Millətlər Liqası: Azərbaycan yığmasının rəqibləri bəlli oldu - Publika.az
Bizi izləyin

İdman

Millətlər Liqası: Azərbaycan yığmasının rəqibləri bəlli oldu

UEFA Millətlər Liqasında 2022/2023 mövsümünün püşkü atılıb.

Publika.az xəbər verir ki, İsveçrənin Montrö şəhərində COVID-19 pandemiyası ilə əlaqədar onlayn formatda keçirilən tədbirdə Azərbaycan millisinin də rəqibləri müəyyənləşib.

C Liqasında yer alan Canni De Byazinin baş məşqçi olduğu kollektiv Slovakiya, Belarus, Azərbaycan, Qazaxıstan / Moldova cütünün qalibi yığmaları ilə birlikdə 3-cü qrupda mübarizə aparacaq.

C Liqası

3-cü qrup

Slovakiya

Belarus

Azərbaycan

Qazaxıstan - Moldova cütünün qalibi

Qeyd edək ki, Mİllətlər Liqasında yeni mövsümə 2022-ci il iyunun 2-də start veriləcək.

Rəylər
Oxumağa davam et
Reklam

İdman

Mbappe PSJ-də qalır?

Fransanın "Paris Sen-Jermen" klubu hücumçusu Kilian Mbappe ilə müqaviləni uzadıb.

Publika.az xəbər verir ki, bu barədə klubun Tviter səhifəsində bildirilib.

Məlumata əsasən, 23 yaşlı hücumçu ilə müqavilə 2025-ci ilin yayına qədər uzadılıb.

Oxumağa davam et

İdman

“Anadolu Efes” Avroliqanın çempionu oldu

Türkiyənin “Anadolu Efes” klubu basketbol üzrə Avroliqanın 2021/2022-ci il mövsümünün çempionu olub.

Publika.az xəbər verir ki, Serbiyanın paytaxtı Belqraddakı “Stark Arena”da keçirilən final matçında “Anadolu Efes İspaniyanın “Real Madrid” klubunu 58-57 hesabı ilə məğlub edib.

Bununla da “Anadolu Efes” ardıcıl iki mövsüm Avropa basketbolunun bir nömrəli kubokuna yiyələnib.

Yunanıstanın “Olimpiakos” klubundan 84-74 hesabı ilə üstün olan İspaniyanın “Barselona” klubu isə mövsümü üçüncü pillədə tamamlayıb.

Oxumağa davam et

İdman

Azərbaycan Premyer Liqasının bombardiri bəlli oldu

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünün bombardiri bəlli olub.

Publika.az-ın məlumatına görə, bu ada "Qarabağ"ın oyunçusu Kadi Borges sahib çıxıb.

26 yaşlı yarımmüdafiəçi "Neftçi"ni 4:1 hesabı ilə məğlub etdikləri görüşdə fərqlənməklə çempionatdakı qollarını sayını 12-yə çatdırıb.

Oxumağa davam et
Reklam

Gündəm