“Aqro-Turizm İnvestisiya Forumu” keçirildi - Publika.az
Bizi izləyin

İqtisadiyyat

“Aqro-Turizm İnvestisiya Forumu” keçirildi

Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Tərəfdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondunun icra etdiyi “Agri-Vision” layihəsi çərçivəsində Bakı şəhərində “Aqro-Turizm İnvestisiya Forumu” keçirilib.

Publika.az xəbər verir ki, layihənin strateji məqsədi əlavə məşğulluq və gəlirin yaradılması üçün bazara əsaslanan həlləri təşviq etməklə kənd yerlərinin inkişafına dəstək verməkdir. Layihə Azərbaycanın şəhər və kənd əhalisi arasında əlaqəni gücləndirməklə yanaşı, kənd təsərrüfatı və turizmi yeni məhsul və xidmətlərdə birləşdirərək Azərbaycanın cənub bölgələrindəki kənd təsərrüfatlarına gəlirlərini artırmağa imkan yaradan davamlı, təkrarlana bilən aqrar/eko-turizmin inkişaf mexanizmini sınaqdan keçirməyə hədəflənir. 

Layihənin əsas məqsədi qeyri-neft sektorunun genişləndirilməsi, eləcə də şəhər və kənd yerləri arasında gəlir fərqinin aradan qaldırılması ilə bağlı Azərbaycan hökumətinin inkişaf məqsədlərinə uyğundur. 

Layihə Avropa İttifaqının “Azərbaycanın İnteqrasiya edilmiş Regional İnkişafı (IRDA)” 2015-ci il üçün İllik Fəaliyyət Proqramının bir hissəsi kimi həyata keçirilir. İnvestisiya forumunun keçirilməsində əsas məqsəd Lənkəran-Astara iqtisadi rayonundan olan fermerlər və xidmət təminatçılarına “Agri-Vision” layihəsinin köməyi ilə yaradılan fərdi turizm məkanlarının inkişaf strategiyalarını və biznes planlarını potensial investorlara təqdim etmək üçün platforma təklif etməkdir.

Həmçinin, layihə çərçivəsində bacarıqların artırılması tədbirlərində iştirak etmiş təsərrüfat sahibləri və xidmət təminatçıları arasında keçirilmiş "Biznes Plan Müsabiqəsi" çərçivəsində də qalib gələn iştirakçılara öz biznes planlarını reallaşdırmaları üçün kiçik məbləğdə qrant mükafatları (2000 avroya qədər) nəzərdə tutulub. 

Tədbirdə 40-a yaxın özəl investorlar, banklar, kiçik və orta sahibkarlıq, kənd təsərrüfatı  və kənd yerlərinin inkişafı ilə məşğul olan dövlət qurumları, eləcə də Azərbaycanda bu sahədə çalışan beynəlxalq təşkilatlar iştirak edib. 

Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko açılış nitqində qeyd edib: “Davamlılığa diqqət yetirməklə dayanıqlı kənd təsərrüfatı və kənd yerlərinin inkişafı Azərbaycanla əməkdaşlığın prioritet sahəsidir. Yerli qida və kənd təsərrüfatı irsi ilə əlaqəli aqroturizm fermalarda çox ehtiyac duyulan gəlirin şaxələndirilməsini təmin edən Aİ-nin kənd təsərrüfatı ilə bağlı iqtisadiyyatının önəmli sektoruna çevrilib və biz bu sahədə öz siyasətimizi və təcrübələrimizi tərəfdaşlarımızla bölüşməkdən məmnunuq. Mən fərqli landşaftı, zəngin biomüxtəlifliyə məxsus təsərrüfatı və təsərrüfat ənənələri olan Azərbaycanda aqroturizmin inkişafı üçün böyük potensial görürəm. Bu gün investisiya ideyalarını təqdim edən fermerlərə bizneslərində uğurlar arzulayıram”.

Rəylər
Oxumağa davam et
Reklam

İqtisadiyyat

Azərbaycan nefti bahalaşdı

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,94 ABŞ dolları, yaxud 2,39 % artaraq 125,75 ABŞ dolları təşkil edib.

Bu barədə Publika.az-a neft bazarındakı mənbə məlumat verib.

Ötən həftənin şənbə günü “Brent” markalı neftin bir bareli 117,55 ABŞ dolları olub.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.

Oxumağa davam et

İqtisadiyyat

Rumıniyada “SOCAR Petroleum SA” şirkətinin ötən il gəlirləri 2,4 dəfə artdı

Rumıniyada yanacaqdoldurma məntəqələrinə sahib olan və enerji bazarında xüsusi nüfuzu ilə seçilən SOCAR-ın bu ölkədə törəmə “SOCAR Petroleum SA” şirkəti ötən il gəlirlərinin və satışlarının artdığını bildirib.

Publika.az xəbər verir ki, bu barədə Rumıniyada biznes və iqtisadiyyat sahəsində qabaqcıl nəşr və internet portal “Economica.net” yazıb.

Nəşrin məlumatına görə, şirkətin ötən il üçün dövriyyəsi 1,42 milyard ley, xalis mənfəəti isə 16,45 milyon ley olub (1 manat-2,73 ley).

Rəqəmlər 2020-ci illə müqayisədə çox müsbət dinamikanı göstərir. Belə ki, 2020-ci ildə SOCAR-ın Rumıniyada 827 milyon ley dövriyyəsi və cəmi 6,8 milyon ley xalis mənfəəti olub. Həmçinin Rumıniya Maliyyə Nazirliyinə təqdim edilən balans məlumatlarına əsasən, şirkətin işçilərinin sayı bir qədər artaraq 669-dan 682-yə çatıb.

Geniş yanacaqdoldurma şəbəkəsini əhatə edən “SOCAR Petroleum SA” hazırda bir neçə illik inkişafdan sonra 67 yanacaqdoldurma məntəqəsi şəbəkəsinə malikdir. Eyni zamanda məqalənin müəllifi iqtisadi ekspert Mihai Nikuts bildirir ki, Azərbaycan TANAP və TAP boru kəməri sistemi vasitəsilə Avropanın qaz tədarükçüsünə çevrilib. Rumıniya rəsmilərinin sözlərinə görə, Bolqarıstan və Yunanıstan arasında interkonnektor qurulduqdan sonra Rumıniya Azərbaycan qazını idxal edəcək. Bu isə ölkəmizin Rumıniyada qaz sektoru biznesində iştirakı ilə nəticələnə bilər. Qeyd olunub ki, bununla bağlı iki ölkə arasında rəsmi görüşlər keçirilib.

Oxumağa davam et

İqtisadiyyat

DGK sədri “Mazımqara” gömrük postunda - FOTO

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev Qərb Ərazi Baş Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən “Mazımqara” gömrük postunda mövcud vəziyyətlə və onun yaxınlığında inşa edilən Ticarətin Asanlaşdırılması Mərkəzinin tikintisilə tanış olub.

Publika.az xəbər verir ki, görülən işlərin icra vəziyyəti ilə tanış olmaq məqsədilə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev “Mazımqara” gömrük postunda olub, idxal və ixrac nəzarət xətlərində prosedurların icrası, nəqliyyat vasitələrinin sərhədkeçmə prosesləri, son dövrlərdə yaranan sıxlıqların operativ şəkildə aradan qaldırılması ilə bağlı tapşırıqlar verib.

Daha sonra Səfər Mehdiyev “Mazımqara” gömrük postunun yaxınlığında inşa olunan Ticarətin Asanlaşdırılması Mərkəzinin tikinti işləri ilə yaxından tanış olub.

Qeyd edək ki, Mərkəz Gürcüstanla sərhəddən nəqliyyat vasitələrinin keçidinin intensivliyinin artırılması, nəqliyyat axınlarının səmərəli şəkildə idarə olunması məqsədilə inşa olunur. Belə ki, nəqliyyat vasitələrinin sürətli keçidini təmin etmək məqsədilə gömrük-sərhəd keçid məntəqələrindəki əməliyyatların bir hissəsi artıq bu mərkəzdə icra olunur. Mərkəzin qismən fəaliyyətə başlaması son dövrlərdə Gürcüstanla sərhəddə yaranan sıxlıqların aradan qaldırılması, sərhədkeçmə proseslərinin səmərəli şəkildə təşkil olunmasında da əhəmiyyətli rol oynayıb.
Komitə sədri Mərkəzin tikintisinin yüksək keyfiyyətlə aparılması, eləcə də “Mazımqara” gömrük postunda sərhədkeçmə prosedurlarının səmərəliliyinin artırılması, qarşıya çıxan problemlərin operativ şəkildə həll edilməsi istiqamətində tapşırıqlar verib.

Oxumağa davam et
Reklam

Gündəm