Xəbərlər - Publika.az
Bizi izləyin

İdman

"Qarabağ" Rumıniya klubu ilə heç-heçə etdi

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Qarabağ" komandası ilk yoxlama matçına çıxıb.

Publika.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının lideri Rumıniya "Qaz Metan"ı ilə görüşüb.

Oyun qolsuz bərabərliklə yekunlaşıb.

Qeyd edək ki, "Qarabağ" növbəti matçını yanvarın 21-də Polşanın "Şlyonsk" (Vrotslav) komandasına qarşı keçirəcək.

Rəylər

İdman

Dünyanın ən yaxşı futbolçusu məlum oldu

FIFA 2021-ci ilin ən yaxşı futbolçusunu açıqlayıb.

Publika.az xəbər verir ki, "Bavariya"sının hücumçusu Robert Levandovski ardıcıl ikinci dəfə dünyanın ən yaxşı futbolçusu seçilib.

O, Fransa PSJ-sindən Lionel Messi və İngiltərə "Liverpul"undan Məhəmməd Salahı qabaqlayıb.

Ötən il 69 qol vuran Levandovski "Bavariya" ilə Almaniya Bundesliqasının və Kubokunun qalibi olub.

Oxumağa davam et

İdman

2021-ci ilin ən yaxşı qapıçısı seçildi

İngiltərənin "Çelsi" klubunun və Seneqal yığmasının qapıçısı Eduard Mendi Beynəlxalq Futbol Federasiyasının (FİFA) versiyasına görə 2021-ci ilin ən yaxşı qapıçısı seçilib.

Publika.az xəbər verir ki, mükafatlandırma mərasimi təşkilatın mənzil-qərargahında onlayn-formatda keçirilib.

Qeyd edək ki, E.Mendinin 29 yaşı var. O, ötən mövsüm İngiltərə Premyer Liqası çərçivəsində "Çelsi"nin heyətində 31 oyuna çıxıb və 25 qol buraxıb.

Çempionlar Liqasında seneqallı qapıçı 12 oyunda iştirak edib və 3 qol buraxıb.

Oxumağa davam et

İdman

Kamran Ağayev vida matçı keçirəcək

Azərbaycan millisinin sabiq qapıçısı Kamran Ağayev vida matçı keçirəcək.

Publika.az xəbər verir ki, bu barədə veteran qolkiper "CBC Sport"da yayımlanan "Bizim futbol" verilişində açıqlama verib.

O, planda belə bir görüşün olduğunu bildirib: "Həm "Səbail", həm də AFFA rəhbərliyi ilə danışmışıq. Belə bir oyun, azarkeşlərlə görüş planlaşdırılıb. Amma vaxtı dəqiq bilinmir".

Qeyd edək ki, Kamran Ağayevin son klubu "Səbail" olub

Oxumağa davam et
Reklam

Gündəm