Xəbərlər - Publika.az
Bizi izləyin

İqtisadiyyat

Azərbaycanda daha 24 dövlət əmlakı hərraca çıxarılır

Fevralın 15-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti dəfə hərrac keçirəcək.

Bu barədə Publika.az-a nazirlikdən bildirilib.

Məlumata görə, hərraca 24 əmlak - o cümlədən 11 kiçik dövlət müəssisə və obyekti, 1 yarımçıq tikili, 12 nəqliyyat vasitəsi çıxarılacaq.

Bu dəfə də hərraca çıxarılan kiçik dövlət müəssisə və obyektləri ərazi, qiymət baxımından çoxçeşidlidir. Belə ki, ilkin satış qiyməti 2.450 manat və 102.500 manat aralığında olan əmlaklar Mingəçevir, Şəmkir, Balakən, Xızı və digər bölgələrdə yerləşir. Mövcud obyektlər potensial investorun müxtəlif sahələrdə biznes fəaliyyətini reallaşdırmasını mümkün edə bilər.

Hərraca müxtəlif markalı nəqliyyat vasitələri də çıxarılıb. Özəlləşdiriləcək avtomobillər arasında Rusiya və Yaponiya istehsalı olan maşınlar üstünlük təşkil edir. Nəqliyyat vasitələrinin istehsal tarixi 1986-2009-cu illər arasında dəyişir.

Özəlləşdirməyə çıxarılan dövlət əmlakının tam siyahısı ilə burada tanış olmaq mümkündür: (https://bit.ly/3mmNVpB ).

Özəlləşdirmə hərraclarında iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i qədər beh ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.

Hərrac günü prosesə marağı olanlar həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.

Rəylər

İqtisadiyyat

Fiziki şəxslərin gəlir vergisinə nə zaman güzəşt edilir? - İZAH

Vergi Məcəlləsinə edilmiş stimullaşdırıcı əlavə və dəyişikliklərdən biri də fiziki şəxslərin əməkhaqqından tutulan vergilərlə bağlıdır.

Publika.azDövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, mövzunu şərh edən iqtisadçı ekspert Anar Bayramovun sözlərinə görə, dəyişikliyə qədər bu güzəştlərin güzəşt əldə edən şəxsin bu güzəşti əldə etməyə əsas verən təsdiqedici sənədləri təqdim etdiyi halda nəzərə alındığını bildirib.

Ekspert qeyd edib ki, əgər hansısa səbəbdən güzəşt hüququna malik şəxs bu sənədi iş yerinə vaxtında təqdim edə bilmirdisə, işçi bu dövr ərzində güzəştdən məhrum olurdu və həmin şəxsdən vergi tutulurdu. Vergi Məcəlləsinə edilən son əlavə və dəyişikliyə əsasən, əgər işçi bu güzəşt hüququnu təsdiq edən sənədləri müəssisəyə sonradan təqdim edərsə belə, güzəşt sənədlərin təqdim edildiyi vaxtdan deyil, əmək müqaviləsi qüvvəyə mindiyi vaxtdan hesablanır: “Tutaq ki, 2-ci Qarabağ müharibəsində iştirak etmiş və qanunvericiliyə əsasən müharibə veteranı statusu almış şəxs 2022-ci fevralın 1-dən 1000 manat aylıq tarif maaşı ilə dövlət müəssisəsində əmək fəaliyyətinə başlayır. Lakin həmin işçi müharibə veteranı vəsiqəsini müəssisəyə 2022-ci ilin mayın 1-də təqdim edir. O zaman fevral, mart, aprel ayları üçün işçiyə əməkhaqqı hesablanarkən işçidən ödəmə mənbəyində 30 manat məcburi dövlət sosial sığorta haqqı, 112 manat gəlir vergisi tutulmaqla işçiyə hər ay 858 manat ödəniş ediləcək. Əgər işçi güzəşt hüququnu təsdiq edən sənədi işə başladığı ayda təqdim etsəydi, Vergi Məcəlləsinə əsasən gəlirinin 400 manat hissəsinə də güzəşt həmin aylarda tətbiq edilər və işçinin gəlirindən tutulan vergi 56 manat az olardı. Lakin işçi bu sənədi müəssisəyə may ayında təqdim edib. Bu zaman əvvəlki 3 ay üçün işçidən tutulmuş 168 manat (56 x 3 = 168) manat may ayının əməkhaqqı hesablanarkən və işçiyə ödənilərkən nəzərə alınacaq”.

Burada əsas məqam ondan ibarətdir ki, Məcəllədə edilmiş bu dəyişikliklər 2022-ci il yanvarın 1–dən sonrakı ayların əməkhaqqı hesablanarkən tətbiq ediləcək.

Oxumağa davam et

İqtisadiyyat

"Buta Airways" biletin qiymətini 29 avroya endirdi

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) aşağıbüdcəli törəməsi - "Buta Airways" 29 avrodan başlayan "Büdcə" tarifi ilə aviabilet əldə etmək imkanını bərpa edib.

Publika.az xəbər verir ki, bu barədə aviaşirkətdən bildirilib. Bu tarif koronavirus pandemiyasının aktiv fazasında müvəqqəti olaraq mövcud deyildi.

"Büdcə" tarifi üzrə aviabiletləri əvvəlki kimi yalnız aviaşirkətin www.butaairways.az rəsmi saytından əldə etmək olar. Bu tarifdə baqajın pulsuz daşınması nəzərdə tutulmayıb. Lakin hava limanında uçuşa qeydiyyat aviadaşıyıcının digər tariflərində olduğu kimi pulsuz həyata keçiriləcəkdir. Təyyarənin salonunda yer seçimi aviaşirkətin hər üç tarifində ödənişli xidmət kimi təklif olunur.

"Büdcə" tarifi “Buta Airways” aviaşirkətinin bütün xüsusi reyslərində qüvvədədir. Aviaşirkətin marşrut şəbəkəsinə İstanbul, Alanya, İzmir, Ankara, Moskva ("Jukovski" hava limanı), Ufa, Kazan, Həştərxan, Kiyev, Tbilisi, Ər-Riyad, Dammam kimi istiqamətlər daxildir.

 "Büdcə" tarifi çərçivəsində aşağıdakı ləvazimatların təyyarənin salonunda pulsuz daşınmasına icazə verilir:

  • Ölçüləri 30x35x10sm-dən artıq olmayaraq şəxsi əşyalar üçün kiçk çanta və ya kamera çantası və portativ kompyuter çantası (çantalar yalnız təyinatı üzrə istifadə edilməlidir);
  • Üst geyimi, palto və ya plaş, portpleddə kostyum (yalnız təyinatı üzrə istifadə edilməlidir);
  • Gül dəstəsi (əl yükünün icazə verilən ölçülərindən artıq olmamalıdır);
  • Uşaqla səyahət zamanı lazım ola biləcək uşaq qidası, yol beşiyi, yüngül, qatlanan uşaq arabası (hava gəmisinin baqaj bölməsində daşınır);
  • Fiziki imkanları məhdud olan sərnişinlər üçün qatlanan kreslo-araba (hava gəmisinin baqaj bölməsində daşınır) və qoltuqağacları və ya əsa;
  • Çətir və uçuşda oxumaq üçün müəyyən miqdarda materiallar.

Həmçinin, aviadaşıyıcının xüsusi reyslərində "Büdcə" tarifindən başqa, müvafiq olaraq 10 kq və 23 kq qeydiyyatdan keçirilən baqajın daşınması daxil olmaqla, "Standart" və "Super" tarifləri üzrə aviabiletlər əldə etmək imkanı təklif olunur. 

Oxumağa davam et

İqtisadiyyat

İpoteka almaq istəyənlərə ŞAD XƏBƏR: 17 yanvardan başlayaraq...

İpoteka və Kredit Zəmanət Fondu (İKZF) ipoteka müvəkkil banklara yeni limitlər ayırıb.

Publika.az-a bu barədə Fonddan bildirilib.

Məlumata görə, limitlər yanvarın 17-də, saat 11:00-da aktivləşdiriləcək.

Xatırladaq ki, bu günə qədər İKZF 36 838 borcalana 2 milyard 000,674 milyon manat kredit verib.

Oxumağa davam et
Reklam

Gündəm