İqtisadiyyat
Ötən il neft məhsullarının istehsalı 13 faizdən çox artdı

Ötən il neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 4394,6 milyon manat olmaqla, əvvəlki illə müqayisədə 13,4 faiz artıb.
Dövlət Statistika Komitəsindən Publika.az-a bildirilib ki, yanacaq mazutunun istehsalında 70,5 faiz, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalında 67,2 faiz, sürtkü yağlarının istehsalında 39,1 faiz, neft koksunun istehsalında 29,7 faiz, dizel yanacağının istehsalında 16,2 faiz, avtomobil benzininin istehsalında isə 7,9 faiz artım olub.
İqtisadiyyat
Azərbaycan nefti bahalaşdı

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,94 ABŞ dolları, yaxud 2,39 % artaraq 125,75 ABŞ dolları təşkil edib.
Bu barədə Publika.az-a neft bazarındakı mənbə məlumat verib.
Ötən həftənin şənbə günü “Brent” markalı neftin bir bareli 117,55 ABŞ dolları olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.
İqtisadiyyat
Rumıniyada “SOCAR Petroleum SA” şirkətinin ötən il gəlirləri 2,4 dəfə artdı

Rumıniyada yanacaqdoldurma məntəqələrinə sahib olan və enerji bazarında xüsusi nüfuzu ilə seçilən SOCAR-ın bu ölkədə törəmə “SOCAR Petroleum SA” şirkəti ötən il gəlirlərinin və satışlarının artdığını bildirib.
Publika.az xəbər verir ki, bu barədə Rumıniyada biznes və iqtisadiyyat sahəsində qabaqcıl nəşr və internet portal “Economica.net” yazıb.
Nəşrin məlumatına görə, şirkətin ötən il üçün dövriyyəsi 1,42 milyard ley, xalis mənfəəti isə 16,45 milyon ley olub (1 manat-2,73 ley).
Rəqəmlər 2020-ci illə müqayisədə çox müsbət dinamikanı göstərir. Belə ki, 2020-ci ildə SOCAR-ın Rumıniyada 827 milyon ley dövriyyəsi və cəmi 6,8 milyon ley xalis mənfəəti olub. Həmçinin Rumıniya Maliyyə Nazirliyinə təqdim edilən balans məlumatlarına əsasən, şirkətin işçilərinin sayı bir qədər artaraq 669-dan 682-yə çatıb.
Geniş yanacaqdoldurma şəbəkəsini əhatə edən “SOCAR Petroleum SA” hazırda bir neçə illik inkişafdan sonra 67 yanacaqdoldurma məntəqəsi şəbəkəsinə malikdir. Eyni zamanda məqalənin müəllifi iqtisadi ekspert Mihai Nikuts bildirir ki, Azərbaycan TANAP və TAP boru kəməri sistemi vasitəsilə Avropanın qaz tədarükçüsünə çevrilib. Rumıniya rəsmilərinin sözlərinə görə, Bolqarıstan və Yunanıstan arasında interkonnektor qurulduqdan sonra Rumıniya Azərbaycan qazını idxal edəcək. Bu isə ölkəmizin Rumıniyada qaz sektoru biznesində iştirakı ilə nəticələnə bilər. Qeyd olunub ki, bununla bağlı iki ölkə arasında rəsmi görüşlər keçirilib.
İqtisadiyyat
DGK sədri “Mazımqara” gömrük postunda - FOTO

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev Qərb Ərazi Baş Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən “Mazımqara” gömrük postunda mövcud vəziyyətlə və onun yaxınlığında inşa edilən Ticarətin Asanlaşdırılması Mərkəzinin tikintisilə tanış olub.
Publika.az xəbər verir ki, görülən işlərin icra vəziyyəti ilə tanış olmaq məqsədilə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev “Mazımqara” gömrük postunda olub, idxal və ixrac nəzarət xətlərində prosedurların icrası, nəqliyyat vasitələrinin sərhədkeçmə prosesləri, son dövrlərdə yaranan sıxlıqların operativ şəkildə aradan qaldırılması ilə bağlı tapşırıqlar verib.
Daha sonra Səfər Mehdiyev “Mazımqara” gömrük postunun yaxınlığında inşa olunan Ticarətin Asanlaşdırılması Mərkəzinin tikinti işləri ilə yaxından tanış olub.
Qeyd edək ki, Mərkəz Gürcüstanla sərhəddən nəqliyyat vasitələrinin keçidinin intensivliyinin artırılması, nəqliyyat axınlarının səmərəli şəkildə idarə olunması məqsədilə inşa olunur. Belə ki, nəqliyyat vasitələrinin sürətli keçidini təmin etmək məqsədilə gömrük-sərhəd keçid məntəqələrindəki əməliyyatların bir hissəsi artıq bu mərkəzdə icra olunur. Mərkəzin qismən fəaliyyətə başlaması son dövrlərdə Gürcüstanla sərhəddə yaranan sıxlıqların aradan qaldırılması, sərhədkeçmə proseslərinin səmərəli şəkildə təşkil olunmasında da əhəmiyyətli rol oynayıb.
Komitə sədri Mərkəzin tikintisinin yüksək keyfiyyətlə aparılması, eləcə də “Mazımqara” gömrük postunda sərhədkeçmə prosedurlarının səmərəliliyinin artırılması, qarşıya çıxan problemlərin operativ şəkildə həll edilməsi istiqamətində tapşırıqlar verib.
- Siyasət27 May 2022 22:11
Ərdoğan sabah Azərbaycana səfər edəcək
- Dünya27 May 2022 21:37
Fars körfəzidə GƏRGİNLİK: SEPAH iki yunan tankerini ƏLƏ KEÇİRDİ
- Siyasət27 May 2022 21:15
Şahbaz Şərif: "Azərbaycanı dəstəkləməkdən qürur duyuruq"
- Hadisə27 May 2022 21:00
Bərdədə DƏHŞƏT: qızının toyu günü evi yanıb KÜLƏ DÖNDÜ
- İdman27 May 2022 20:31
“Qarabağ” hesabı bərabərləşdirdi - YENİLƏNİR
- Sosial27 May 2022 19:24
Bayraktar Şuşa səfərindən danışdı: "Xarıbülbülü canlı görəndə anladım ki..." - FOTO
- Siyasət27 May 2022 18:48
Mehriban Əliyeva Ağalı kəndindən paylaşım etdi - FOTO
- Sosial27 May 2022 18:44
Saleh Rüstəmli də ƏFV EDİLDİ