Nazir cüdo yarışlarını izlədi - Publika.az
Bizi izləyin

İdman

Nazir cüdo yarışlarını izlədi

Gənclər və İdman Nazirliyi və Azərbaycan Cüdo Federasiyası (ACF) tərəfindən təşkil edilən yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinin ikinci yarış gününə yekun vurulub.

ACF-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, bu gün yarışları izləyən gənclər və idman naziri Fərid Qayıbov 52 kiloqram çəki dərəcəsində qalib və mükafatçı qızları medallarla təltif edərək onlara uğurlar arzulayıb.

Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli, baş katibi Rəşad Rəsullu və federasiya prezidentinin müşaviri Natiq Bağırov nazirə qarşıdakı yarışlar, planlar və tədbirlər barədə məlumat veriblər.

Rəylər
Oxumağa davam et
Reklam

İdman

Azərbaycan Kubokunun qalibi məlum oldu - VİDEO - YENİLƏNDİ

Azərbaycan Kubokunun qalibi bəlli olub.

Publika.az xəbər verir ki, həlledici matç Qəbələ şəhər stadionunda keçirilib.

“Qarabağ”la “Zirə”nin qarşılaşması gərgin mübarizə ilə yadda qalıb.

Hər iki komanda 90 dəqiqə ərzində bir dəfə fərqləniblər. Əlavə vaxtda isə qol olmayıb.

Belə olan halda qalibi müəyyən etmək üçün “lotereya”ya – penalti zərbələrinə ehtiyac yaranıb.

Bu zaman daha dəqiq oynayan “Qarabağ” yekunda kuboka sahib çıxıb.

xxx

21:41

Azərbaycan Kubokunun final matçında əsas və əlavə vaxt başa çatıb.

Publika.az xəbər verir ki, qarşılaşmanın ilk 90 dəqiqəsində tərəflər hərəyə bir dəfə fərqləniblər.

Əlavə vaxtda isə qol vurulmayıb.

Kubokun taleyini həll etmək üçün 11 metrlik zərbələrə ehtiyac duyulub.

xxx

21:03

Azərbaycan Kubokunun final matçında əsas vaxt başa çatıb.

Publika.az xəbər verir ki, 90 dəqiqə boyunca tərəflərdən heç biri üstünlük qura bilmədiyi üçün oyunda əlavə vaxt oynanılacaq.

Qalibi müəyyən etmək üçün 30 dəqiqəlik əlavə vaxt oynanılacaq.

xxx

20:31

Azərbaycan Kubokunun final matçında ikinci qol vurulub.

Publika.az xəbər verir ki, “Qarabağ” hesabı bərabərləşdirib.

Abdulla Zubir 69-cu dəqiqədə gözəl qola imza atıb.

xxx

20:10

Azərbaycan Kubokunun final matçında ikinci hissəyə start verilib.

Publika.az xəbər verir ki, qarşılaşmanın ilk hissəsi “Zirə”nin “Qarabağ” üzərində minimalhesablı üstünlüyü ilə yekunlaşıb.

Hazırda ikinci hissə davam edir.

xxx

19:53

Azərbaycan Kubokunun final matçında ilk hissə başa çatıb.

Publika.az xəbər verir ki, qarşılaşmanın ilk yarısı “Zirə”nin üstünlüyü ilə yekunlaşıb.

Paytaxt təmsilçisi Hamidu Keytanın qolu ilə hissəni üstün bitiriblər.

xxx

19:23

Azərbaycan Kubokunun final matçında hesab açılıb. 

Publika.az xəbər verir ki, qarşılaşmanın 17-ci dəqiqəsində “Zirə” hesabda önə çıxıb. 

Hamidu Keyta fərqlənib. 

xxx

19:03

Azərbaycan Kubokunda 2021/22 mövsümünün final oyunu keçirilir.

Publika.az xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan həlledici matçda “Qarabağ”la “Zirə” qarşılaşır.

Artıq matçda start fiti səslənib. Hesab açılmayıb.

xxx

18:26

Azərbaycan Kubokunun final görüşü olan “Qarabağ” – “Zirə” oyununun start heyətləri açıqlanıb.

Publika.az heyətləri təqdim edir:

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 19. Filip Ozobiç, 10. Abdullah Zubir, 81. Kevin Medina, 6. Patrik Andrade, 29. Marko Veşoviç, 20. Kadi Borqes, 25. Vadji İbrahima, 44. Elvin Cəfərquliyev
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 55. Bədəvi Hüseynov, 30. Abbas Hüseynov, 18. İsmayıl İbrahimli, 77. Ramil Şeydayev, 7. Rişard Almeyda, 13. Bəhlul Mustafazadə, 11. Xayme Romero, 15. Leandro Andrade, 97. Rüstəm Əhmədzadə, 27. Toral Bayramov, 22. Musa Qurbanlı
Baş məşqçi: Qurban Qurbanov

“Zirə”: 41. Anar Nəzirov, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 32. Qismət Alıyev (k), 19. Təmkin Xəlilzadə, 91. Coşqun Diniyev, 18. Davit Volkovi, 44. Dimitrios Çantakias, 26. Nemanya Ancelkoviç, 14. Hamidu Keyta, 4. Cəlal Hüseynov
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 22. Nail Alışov, 10. Ağabala Ramazanov, 2. Sərtan Taşkın, 15. Ruslan Abışov, 5. Rahil Məmmədov, 47. Məhəmməd Hamdaui, 9. Loris Bronyo, 99. Ahmed Ayzaya, 13. Ramin Əhmədov, 56. Samir Ağayev, 27. Tamerlan Burcəliyev
Baş məşqçi: Rəşad Sadıqov

xxx

09:54

Bu gün Azərbaycan Kubokunda 2021/22 mövsümünün final oyunu keçiriləcək. 

Publika.az xəbər verir ki, bununla da Azərbaycan futbolunda mövsüm başa çatacaq. 

Sayca 30-cu finalda “Qarabağ”la “Zirə” üz-üzə gələcək. Qəbələdə keçiriləcək matçda Premyer Liqanın çempionu “Qarabağ” “Qızıl dubl”unu rəsmiləşdirmək üçün heç vaxt uduzmadığı rəqibini məğlub etməlidir. 

Qurban Qurbanovun yetirmələri klub tarixində 7-ci kuboku qazanmaqla rekorda imza atmaq arzusundadır. 

Çempionatı bürünc medalla başa vurmuş “Zirə” isə ilk titulunu əldə etməyə çalışacaq. Rəşad Sadıqovun yetirmələri bunun üçün “Qarabağ” sindromunu qıraraq ilk dəfə qalib gəlməli, ya da penaltilər seriyasında qələbəyə sevinməlidir. Bu kubok Sadıqovun məşqçilik karyerasına ilk titul kimi düşəcək. 

Azərbaycan Kuboku

Final

27 may 19:00 

“Qarabağ” – “Zirə” 

Baş hakim: Elçin Məsiyev 

Qəbələ şəhər stadionu

Oxumağa davam et

İdman

Azərbaycanlı daha bir boksçu İrəvanda erməniyə qalib gəldi - FOTO

Azərbaycan əsilli daha bir boksçu İrəvanda keçirilən Avropa çempionatında erməniyə qalib gəlib.

Publika.az xəbər verir ki, 48 kq çəki dərəcəsində Gürcüstanı təmsil edən Sahil Allahverdov Bareqam Harutyunyana tam üstünlüklə qalib gəlib - 5:0.

Qeyd edək ki, daha əvvəl Ukrayna millisində çıxış edən azərbaycanlı boksçu Elmir Nəbiyev 54 kq çəki dərəcəsindəki ilk görüşündə Ermənistan təmsilçisi Canik Sahakyandan güclü olub - 3:2.

Oxumağa davam et

İdman

Azərbaycanın karate komandası finala yüksəldi

Azərbaycanın karate üzrə kumite komandası Türkiyənin Qaziantep şəhərində keçirilən Avropa çempionatında finala yüksəlib.

Publika.az xəbər verir ki, Pənah Abdullayev, Tural Ağalarzadə, Rafael Ağayev, Asiman Qurbanlı, Rafiz Həsənov, Turqut Həsənov və Ayxan Mamayevdən ibarət heyət həlledici raunnda Fransa ilə üz-üzə gələcək.

Final mayın 29-da olacaq.

Mübarizəyə 1/8 finalda start verən yığma ardıcıl olaraq Kosovonu 3:1, Portuqaliyanı 2:0, Yunanıstanı isə 3:0 hesabı ilə məğlub edib.

Oxumağa davam et
Reklam

Gündəm