"Qalatasaray" legioneri ilə vidalaşır - Publika.az
Bizi izləyin

İdman

"Qalatasaray" legioneri ilə vidalaşır

Türkiyə "Qalatasaray"ı futbolçusu Kristian Luyindama ilə yollarını ayırır.

Publika.az yerli mətbuata istinadən xəbər verir ki, İstanbul təmsilçisi konqolu müdafiəçini Belçikanın "Antverpen" klubuna icarəyə verir.

28 yaşlı oyunçunun adı bu səbəbdən səfərdə "Hatayspor"a qarşı keçiriləcək Superliqanın XXI tur matçının iştirak ərizəsinə salınmayıb.

Qeyd edək ki, Kristian Luyindama 2019-cu ildən "Qalatasaray"da çıxış edir.

Rəylər
Oxumağa davam et
Reklam

İdman

Qurbanov "Qarabağ"dan gedə bilərmi? - Açıqlama

Məşqçi kareyram daha uğurlu olub.

Publika.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Gənclər və İdman Nazirliyinin “Məşqçilərimizi tanıyaq” layihəsi çərçivəsində idman ictimaiyyəti ilə görüşündə deyib.

Onun sözlərinə görə, futbolçu kimi karyerası geniş olmayıb: "Baxmayaraq ki, üzdə olan futbolçular sırasındayam. Amma yerli futbolumuzda məndən daha məşhur futbolçular olub. Düşünürəm ki, məşqçi karyeram daha maraqlı alınıb".

Qurban Qurbanov milli komandada nə zamansa məşqçi olmaq sualını cavablandırıb: "İstəyirəm ki, bütün gücümü Azərbaycan futboluna verim. Amma hazırda "Qarabağ"dan başqa klubda, başqa yerdə çalışmaq istəmirəm. "Qarabağ" mənim üçün hər şeydir".

Oxumağa davam et

İdman

Bu halda yaxşı idmançı yetişə bilməz - Qurban Qurbanov

Əvvəllər insanlar futbolu daha çox sevir, daha çox sevdirirdilər. O vaxt oyunlar indiki qədər canlı yayımlar, oyunlar yox idi. İnsanlar futbola baxmaq üçün fürsət, imkan axtarırdılar.

Publika.az xəbər verir ki, bunu Gənclər və İdman Nazirliyinin “Məşqçilərimizi tanıyaq” layihəsi çərçivəsində “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov idman ictimaiyyəti ilə görüşündə deyib.

Onun sözlərinə görə, futbolu gənclərə sevdirə bilmiriksə, yaxşı idmançı yetişə bilməz: "Gənclərə idmanı sevdirmək üçün daima görüşlər, çempionatlar keçirilməlidir".

"Yaxşı futbolçu olmaq üçün nə lazımdır" sualına cavabda əməkdar məşqçi qardaşını nümunə çəkib: "Yaxşı futbolçu olmaq üçün Musa kimi qardaşın olmalıdır. Amma hər şeydən əvvəl futbolçunun potensialı olmalıdır. Bundan başqa, futbolçunun istəyi, xarakteri olmalıdır. Biz məşq etməkdən qorxmamalıyıq. Əgər idmançı məşq etməkdən qorxursa, o potensialına malik ola bilməz. Mən məşqdən ən güclü çıxan olurdum. Bu, futbola sevgim idi.

Eyni zamanda, peşəni sevdirən şəxsiyyət olmalıdır. Bu, ən həssas məqamdır. Dünya tərcübəsində görmüşük ki, çox güclü idmançılar karyeralarını yekunlaşdırıblar. Düşünürəm ki, onları yanında saxlayacaq şəxsiyyət olmayıb. Bunlar məndə olub və bacardığımdan daha çox uğurlar əldə etmişəm".

Oxumağa davam et

İdman

Qurbanov Vasilevaya futbol topu hədiyyə etdi - FOTO

Gənclər və İdman Nazirliyinin “Məşqçilərimizi tanıyaq” layihəsinin ikinci qonağı əməkdar məşqçi, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovdur.

Publika.az xəbər verir ki, idman ictimaiyyəti ilə görüş çərçivəsində tədbir açılışını gənclər və idman nazirinin müavini Mariana Vasileva edib.

O, Qurban Qurbanovun görüşdə iştirakından şad olduğunu bildirib.

Mariana Vasileva nazirlik adından Qurban Qurbanova xatirə hədiyyəsi təqdim edib.

Qurban Qurbanov isə nazir müavininə "Qurbanov 13" yazılı "Qarabağ" forması və futbol topu hədiyyə edib.

Qeyd edək ki, bu, layihə üzrə baş tutan ilk görüşdür.

FOTO: Ceyhun Rəhimov

Oxumağa davam et
Reklam

Gündəm