Xəbərlər - Publika.az
Bizi izləyin

İdman

Azərbaycan şahmatçısı “Praqa Open-2022” turnirinin qalibi oldu

Azərbaycan şahmatçısı Çexiyada keçirilən “Praqa Open-2022” turnirində uğurla çıxış edib.

Publika.az xəbər verir ki, təmsilçimiz Azər Mirzəyev 9 turda 7,5 xal toplayaraq yarışın qalibi olub. Onunla eyni xalı yığan polşalı Antoni Kozak ikinci pillədə qərarlaşıb. Çexiya təmsilçisi Yakub Vojta isə üçüncü yeri tutub.

Turnirdə 5-i qrosmeyster olmaqla, 185 şahmatçı iştirak edib.

İsveçrə sistemi üzrə keçirilən yarış 9 turdan ibarət olub.

Rəylər

İdman

Nazir cüdo yarışlarını izlədi

Gənclər və İdman Nazirliyi və Azərbaycan Cüdo Federasiyası (ACF) tərəfindən təşkil edilən yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinin ikinci yarış gününə yekun vurulub.

ACF-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, bu gün yarışları izləyən gənclər və idman naziri Fərid Qayıbov 52 kiloqram çəki dərəcəsində qalib və mükafatçı qızları medallarla təltif edərək onlara uğurlar arzulayıb.

Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli, baş katibi Rəşad Rəsullu və federasiya prezidentinin müşaviri Natiq Bağırov nazirə qarşıdakı yarışlar, planlar və tədbirlər barədə məlumat veriblər.

Oxumağa davam et

İdman

Şevçenko Polşa yığması ilə danışıqlar aparır

"Cenoa" klubunun baş məşqçisi postundan qovulan Andrey Şevçenko işini Polşa yığmasında davam etdirə bilər.

Publika.az xəbər verir ki, bu barədə özünün "Twitter" səhifəsində italiyalı jurnalist Nikolo Skira yazıb.

Onun sözlərinə görə, tərəflər artıq danışıqlara başlayıblar.

Oxumağa davam et

İdman

"Mançester Siti" "Çelsi"ni məğlub etdi

İngiltərə Premyer Liqasının 22-ci turunda "Mançester Siti" "Çelsi"ni qəbul edib.

Publika.az xəbər verir ki, matç meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb.

Qələbə sayəsində xalını 56-ya yüksəldən Pep Qvardiolanın komandası liderliyi möhkəmlədib. "Çelsi" isə 43 xalla 2-cidir.

"Mançester Siti" - "Çelsi" - 1:0

Qol: De Brüyne, 70

Bu qələbə ilə xalını 56-ya yüksəldən Pep Qvardiolanın baş məşqçisi olduğu komanda liderliyi möhkəmlədib. "Çelsi" 43 xalla 2-cidir.

Oxumağa davam et
Reklam

Gündəm