Manat ucuzlaşacaq? - S&P proqnozunu BƏYAN ETDİ - Publika.az
Bizi izləyin

İqtisadiyyat

Manat ucuzlaşacaq? - S&P proqnozunu BƏYAN ETDİ

Azərbaycan Mərkəzi Bankının (AMB) mütəmadi müdaxilələri ilə ölkədə ABŞ dollarının məzənnəsi 1,7 manat səviyyəsində saxlanılacaq.

Publika.az Report-a istinadla xəbər verir ki, bunu "Standard & Poor's" (S&P) beynəlxalq reytinq agentliyi bəyan edib. 

"Buna baxmayaraq, fikrimizcə, karbohidrogen qiymətləri kəskin enərsə və uzun müddət aşağı səviyyədə qalarsa, rəsmi orqanlar məzənnəyə düzəliş edilməsi imkanını nəzərdən keçirə bilər. Bu, AMB-nin 2015-ci ildə məruz qaldığı xarici valyuta ehtiyatlarının əhəmiyyətli itkisinin qarşısını almağa kömək edə bilər", - məlumatda deyilir.

S&P 2026-cı ilə qədər Azərbaycan manatının Amerika valyutası qarşısında məzənnəsinin dəyişməyəcəyini proqnozlaşdırır. 

2021-ci ildə əmtəə birjalarında "Brent" markalı neftin bir barelinin orta qiyməti 2020-ci ildəki 43 ABŞ dollarına qarşı 71 ABŞ dolları təşkil etdiyi bəyan edən S&P 2022-ci ildə qiymətin orta hesabla 75 ABŞ dolları, 2023-cü ildə 65 ABŞ dolları, 2024-2025-ci illərdə isə 55 ABŞ dolları olacağını proqnozlaşdırır.  Azərbaycanın 2022-ci il üçün büdcəsində neftin orta qiyməti 1 barel üçün 50 ABŞ dolları səviyyəsində müəyyən edilib.

"S&P" həmçinin Azərbaycan və Türkiyənin mərkəzi bankları arasında qonşu ölkənin valyuta ehtiyatlarının artırılmasına kömək etmək üçün bağlanılacaq svop müqaviləsi üzrə danışıqları da şərh edib: "Danışıqlar prosesi barədə ətraflı məlumata malik olmasaq da, mümkün müqaviləni əsasən siyasi motivli hesab edirik və bununla da AMB-nin beynəlxalq ehtiyatlarının əhəmiyyətli dərəcədə azaldacağını gözləmirik”. 

Rəylər
Oxumağa davam et
Reklam

İqtisadiyyat

Azərbaycan nefti bahalaşdı

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,94 ABŞ dolları, yaxud 2,39 % artaraq 125,75 ABŞ dolları təşkil edib.

Bu barədə Publika.az-a neft bazarındakı mənbə məlumat verib.

Ötən həftənin şənbə günü “Brent” markalı neftin bir bareli 117,55 ABŞ dolları olub.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.

Oxumağa davam et

İqtisadiyyat

Rumıniyada “SOCAR Petroleum SA” şirkətinin ötən il gəlirləri 2,4 dəfə artdı

Rumıniyada yanacaqdoldurma məntəqələrinə sahib olan və enerji bazarında xüsusi nüfuzu ilə seçilən SOCAR-ın bu ölkədə törəmə “SOCAR Petroleum SA” şirkəti ötən il gəlirlərinin və satışlarının artdığını bildirib.

Publika.az xəbər verir ki, bu barədə Rumıniyada biznes və iqtisadiyyat sahəsində qabaqcıl nəşr və internet portal “Economica.net” yazıb.

Nəşrin məlumatına görə, şirkətin ötən il üçün dövriyyəsi 1,42 milyard ley, xalis mənfəəti isə 16,45 milyon ley olub (1 manat-2,73 ley).

Rəqəmlər 2020-ci illə müqayisədə çox müsbət dinamikanı göstərir. Belə ki, 2020-ci ildə SOCAR-ın Rumıniyada 827 milyon ley dövriyyəsi və cəmi 6,8 milyon ley xalis mənfəəti olub. Həmçinin Rumıniya Maliyyə Nazirliyinə təqdim edilən balans məlumatlarına əsasən, şirkətin işçilərinin sayı bir qədər artaraq 669-dan 682-yə çatıb.

Geniş yanacaqdoldurma şəbəkəsini əhatə edən “SOCAR Petroleum SA” hazırda bir neçə illik inkişafdan sonra 67 yanacaqdoldurma məntəqəsi şəbəkəsinə malikdir. Eyni zamanda məqalənin müəllifi iqtisadi ekspert Mihai Nikuts bildirir ki, Azərbaycan TANAP və TAP boru kəməri sistemi vasitəsilə Avropanın qaz tədarükçüsünə çevrilib. Rumıniya rəsmilərinin sözlərinə görə, Bolqarıstan və Yunanıstan arasında interkonnektor qurulduqdan sonra Rumıniya Azərbaycan qazını idxal edəcək. Bu isə ölkəmizin Rumıniyada qaz sektoru biznesində iştirakı ilə nəticələnə bilər. Qeyd olunub ki, bununla bağlı iki ölkə arasında rəsmi görüşlər keçirilib.

Oxumağa davam et

İqtisadiyyat

DGK sədri “Mazımqara” gömrük postunda - FOTO

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev Qərb Ərazi Baş Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən “Mazımqara” gömrük postunda mövcud vəziyyətlə və onun yaxınlığında inşa edilən Ticarətin Asanlaşdırılması Mərkəzinin tikintisilə tanış olub.

Publika.az xəbər verir ki, görülən işlərin icra vəziyyəti ilə tanış olmaq məqsədilə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev “Mazımqara” gömrük postunda olub, idxal və ixrac nəzarət xətlərində prosedurların icrası, nəqliyyat vasitələrinin sərhədkeçmə prosesləri, son dövrlərdə yaranan sıxlıqların operativ şəkildə aradan qaldırılması ilə bağlı tapşırıqlar verib.

Daha sonra Səfər Mehdiyev “Mazımqara” gömrük postunun yaxınlığında inşa olunan Ticarətin Asanlaşdırılması Mərkəzinin tikinti işləri ilə yaxından tanış olub.

Qeyd edək ki, Mərkəz Gürcüstanla sərhəddən nəqliyyat vasitələrinin keçidinin intensivliyinin artırılması, nəqliyyat axınlarının səmərəli şəkildə idarə olunması məqsədilə inşa olunur. Belə ki, nəqliyyat vasitələrinin sürətli keçidini təmin etmək məqsədilə gömrük-sərhəd keçid məntəqələrindəki əməliyyatların bir hissəsi artıq bu mərkəzdə icra olunur. Mərkəzin qismən fəaliyyətə başlaması son dövrlərdə Gürcüstanla sərhəddə yaranan sıxlıqların aradan qaldırılması, sərhədkeçmə proseslərinin səmərəli şəkildə təşkil olunmasında da əhəmiyyətli rol oynayıb.
Komitə sədri Mərkəzin tikintisinin yüksək keyfiyyətlə aparılması, eləcə də “Mazımqara” gömrük postunda sərhədkeçmə prosedurlarının səmərəliliyinin artırılması, qarşıya çıxan problemlərin operativ şəkildə həll edilməsi istiqamətində tapşırıqlar verib.

Oxumağa davam et
Reklam

Gündəm