Xəbərlər - Publika.az
Bizi izləyin

İqtisadiyyat

“Brent” markalı neftin qiyməti 87 dolları ötdü

Dünya bazarında neftin qiyməti bahalaşmaqda davam edir.

Publika.az xəbər verir ki, “Brent” markalı neftin qiyməti 2014-cü ilin oktyabr ayından sonra ilk dəfə olaraq bir barel üçün 87 ABŞ dollarını ötüb.

Mart fyuçerslərinin qiyməti 0,84 % artaraq bir barel üçün 87,31 ABŞ dolları təşkil edib.

WTI neftinin də fyuçersləri 1,3% artaraq 84,38 ABŞ dolları olub.

Rəylər
Oxumağa davam et
Reklam

İqtisadiyyat

Bu sərgilərə 449 şirkət qatılacaq

Mayın 18-dən 20-dək keçiriləcək 15-ci yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (Caspian Agro 2022) və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi (InterFood Azerbaijan) sərgilərinə həsr olunmuş mətbuat konfransı keçirilib. 

Publika.az-ın xəbərinə görə, təşkilatçılar bildiriblər ki, bu il sərgidə rekord sayda milli və regional stendlər nümayiş olunacaq. Sərgilərdə 24 ölkədən 449 şirkət iştirakını təsdiqləyib.

“Caspian Agro” kənd təsərrüfatı sahəsində ən böyük beynəlxalq sərgidir. Sərgi Azərbaycan Respublikasının aqrar-sənaye kompleksində mütərəqqi texnologiyaların tətbiqi, kənd təsərrüfatı sahəsinin yerli və xarici mütəxəssisləri arasında təcrübə mübadiləsi, qarşılıqlı faydalı işgüzar əlaqələrin gücləndirilməsi üçün bazarda praktiki vasitə kimi özünü doğruldub. Sərgi kənd təsərrüfatı sektorunun ən əsas iştirakçılarını, yerli və xarici mütəxəssisləri, aralarında idxalçılar, ixracatçılar, distribyutorlar, topdan və pərakəndə satış təmsilçiləri, eləcə də fermerlərin yer aldığı minlərlə peşəkar ziyarətçini bir araya gətirir. Bu il Caspian Agro sərgisində dünyanın 20 ölkəsindən 294 şirkət iştirak edir. ABŞ, Almaniya, Azərbaycan, Belarus, Belçika, Böyük Britaniya, Çin, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, İspaniya, İsrail, İtaliya, Rusiya, Slovakiya, Türkiyə, Yaponiya, Yunanıstan şirkətləri iştirak edəcək.

Bu il “Caspian Agro” sərgisi ağıllı kənd, süni intellekt, İT xidmətləri, pilotsuz uçuş aparatları (Dronlar) kimi bölmələri əhatə edən “Smart Agro” istiqamətini təqdim edir. Sərginin işgüzar proqramı sadalanan mövzulara uyğun olacaq. Belə ki, mayın 18-də sərgi çərçivəsində “Smart Agro: Kənd Təsərrüfatında İnnovasiyaların təbliği” mövzusunda konfrans keçiriləcək. Sərgidə “Smart Agro” çərçivəsində artıq icrasına başlanan və eləcə də işğaldan azad edilmiş Qarabağ ərazilərində həyata keçirilməsi planlaşdırılan layihələr təqdim olunacaq.

Qeyd edək ki, hər il təşkilatçılar regionlardan gələn fermerlər üçün sərgi üzrə turlar təşkil edirlər və bu tədbir çərçivəsində fermerlər ən son sənaye yenilikləri ilə tanış ola bilirlər. Bu il 40-a yaxın rayondan fermerlər üçün turlar təşkil olunub.

“Caspian Agro” sərgisi ilə eyni vaxtda Xəzər regionunun qida sənayesi şirkətlərinin əsas görüş yeri olan “InterFood Azerbaijan” sərgisi keçiriləcək. “InterFood Azerbaijan” sərgisində 12 ölkədən 155 şirkət iştirak edəcək. Sərgidə Azərbaycan, Belarus, Belçika, Böyük Britaniya, Hindistan, İran, İtaliya, Litva, Rusiya, Səudiyyə Ərəbistanı, Şri-Lanka, Türkiyə ölkələrindən sirkətlər iştirak edir. “InterFood Azerbaijan 2022” sərgisinin ekspozisiyasında qida sənayesinin müxtəlif sahələri üçün məhsullar təqdim ediləcək. 15-ci Yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro 2022” və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan 2022” sərgilərində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə qida sənayesi və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektləri öz məhsul və xidmətlərini təqdim edəcəklər.

“Caspian Agro 2022” və “InterFood Azerbaijan 2022” sərgiləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin aktiv dəstəyi və iştirakı ilə keçirilir. Sərgilər Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən dəstəklənir.

Oxumağa davam et

İqtisadiyyat

Neft ucuzlaşdı

Dünya birjalarında neft qiymətləri yenidən ucuzlaşıb.

Publika.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir bareli 109,23 dollara, yüngül neftin bir bareli isə 108,37 dollara düşüb.

Oxumağa davam et

İqtisadiyyat

Azərbaycan və Gürcüstan gömrükçüləri arasında görüş - FOTO

Gürcüstanda səfərdə olan Dövlət Gömrük Komitəsinin nümayəndə heyəti gürcüstanlı həmkarları ilə görüş keçiriblər. Görüşdə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov, Komitə sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov və Komitənin aidiyyəti strukturlarının əməkdaşları, Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin rəhbəri Levan Kakava, qurumun rəis müavini Vladimir Xundadze və həmin nazirliyin Gömrük departamentinin rəhbəri Zurab Siçinava iştirak ediblər.

Komitədən Publika.az-a verilən məlumata görə, görüşdən əvvəl nümayəndə heyətləri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Gürcüstanın paytaxtı Tiflis şəhərində ucaldılan abidəsini ziyarət edərək abidənin qarşısına gül dəstələri qoyub, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.

Görüşdə Azərbaycan-Gürcüstan və Gürcüstan-Türkiyə arasındakı gömrük-keçid məntəqələrində mövcud vəziyyət, yük nəqliyyat vasitələrinin sıxlıqları və onların aradan qaldırılması üçün dəmiryolu vasitəsilə yükdaşımaların artırılması imkanları müzakirə olunub.

Bildirilib ki, sıxlıqların yaranmasına səbəb son aylarda Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu ilə tranzit qaydada hərəkət edən yük nəqliyyat vasitələrinin sayının sürətlə və dəyişkən qrafik əsasında artmasıdır. Tərəflər “Qırmızı Körpü” və “Mazımçay” gömrük-keçid məntəqələrindən keçən nəqliyyat vasitələrinin sayının artırılmasının, bu məqsədlə sərhədkeçmə prosedurlarının səmərəliliyinin yüksəldilməsinin vacibliyini vurğulayıb, qarşıya çıxan problemlərin operativ şəkildə həll edilməsi istiqamətində mütəmadi görüşlərin təşkilini qərara alıblar.

Nümayəndə heyətləri iki ölkənin sərhədində yerləşən “Sadıxlı” və “Qırmızı Körpü” gömrük postlarında mövcud vəziyyətlə də tanış olublar, nəqliyyat vasitələrinin keçidi­nin intensivliyinin artırılması istiqamətində operativ tədbirlərin görülməsinin vacib­liyini vurğulayıblar. Eyni zamanda, tərəflər iki ölkə arasındakı mövcud sazişə əsasən in­şası nəzərdə tutulan və birgə gömrük nəzarətinin təşkil olunacağı “İpək yolu” “Ab­reşumis Qza” gömrük postunun yerləşdiyi əraziyə baxış keçirib, layihələndirmə işləri ilə yaxından tanış olub, bu istiqamətdə gömrük orqanları və sərhəd xidmətləri ara­sında birgə fəaliyyətin təşkili, iş planının hazırlanması ilə bağlı müzakirələr aparıblar.

Oxumağa davam et
Reklam

Gündəm