"Sabah" öz meydanında "Səbail"ə məğlub oldu - Publika.az
Bizi izləyin

İdman

"Sabah" öz meydanında "Səbail"ə məğlub oldu

Dekabrın 16-da futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun daha bir oyunu keçirilib.

Publika.az xəbər verir ki, "Sabah" klubu səfərdə "Səbail"lə qarşılaşıb. "ASCO Arena"da keçirilmiş görüş Murad Musayevin baş məşqçi olduğu komandanın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qonaqların heyətində qolları 33-cü dəqiqədə Coy-Lens Mikels, 46-cı dəqiqədə Ceyhun Nuriyev və əsas vaxtın sonuna əlavə olunmuş 4-cü dəqiqədə Xuan Kamara vurub.

Bu qələbədən sonra xallarını 17-yə çatdıran "Sabah" ili beşinci pillədə başa vurub. On xalı olan "Səbail" isə sonuncudur.

Tura bu gün oynanılacaq "Qarabağ" - "Zirə" matçı ilə yekun vurulacaq.

Qeyd edək ki, ilk oyun günündə "Qəbələ" evdə "Neftçi" ilə 1:1 hesablı heç-heçə edib, "Sumqayıt" isə "Keşlə"yə uduzub - 1:3.

Rəylər
Oxumağa davam et
Reklam

İdman

Mbappe PSJ-də qalır?

Fransanın "Paris Sen-Jermen" klubu hücumçusu Kilian Mbappe ilə müqaviləni uzadıb.

Publika.az xəbər verir ki, bu barədə klubun Tviter səhifəsində bildirilib.

Məlumata əsasən, 23 yaşlı hücumçu ilə müqavilə 2025-ci ilin yayına qədər uzadılıb.

Oxumağa davam et

İdman

“Anadolu Efes” Avroliqanın çempionu oldu

Türkiyənin “Anadolu Efes” klubu basketbol üzrə Avroliqanın 2021/2022-ci il mövsümünün çempionu olub.

Publika.az xəbər verir ki, Serbiyanın paytaxtı Belqraddakı “Stark Arena”da keçirilən final matçında “Anadolu Efes İspaniyanın “Real Madrid” klubunu 58-57 hesabı ilə məğlub edib.

Bununla da “Anadolu Efes” ardıcıl iki mövsüm Avropa basketbolunun bir nömrəli kubokuna yiyələnib.

Yunanıstanın “Olimpiakos” klubundan 84-74 hesabı ilə üstün olan İspaniyanın “Barselona” klubu isə mövsümü üçüncü pillədə tamamlayıb.

Oxumağa davam et

İdman

Azərbaycan Premyer Liqasının bombardiri bəlli oldu

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünün bombardiri bəlli olub.

Publika.az-ın məlumatına görə, bu ada "Qarabağ"ın oyunçusu Kadi Borges sahib çıxıb.

26 yaşlı yarımmüdafiəçi "Neftçi"ni 4:1 hesabı ilə məğlub etdikləri görüşdə fərqlənməklə çempionatdakı qollarını sayını 12-yə çatdırıb.

Oxumağa davam et
Reklam

Gündəm