Serxio Aquero karyerasını başa vurdu - Publika.az
Bizi izləyin

İdman

Serxio Aquero karyerasını başa vurdu

İspaniyanın "Barselona" klubunun argentinalı hücumçusu Serxio Aquero ürəyində problemə görə karyerasını bitirdiyini açıqlayıb.

Publika.az xəbər verir ki, futbolçu bu qərarı 10 gün əvvəl qəbul etdiyini bildirib : "Peşəkar karyeramı bitirmək qərarına gəldim. Bu, çox çətin bir məqamdır".

Hazırda özünü yaxşı hiss etdiyini qeyd edən Aquero, ilk fiziki müayinədən keçəndə tibb işçilərinin ona oynamağa davam edə bilməyəcəyi ehtimalınən çox yüksək olduğunu söylədiklərini deyib.

Oktyabrın 30-da argentinalı futbolçu matç zamanı döş qəfəsində ağrılar hiss etdiyindən vaxtından əvvəl meydanı tərk etmişdir. Noyabrda isə məlum oldu ki, Aguero üç oyunu buraxacaq.

Rəylər
Oxumağa davam et
Reklam

İdman

Mbappe PSJ-də qalır?

Fransanın "Paris Sen-Jermen" klubu hücumçusu Kilian Mbappe ilə müqaviləni uzadıb.

Publika.az xəbər verir ki, bu barədə klubun Tviter səhifəsində bildirilib.

Məlumata əsasən, 23 yaşlı hücumçu ilə müqavilə 2025-ci ilin yayına qədər uzadılıb.

Oxumağa davam et

İdman

“Anadolu Efes” Avroliqanın çempionu oldu

Türkiyənin “Anadolu Efes” klubu basketbol üzrə Avroliqanın 2021/2022-ci il mövsümünün çempionu olub.

Publika.az xəbər verir ki, Serbiyanın paytaxtı Belqraddakı “Stark Arena”da keçirilən final matçında “Anadolu Efes İspaniyanın “Real Madrid” klubunu 58-57 hesabı ilə məğlub edib.

Bununla da “Anadolu Efes” ardıcıl iki mövsüm Avropa basketbolunun bir nömrəli kubokuna yiyələnib.

Yunanıstanın “Olimpiakos” klubundan 84-74 hesabı ilə üstün olan İspaniyanın “Barselona” klubu isə mövsümü üçüncü pillədə tamamlayıb.

Oxumağa davam et

İdman

Azərbaycan Premyer Liqasının bombardiri bəlli oldu

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünün bombardiri bəlli olub.

Publika.az-ın məlumatına görə, bu ada "Qarabağ"ın oyunçusu Kadi Borges sahib çıxıb.

26 yaşlı yarımmüdafiəçi "Neftçi"ni 4:1 hesabı ilə məğlub etdikləri görüşdə fərqlənməklə çempionatdakı qollarını sayını 12-yə çatdırıb.

Oxumağa davam et
Reklam

Gündəm