Xəbərlər - Publika.az
Bizi izləyin

İdman

Dünyanın ən yaxşı futbolçusu məlum oldu

FIFA 2021-ci ilin ən yaxşı futbolçusunu açıqlayıb.

Publika.az xəbər verir ki, "Bavariya"sının hücumçusu Robert Levandovski ardıcıl ikinci dəfə dünyanın ən yaxşı futbolçusu seçilib.

O, Fransa PSJ-sindən Lionel Messi və İngiltərə "Liverpul"undan Məhəmməd Salahı qabaqlayıb.

Ötən il 69 qol vuran Levandovski "Bavariya" ilə Almaniya Bundesliqasının və Kubokunun qalibi olub.

Rəylər
Oxumağa davam et
Reklam

İdman

Azərbaycanlı hakim ən yüksək kateqoriyalı beynəlxalq status aldı - FOTO

Beynəlxalq Cüdo Federasiyası (IJF) Qazaxıstanın Almatı şəhərində hakimlər üçün seminar və "A" kateqoriyalı beynəlxalq dərəcənin (cüdo idman növü üzrə ən yüksək hakimlik dərəcəsi) alınması üçün imtahan keçirib.

Azərbaycan Cüdo Federasiyasından (ACF) Publika.az-a verilən məlumata görə, IJF-nin hakimlər üzrə direktoru Florin Laskau və Hakimlər Komissiyasının üzvlərinin təşkil etdiyi seminar və imtahanda 13 ölkənin nümayəndəsi, o cümlədən, ACF-in hakimlər üzrə meneceri Mətin Rəhimli iştirak edib.

İlk iki gün ərzində iştirakçılar hakimlərin yarışları dəqiq və səmərəli idarə etmələri üçün əyani vəsait kimi çoxsaylı video materiallarla tanış olublar. Daha sonra ədalət təmsilçiləri təlimin nəzəri hissəsinə dair imtahan veriblər.

Ardınca onlar 13 - 15 mayda Alma-Ata şəhərində baş tutan yeniyetmələrin və gənclərin Asiya Kubokunda görüşləri idarə edərək praktiki imtahan veriblər. Hər iki imtahanı yüksək nəticə ilə keçən Rəhimli "A" kateqoriyalı yüksək hakimlik lisenziyası əldə edib.

Qeyd edək ki, sonuncu dəfə Azərbaycan təmsilçisi "A" kateqoriyalı hakimlik lisenziyasına 2014-cü ildə layiq görülüb. Beləliklə, 8 ildən sonra ilk dəfədir ki, cüdo idman növü üzrə ən yüksək hakimlik dərəcəsi qazanılıb.

Oxumağa davam et

İdman

“Qarabağ” – “Neftçi” oyununun başlama saatı açıqlandı

Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünün son turunun oyun cədvəli məlum oldu.

Publika.az xəbər verir ki, turun iki görüşü “CBC Sport” telekanalı vasitəsilə, bir qarşılaşma isə Peşəkar Futbol Liqasının yutub kanalında canlı yayımlanacaq.

21 may (şənbə)

“Qarabağ” – “Neftçi”
“Azersun Arena”, 19:30

“Zirə” – “Şamaxı”
Zirə İdman Kompleksinin stadionu, 17:00

“Qəbələ” – “Sabah”
Qəbələ şəhər stadionu, 17:00

“Sumqayıt” – “Səbail”
“Kapital Bank Arena”, 19:00.

Oxumağa davam et

İdman

"Qarabağ" rekorda imza atdı

"Qarabağ" klubu Azərbaycan Premyer Liqasında XXI əsrin rekorduna imza atıb.

Publika.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda buna "Səbail"ə 3:0 hesabı ilə qalib gəldikləri XXVII tur oyununda nail olub.

"Köhlən atlar" yerli çempionatda vurduğu qolların sayını 68-ə çatdırıb.

Bunadək “Xəzər Lənkəran” 2004/2005, “Qarabağ” 2013/2014 və 2015/2016 mövsümlərində 66 qol vurmuşdu. Ağdam klubu bu göstəricini iki top üstələyib.

Oxumağa davam et
Reklam

Gündəm