Xəbərlər - Publika.az
Bizi izləyin

İdman

Ronaldu və Messi eyni klubda oynaya bilər

“Mançester Yunayted”in hücumçusu Kriştianu Ronaldu PSJ-yə transfer ola bilər.

Publika.az xəbər verir ki, hücumçu Kilian Mbappe Paris klubunu tərk etməyə yaxındır və bu səbəbdən rəhbərlik heyəti gücləndirmək üçün müxtəlif variantları nəzərdən keçirir. 

Daha əvvəl isə məlum olmuşdu ki, portuqaliyalı forvard hazırda çıxış etdiyi komandadakı vəziyyətdən və “Mançester Yunayted” rəhbərliyindən narazıdır.

K. Ronaldu agenti Jorje Mendesə “Mançester Yunayted”də vəziyyətin dəyişməyəcəyi təqdirdə ona yeni komanda tapmağı barədə göstəriş verib.

Rəylər

İdman

Şəhriyar Məmmədyarov ilk qələbəsini qazandı

Bu gün Niderlandın Veyk-an-Zee şəhərində “Tata Steel Masters” şahmat super turnirinin dördüncü turunun oyunları keçirilib.

Publika.az xəbər verir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov dördüncü turda polşalı Yan Kşiştov Duda ilə mübarizə aparıb. Rəqibinə qarşı ağ fiqurlarla oynayan şahmatçımız turu qələbə ilə başa vurub. Bu, təmsilçimizin turnirdə ilk qələbəsidir.

Qeyd edək ki, şahmatçımız ötən 3 turun qarşılaşmalarını heç-heçə ilə başa vurub. Ş.Məmmədyarovun aktivində 2,5 xal var və bu nəticə ilə beşinci pillədə qərarlaşıb. Turnir cədvəlinə 3 xalla hindistanlı Santoş Vidit başçılıq edir.

Dairəvi sistem üzrə keçirilən yarış 13 turdan ibarətdir. Yarışda 14 şahmatçı iştirak edir.

Oxumağa davam et

İdman

"Qarabağ"ın rəqibi "Arsenal"ın müdafiəçisini transfer etdi

"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi olan Fransa "Marsel"i İngiltərə "Arsenal"ının futbolçusu Sead Sead Kolaşinatsı heyətinə qatıb.

Publika.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bosniya və herseqovinalı müdafiəçi ilə 2023-cü ilin yayınadək müqavilə imzalanıb.

Liqa 1 təmsilçisi daha əvvəl konqolu hücumçu Sedrik Bakambunu transfer edib.

Qeyd edək ki, "Qarabağ" "Marsel" komandası ilə ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək.

Oxumağa davam et

İdman

Dünyanın ən yaxşı futbolçusu məlum oldu

FIFA 2021-ci ilin ən yaxşı futbolçusunu açıqlayıb.

Publika.az xəbər verir ki, "Bavariya"sının hücumçusu Robert Levandovski ardıcıl ikinci dəfə dünyanın ən yaxşı futbolçusu seçilib.

O, Fransa PSJ-sindən Lionel Messi və İngiltərə "Liverpul"undan Məhəmməd Salahı qabaqlayıb.

Ötən il 69 qol vuran Levandovski "Bavariya" ilə Almaniya Bundesliqasının və Kubokunun qalibi olub.

Oxumağa davam et
Reklam

Gündəm