Xəbərlər - Publika.az
Bizi izləyin

İdman

Mədət Quliyev yeni baş katibi kollektivə təqdim etdi - FOTO

Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) baş katibi vəzifəsində dəyişiklik baş verib.

Federasiyanın mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, baş katib Fərhad Əliyev başqa işə keçməsi ilə əlaqədar postunu tərk edib. Bu vəzifəyə İcraiyyə Komitəsi üzvləri arasında səsvermə nəticəsində yekdilliklə Elnarə Musayeva gətirilib.

AzVİF prezidenti Mədət Quliyevin sədrliyi ilə keçirilən İcraiyyə Komitəsinin növbədənkənar iclasında yeni idman direktoru, ukraynalı mütəxəssis Oleq Berezovskini tədbir iştirakçılarına təqdim edilib.

Toplantıda 2022-ci ildə görülməsi planlaşdırılan məsələlər müzakirə edilib, məşqçilərin tədris prosesinin təkmilləşdirilməsinə, idmançıların təlim-tərbiyəsinə, onların ictimaiyyət arasında davranış qaydalarına və təhsil müəssisələrində davamiyyətə riayət etmələrinə xüsusi diqqət yerilmələrinə və qeyd olunan məsələlərin plana salınmasına dair federasiya prezidentinin tapşırıq və tövsiyələri dinlənilib.

  • Mədət Quliyev yeni baş katibi kollektivə təqdim etdi - FOTO

  • Mədət Quliyev yeni baş katibi kollektivə təqdim etdi - FOTO

Publika.az
Rəylər

İdman

Məmmədyarov Yesipenko ilə mübarizə aparacaq

Niderlandın Veyk-an-Zee şəhərində “Tata Steel Masters” şahmat superturnirinə Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov heç-heçə ilə başlayıb.

Publika.az xəbər verir ki, ilk turda Rusiya təmsilçisi Daniil Dubovla qarşılaşan şahmatçımız xalı yarı bölüb. Bu gün keçiriləcək ikinci turda şahmatçımız Rusiyanın daha bir təmsilçisi Andrey Yesipenko ilə mübarizə aparacaq.

Ötən il keçirilmiş analoji yarışda niderlandlı Yorden Van Forest karyerasında ən yüksək nəticəyə imza ataraq yarışın qalib olub.

Oxumağa davam et

İdman

Nazir cüdo yarışlarını izlədi

Gənclər və İdman Nazirliyi və Azərbaycan Cüdo Federasiyası (ACF) tərəfindən təşkil edilən yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinin ikinci yarış gününə yekun vurulub.

ACF-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, bu gün yarışları izləyən gənclər və idman naziri Fərid Qayıbov 52 kiloqram çəki dərəcəsində qalib və mükafatçı qızları medallarla təltif edərək onlara uğurlar arzulayıb.

Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli, baş katibi Rəşad Rəsullu və federasiya prezidentinin müşaviri Natiq Bağırov nazirə qarşıdakı yarışlar, planlar və tədbirlər barədə məlumat veriblər.

Oxumağa davam et

İdman

Şevçenko Polşa yığması ilə danışıqlar aparır

"Cenoa" klubunun baş məşqçisi postundan qovulan Andrey Şevçenko işini Polşa yığmasında davam etdirə bilər.

Publika.az xəbər verir ki, bu barədə özünün "Twitter" səhifəsində italiyalı jurnalist Nikolo Skira yazıb.

Onun sözlərinə görə, tərəflər artıq danışıqlara başlayıblar.

Oxumağa davam et
Reklam

Gündəm