Xəbərlər - Publika.az
Bizi izləyin

İdman

"Galatasaray"dan Fatih Terimlə bağlı ŞOK QƏRAR - VİDEO

Video əlavə olunub.


xxx

Türkiyə Superliqasında uğursuz nəticələrdən sonra "Galatasaray" futbol klubu baş məşqçi Fatih Terimlə yollarını ayırıb.

Publika.az "Fanatik"ə istinadla xəbər verir ki, azarkeşlərin israrlı tələblərindən sonra klub rəhbərliyi Fatih Terimə qarşı sərt addımlar atlb və baş mşğqçi ilə sağollaşıb. 

Beləliklə, "Galatasaray"da dörrdüncü Fatih Terim dönəmi başa çatıb. 

Qeyd edək ki, "İmperator" 2017-ci ildən "sarı-qırmızı"ların sükanı arxasında idi.

Tural Turan

Rəylər

İdman

"Qalatasaray" legioneri ilə vidalaşır

Türkiyə "Qalatasaray"ı futbolçusu Kristian Luyindama ilə yollarını ayırır.

Publika.az yerli mətbuata istinadən xəbər verir ki, İstanbul təmsilçisi konqolu müdafiəçini Belçikanın "Antverpen" klubuna icarəyə verir.

28 yaşlı oyunçunun adı bu səbəbdən səfərdə "Hatayspor"a qarşı keçiriləcək Superliqanın XXI tur matçının iştirak ərizəsinə salınmayıb.

Qeyd edək ki, Kristian Luyindama 2019-cu ildən "Qalatasaray"da çıxış edir.

Oxumağa davam et

İdman

Yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə yekun vuruldu

Cüdo üzrə 18 yaşadək yeniyetmələrin Azərbaycan birinciliyində üçüncü – son günün yarışları keçirilib.

Publika.az Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, bu gün oğlanlar arasında 55 (61 nəfər), 73 (44 nəfər), +90 (24 nəfər), qızlar arasında isə 44 (7 nəfər), 57 (10 nəfər), +70 (5 nəfər) kiloqram çəki dərəcələrində yarışlar keçirilib.

Yekun nəticələrə görə, Xumar Qasımzadə (44 kq), Telli Atazadə (57 kq), Nigar Süleymanova (70 kq) qızlar arasında keçirilən yarışlarda yüksək nəticə əldə edərək fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıblar. Fikrət Nəcəfov (55 kq), Süleyman Əliyev (73 kq), Ramazan Əhmədov (+90 kq) isə oğlanların yarışında Azərbaycan birinciliyinin qalibi olublar.

Ümumi komanda hesabında Bakı şəhəri 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi birinci yeri tutub. “Neftçi” idman klubu ikinci, Təhsil Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 saylı Uşaq-Gənclər İdman Məktəbinin komandası üçüncü yerə sahib olublar.

Bununla da yeniyetmələrin Azərbaycan birinciliyinə yekun vurulub.

Xatırladaq ki, birincilikdə ümumilikdə, 514 idmançı (439 oğlan, 75 qız) medallar uğrunda mübarizə aparıb.

Oxumağa davam et

İdman

Məmmədyarov Yesipenko ilə mübarizə aparacaq

Niderlandın Veyk-an-Zee şəhərində “Tata Steel Masters” şahmat superturnirinə Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov heç-heçə ilə başlayıb.

Publika.az xəbər verir ki, ilk turda Rusiya təmsilçisi Daniil Dubovla qarşılaşan şahmatçımız xalı yarı bölüb. Bu gün keçiriləcək ikinci turda şahmatçımız Rusiyanın daha bir təmsilçisi Andrey Yesipenko ilə mübarizə aparacaq.

Ötən il keçirilmiş analoji yarışda niderlandlı Yorden Van Forest karyerasında ən yüksək nəticəyə imza ataraq yarışın qalib olub.

Oxumağa davam et

Gündəm