Məmmədyarov Yesipenko ilə mübarizə aparacaq - Publika.az
Bizi izləyin

İdman

Məmmədyarov Yesipenko ilə mübarizə aparacaq

Niderlandın Veyk-an-Zee şəhərində “Tata Steel Masters” şahmat superturnirinə Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov heç-heçə ilə başlayıb.

Publika.az xəbər verir ki, ilk turda Rusiya təmsilçisi Daniil Dubovla qarşılaşan şahmatçımız xalı yarı bölüb. Bu gün keçiriləcək ikinci turda şahmatçımız Rusiyanın daha bir təmsilçisi Andrey Yesipenko ilə mübarizə aparacaq.

Ötən il keçirilmiş analoji yarışda niderlandlı Yorden Van Forest karyerasında ən yüksək nəticəyə imza ataraq yarışın qalib olub.

Rəylər
Oxumağa davam et
Reklam

İdman

"Qarabağ"ın qapıçısı Premyer Liqada 100-cü oyununu keçirdi

"Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev Azərbaycan Premyer Liqasında 100-cü oyununu keçirib.

Publika.az xəbər verir ki, onun yubileyi XXVIII turun “Neftçi” ilə matçına təsadüf edib. 

Qolkiper 4:1 hesablı qələbədə 85-ci topunu buraxıb. Məhəmmədəliyev Premyer Liqada 2013/14 mövsümündə “Sumqayıt”ın heyətində debüt edib. O, bu komandada 33 oyunda 49, “Qarabağ”dakı 67 matçda 35 qol buraxıb.

Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev XVI turun “Sumqayıt”la təxirə salınan matçında “Qarabağ”ın heyətində bütün turnirlər nəzərə alınmaqla 100-cü oyununu keçirmişdi.

Oxumağa davam et

İdman

Dünyanın ən çox maaş alan futbolçusunun adı AÇIQLANDI

Fransanın PSJ klubu ilə müqavilənin müddətini uzadan Kilian Mbappe dünyanın ən çox maaş alan futbolçusu olub.

Publika.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Tankredi Palmeri özünün tviterdəki səhifəsində bildirib.

Yeni sözləşməyə əsasən, 24 yaşlı hücumçunun məvacibi 93 milyon avro təşkil edəcək. Ən çox maaş alan oyunçuların siyahısında Mbappenin komanda yoldaşları Lionel Messi (35 milyon avro) və Neymar (30 milyon avro) ilk "3-lüy"ü qapayır.

Qeyd edək ki, Kilian Mbappe 2021/2022 mövsümündə Fransa Liqa-1-də 34 oyuna çıxıb, 28 qol və 17 məhsuldar ötürmə ilə yadda qalıb.

Oxumağa davam et

İdman

Olimpiya çempionumuz Avropa çempionatında mübarizəyə başlayır

Azərbaycanın daha üç taekvondoçusu bu gün Böyük Britaniyanın Mançester şəhərindəki Avropa çempionatında mübarizəyə başlayacaq.

Publika.az-ın məlumatına görə, yarışın sonuncu günündə 74 kq çəki dərəcəsində çıxış edən Eltac Qafarov 1/16 final mərhələsində estoniyalı Kunter Stroom Karlla üz-üzə gələcək.

Rio-2016 Yay Olimpiya Oyunlarının qalibi olan 87 kq-dakı Radik İsayev 1/4 finalda Cem Ünlüsoy (Almaniya) - Erik Farmakas (İsveç) cütünün qalibi ilə görüşəcək.

Qadın taekvondoçulardan 57 kq-da yer alan Fatimə Məcidova 1/16 finalda italiyalı Giada Al Halvani ilə qarşılaşacaq.

Bu gün həmçinin Azərbaycanın bir parataekvondoçusu da qüvvəsini sınayacaq. 63 kq-dakı Sadiq Həmidovun ilk rəqibi özbəkistanlı Zukhriddin Tokhirov olacaq. Parataekvondo üzrə Avropa çempionatı digər qitələr üçün də açıqdır.

Qeyd edək ki, Azərbaycan yarışda 13 taekvondoçu və 5 parataekvondoçu ilə təmsil olunur. Daha əvvəl parataekvondoçulardan 70 kq-dakı İmaməddin Xəlilov gümüş, 58 kq-dakı Sabir Zeynalov bürünc medal əldə edib. Digərləri qitə çempionatını medalsız başa vurub.

Oxumağa davam et
Reklam

Gündəm