SON DƏQİQƏ: Mərkəzi Bank manatla bağlı QƏRAR VERDİ - Publika.az
Bizi izləyin

İqtisadiyyat

SON DƏQİQƏ: Mərkəzi Bank manatla bağlı QƏRAR VERDİ

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi artırılaraq 7,25%-dən 7,5%-ə çatdırılması barədə qərar qəbul edib.

Publika.az xəbər verir ki, bu barədə qurumun sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfrasında məlumat verib.

Onun sözlərinə görə, faiz dəhlizinin aşağı həddi 6% saxlanılıb, yuxarı həddi isə 8,25%-dən 9%-ə qaldırılıb.

Bu qərar bu gündən qüvvəyə minir. AMB-nin İH-nin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı martın 18-də ictimaiyyətə açıqlanacaq.

Rəylər
Oxumağa davam et
Reklam

İqtisadiyyat

Qarabağın bərpasına xərclənən vəsait açıqlandı

2021-ci ilin dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üzrə ümumilikdə 2,2 milyard manat nəzərdə tutulub. Müvafiq istiqamət üzrə ilin sonuna icra edilmiş məbləğ 2,178 milyard manat olub ki, bu da təsdiq edilmiş göstəricinin 99 %-nə bərabərdir.

Publika.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyi”ndə bildirilib.

Həmin vəsaitdən avtomobil yollarının layihələndirilməsi və tikintisi üçün 1590,2 milyon manat (proqnoza nisbətən 0,2 milyon manat az), dəmir yolu xətlərinin layihələndirilməsi və tikintisi üçün 261,1 milyon manat, işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi üçün 97,6 milyon manat, kadastr xidmətlərinin və torpaq sahələrinin qiymətləndirilməsi işlərinin aparılması, habelə sənaye parklarının yaradılması üçün 67,2 milyon manat (proqnoza nisbətən 0,1 milyon manat az), “Ağıllı Kənd”in layihələndirilməsi və tikintisi, habelə kənd təsərrüfatı texnikasının alınması üçün 62,8 milyon manat (proqnoza nisbətən 1,0 milyon manat və ya 1,6 faiz az), Kəlbəcər rayonu ərazisində dövlət sərhədinin mühafizəsi və müdafiəsinin təşkilinin etibarlı və dayanıqlı elektrik enerjisi ilə təchizatı üçün 24,5 milyon manat, turizm infrastrukturunun yenidən qurulması üçün 18,3 milyon manat (proqnoza nisbətən 8,8 milyon manat və ya 32,5 faiz az), işğaldan azad olunmuş ərazilərdə içməli su təchizatında sabitliyin təmin olunması məqsədilə mövcud qurğuların əsaslı təmiri və su təminatının yaxşılaşdırılması üçün 12,8 milyon manat, Şuşa, Cəbrayıl, Ağdam, Füzuli, Zəngilan, Qubadlı və Kəlbəcər şəhərlərinin baş planlarının hazırlanması üçün 12,4 milyon manat (proqnoza nisbətən 0,8 milyon manat az), yaradılmış yanğından mühafizə hissələri və bölmələri üçün yanğınsöndürən nəqliyyat vasitələrinin alınması üçün 11,4 milyon manat, muzey, memorial kompleks, məscid və digər mədəniyyət obyektlərinin layihələndirilməsi və tikintisi üçün 6,7 milyon manat (proqnoza nisbətən 9,4 milyon manat və ya 58,4 faiz az), xüsusi texnikanın alınması üçün 6,4 milyon manat, Ağdam və Cəbrayıl şəhərlərində orta məktəb binasının layihələndirilməsi və tikintisi üçün 3,2 milyon manat (proqnoza nisbətən 0,3 milyon manat az), Şuşa və Cəbrayıl şəhərlərində yeni xəstəxanaların layihələndirilməsi və tikintisi üçün 1,0 milyon manat və digər zəruri işlərin görülməsi üçün 2,8 milyon manat məbləğində vəsait yönəldilib.

Oxumağa davam et

İqtisadiyyat

Bu qaydalarda dəyişiklik edildi

Nazirlər Kabineti təminatdan istifadə etməklə gömrük borcunun ödənilməsinin təmin edilməsi və malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydalarında dəyişiklik edib.

Publika.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərar “Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 29 oktyabr tarixli 390-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə hazırlanıb.

Belə ki, adıçəkilən Qanunla Gömrük Məcəlləsinə edilmiş dəyişikliyə əsasən gömrük orqanları malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsinə icazə verməzdən əvvəl yalnız bu Məcəllənin 252-ci maddəsinə (fakültativ (məcburi olmayan) təminat) uyğun olaraq təminatın verilməsini tələb edə bilərlər.

Bununla əlaqədar Nazirlər Kabinetinin adıçəkilən qərarlarının Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması zərurəti yaranıb.

Oxumağa davam et

İqtisadiyyat

Nazir Azərbaycan-BƏƏ münasibətlərindən yazdı

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında möhkəm dostluğa əsaslanan əlaqələr iqtisadi əməkdaşlığın gücləndirilməsilə zənginləşir.

Publika.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" səhifəsində yazıb.

"Azərbaycan Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın yaradılmasından 14 il keçir", - nazir xatırladıb.

Oxumağa davam et
Reklam

Gündəm