Xəbərlər - Publika.az
Bizi izləyin

İdman

Model Azərbaycanda futbol klubunun rəhbəri oldu - FOTO

Azərbaycanlı model İnna Kvirtiya bundan sonra futbol sahəsində fəaliyyət göstərəcək.

Publika.az Sportinfo.az-a istinadla xəbər verir ki, o, “White City” klubunun rəhbəri təyin edilib.

Hazırda bu klub U-9-dan U-14 komandasına qədər futbol akademiyası kimi fəaliyyət göstərir.

Kvirtiyanın klub rəhbəri təyin edilməsi, Azərbaycanda ilk olub.

Belə ki, ona qədər hələ Azərbaycanda qadın futbol klubuna rəhbərlik etməmişdi.

Xatırladaq ki, İnna uzun illər ölkəmizdə legioner həyatı yaşamış, ailə qurduqdan sonra Bakıda qalan Nuqzar Kvirtiyanın xanımıdır.

Rəylər

İdman

Məmmədyarov Yesipenko ilə mübarizə aparacaq

Niderlandın Veyk-an-Zee şəhərində “Tata Steel Masters” şahmat superturnirinə Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov heç-heçə ilə başlayıb.

Publika.az xəbər verir ki, ilk turda Rusiya təmsilçisi Daniil Dubovla qarşılaşan şahmatçımız xalı yarı bölüb. Bu gün keçiriləcək ikinci turda şahmatçımız Rusiyanın daha bir təmsilçisi Andrey Yesipenko ilə mübarizə aparacaq.

Ötən il keçirilmiş analoji yarışda niderlandlı Yorden Van Forest karyerasında ən yüksək nəticəyə imza ataraq yarışın qalib olub.

Oxumağa davam et

İdman

Nazir cüdo yarışlarını izlədi

Gənclər və İdman Nazirliyi və Azərbaycan Cüdo Federasiyası (ACF) tərəfindən təşkil edilən yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinin ikinci yarış gününə yekun vurulub.

ACF-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, bu gün yarışları izləyən gənclər və idman naziri Fərid Qayıbov 52 kiloqram çəki dərəcəsində qalib və mükafatçı qızları medallarla təltif edərək onlara uğurlar arzulayıb.

Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli, baş katibi Rəşad Rəsullu və federasiya prezidentinin müşaviri Natiq Bağırov nazirə qarşıdakı yarışlar, planlar və tədbirlər barədə məlumat veriblər.

Oxumağa davam et

İdman

Şevçenko Polşa yığması ilə danışıqlar aparır

"Cenoa" klubunun baş məşqçisi postundan qovulan Andrey Şevçenko işini Polşa yığmasında davam etdirə bilər.

Publika.az xəbər verir ki, bu barədə özünün "Twitter" səhifəsində italiyalı jurnalist Nikolo Skira yazıb.

Onun sözlərinə görə, tərəflər artıq danışıqlara başlayıblar.

Oxumağa davam et
Reklam

Gündəm