdman

Bu gün Azərbaycan Kubokunun final oyunu keçiriləcək

Bu gün futbol üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşəcək.

Publika.az xəbər verir ki, final oyununda son çempion "Qarabağ"la bürünc mükafatçı "Zirə" üz-üzə gələcək. Qəbələ şəhər stadionundakı qarşılaşma saat 19:00-da başlayacaq. Görüşü FIFA referisi Elçin Məsiyev idarə edəcək.

Finalçılar Azərbaycan kubokunda ilk dəfə qarşılaşacaqlar. "Qartallar" "köhlən atlar"ın kubokda 39-cu rəqibi olacaq. Ağdam klubu isə qəsəbə təmsilçisi üçün 10-cu rəqibdir.

Yarışın 30 illik tarixində 472 müxtəlif cüt üz-üzə gəlib. "Qarabağ" - "Zirə" cütü bu siyahıda 473-cü olacaq.

Azərbaycan Kuboku

Final

27 may

19:00. "Qarabağ" - "Zirə"

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu

Ehtiyat köməkçi hakim: Kamran Bayramov

Hakim-inspektor: Frits Ştuxlik

AFFA nümayəndəsi: Erkin Hüseynov

Qeyd edək ki, Azərbaycan Kubokunun son qalibi hələlik "Keşlə" (indiki "Şamaxı") klubu olub.

Oxumağa davam et
Reklam

Gündəm