Pakistanın iş adamları Azərbaycana səfər edəcək - Publika.az
Bizi izləyin

İqtisadiyyat

Pakistanın iş adamları Azərbaycana səfər edəcək

Azərbaycan Respublikasının Pakistandakı səfiri Xəzər Fərhadov Pakistanın, iki ölkə arasında iqtisadi-ticari əlaqələrin artırılmasına töhfə verəbiləcək potensialı olan müxtəlif sənaye bölgələrini ziyarət edib.

Ziyarət zamanı pakistanlı işadamlarından ibarət heyətin ölkəmizə səfərinin təşkil olunacağı bildirilib.

Azərbaycan Respublikasının Pakistandakı Səfirliyindən Publika.az-a verilən məlumata görə, bu ölkənin nüfuzlu şirkətlərindən biri olan "Sardar Group Company"-nin rəhbəri, eləcə də İslamabad Sənaye və Ticarət Palatasının keçmiş prezidenti Sərdar Yasir İlyas Xanın təşkilatçılığı ilə baş tutan ziyarət zamanı, X.Fərhadov bu ölkənin yeyinti, əczaçılıq və informasiya texnologiyaları sahəsində ixtisaslaşmış zavod və fabriklərinə baxış keçirərək iş prosesləri ilə yaxından tanış olub.

Ziyarət zamanı ölkələrimiz arasındakı əlaqələrin yüksək səviyyədə olmasından məmnunluq ifadə olunub, iqtisadi əlaqələrin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb, eləcə də pakistanlı işadamlarından ibarət heyətin ölkəmizə səfərinin təşkil olunacağı diqqətə çatdırılıb.

Rəylər
Oxumağa davam et
Reklam

İqtisadiyyat

Bu gün Davos İqtisadi Forumu başlayır

Bu gün Davosda 35 ildən sonra ilk dəfə Rusiya iş adamları və rəsmilərinin iştirakı olmadan Dünya İqtisadi Forumu işinə başlayır.

Publika.az xəbər verir ki, konfrans zamanı Ukrayna Prezidenti Vladimir Zelenski də çıxış edəcək.

Beynəlxalq toplantının əsas mövzuları

Bu il görüşün mərkəzi mövzusu belədir: “Tarixdə dönüş nöqtəsi: dövlət siyasəti və biznes strategiyaları”dır. Ümumilikdə, iştirakçılar bir sıra məsələlərə toxunacaqlar, o cümlədən: Rusiyanın Ukraynaya müdaxiləsi, Ukrayna infrastrukturunun bərpası, COVID-19 pandemiyası və iqlim dəyişikliyi.

Tədbirdə 2,5 milyondan çox insan, o cümlədən 50-yə yaxın dünya lideri iştirak edəcək. Onların arasında Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen, BQXK-nın rəhbəri Peter Maurer, BVF-nin rəhbəri Kristalina Georgiyeva, Polşa Prezidenti Anjey Duda, NATO-nun baş katibi Yens Stoltenberq də var.

Oxumağa davam et

İqtisadiyyat

Qarabağın bərpasına xərclənən vəsait açıqlandı

2021-ci ilin dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üzrə ümumilikdə 2,2 milyard manat nəzərdə tutulub. Müvafiq istiqamət üzrə ilin sonuna icra edilmiş məbləğ 2,178 milyard manat olub ki, bu da təsdiq edilmiş göstəricinin 99 %-nə bərabərdir.

Publika.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyi”ndə bildirilib.

Həmin vəsaitdən avtomobil yollarının layihələndirilməsi və tikintisi üçün 1590,2 milyon manat (proqnoza nisbətən 0,2 milyon manat az), dəmir yolu xətlərinin layihələndirilməsi və tikintisi üçün 261,1 milyon manat, işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi üçün 97,6 milyon manat, kadastr xidmətlərinin və torpaq sahələrinin qiymətləndirilməsi işlərinin aparılması, habelə sənaye parklarının yaradılması üçün 67,2 milyon manat (proqnoza nisbətən 0,1 milyon manat az), “Ağıllı Kənd”in layihələndirilməsi və tikintisi, habelə kənd təsərrüfatı texnikasının alınması üçün 62,8 milyon manat (proqnoza nisbətən 1,0 milyon manat və ya 1,6 faiz az), Kəlbəcər rayonu ərazisində dövlət sərhədinin mühafizəsi və müdafiəsinin təşkilinin etibarlı və dayanıqlı elektrik enerjisi ilə təchizatı üçün 24,5 milyon manat, turizm infrastrukturunun yenidən qurulması üçün 18,3 milyon manat (proqnoza nisbətən 8,8 milyon manat və ya 32,5 faiz az), işğaldan azad olunmuş ərazilərdə içməli su təchizatında sabitliyin təmin olunması məqsədilə mövcud qurğuların əsaslı təmiri və su təminatının yaxşılaşdırılması üçün 12,8 milyon manat, Şuşa, Cəbrayıl, Ağdam, Füzuli, Zəngilan, Qubadlı və Kəlbəcər şəhərlərinin baş planlarının hazırlanması üçün 12,4 milyon manat (proqnoza nisbətən 0,8 milyon manat az), yaradılmış yanğından mühafizə hissələri və bölmələri üçün yanğınsöndürən nəqliyyat vasitələrinin alınması üçün 11,4 milyon manat, muzey, memorial kompleks, məscid və digər mədəniyyət obyektlərinin layihələndirilməsi və tikintisi üçün 6,7 milyon manat (proqnoza nisbətən 9,4 milyon manat və ya 58,4 faiz az), xüsusi texnikanın alınması üçün 6,4 milyon manat, Ağdam və Cəbrayıl şəhərlərində orta məktəb binasının layihələndirilməsi və tikintisi üçün 3,2 milyon manat (proqnoza nisbətən 0,3 milyon manat az), Şuşa və Cəbrayıl şəhərlərində yeni xəstəxanaların layihələndirilməsi və tikintisi üçün 1,0 milyon manat və digər zəruri işlərin görülməsi üçün 2,8 milyon manat məbləğində vəsait yönəldilib.

Oxumağa davam et

İqtisadiyyat

Bu qaydalarda dəyişiklik edildi

Nazirlər Kabineti təminatdan istifadə etməklə gömrük borcunun ödənilməsinin təmin edilməsi və malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydalarında dəyişiklik edib.

Publika.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərar “Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 29 oktyabr tarixli 390-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə hazırlanıb.

Belə ki, adıçəkilən Qanunla Gömrük Məcəlləsinə edilmiş dəyişikliyə əsasən gömrük orqanları malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsinə icazə verməzdən əvvəl yalnız bu Məcəllənin 252-ci maddəsinə (fakültativ (məcburi olmayan) təminat) uyğun olaraq təminatın verilməsini tələb edə bilərlər.

Bununla əlaqədar Nazirlər Kabinetinin adıçəkilən qərarlarının Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması zərurəti yaranıb.

Oxumağa davam et
Reklam

Gündəm