Türkiyədə azərbaycanlı müğənninin başına pul səpdilər - VİDEO - Publika.az
Bizi izləyin

Maqazin

Türkiyədə azərbaycanlı müğənninin başına pul səpdilər - VİDEO

Müğənni Tunar Rəhmanoğlu Türkiyədə bacısı Günel Zeynalova ilə birgə konsert verib.

Publika.az xəbər verir ki, səhnədə Tunarın başına qonaqlardan biri pul səpib.

Tunar həmin görüntüləri sosial şəbəkədə yayımlayıb. "Bayramınız mübarək, əzizlərim. Allah bu sevgini bizə, mənə çox görməsin. 2022-ci ili səhnədə Günellə birlikdə qarşıladıq" , - o, paylaşımında yazıb.






View this post on Instagram











A post shared by Tunar Rahman (@tunar.rahman)

Rəylər
Oxumağa davam et
Reklam

Maqazin

Tanınmış aktyorun qızının toyunda DUYĞULU ANLAR: gəlin göz yaşını saxlaya bilmədi - VİDEO

Tanınmış aktyor Natiq Fərzəliyevin qızı gəlin köçüb.

Publika.az xəbər verir ki, Yevlax rayonunda baş tutan oğlan toyunda maraqlı və duyğulu anlar yaşanıb. Aktyor qızını ona Xalq artisti, bəstəkar Sərdar Fərəcov tərəfindən hədiyyə olunan mahnı ilə təbrik edib.

Gəlin atasının sürprizindən duyğulanaraq göz yaşlarına hakim ola bilməyib.

Aktyor saytımıza açıqlamasında təəssüratını da bölüşüb:

“Ləmanın qız toyu Bakıda oldu, dünən isə Yevlax rayonuna gəlin köçürdük. Bütün atalar kimi, mən də çox sevincli və həyəcanlıydım. Xüsusən də mənə yaxın dostum Xalq artisti, bəstəkar Sərdar Fərəcov tərəfindən mənə hədiyyə olunan mahnını oxuyarkən çox duyğulandım. Ata kimi ən böyük arzum övladımın xoş gününü görməkdir, Allah bunu mənə nəsib etdi”.

"Yenicağ"a istinadla toydan özəl videonu təqdim edirik:

>

Oxumağa davam et

Maqazin

Məşhur aktrisa hamilədir

Türkiyənin ən yaraşıqlı aktyorlarından biri kimi tanınan Barış Arduç ata olacaq. 

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyorun bir müddətdir ekrandan uzaq düşən həyat yoldaşı Gupse Özayın 6 aylıq hamilə olduğu məlum olub. 

Məlumat üçün bildirək ki, 34 yaşlı Barış Arduç və 37 yaşlı Gupse Özay 6 il sevgili olduqdan sonra - 2020-ci ildə münasibətlərini rəsmiləşdiriblər. Pandemiya dövründə ailə quran cütlük sadə mərasim keçirməklə kifayətlənmişdi. 

Oxumağa davam et

Maqazin

Mətanət İsgəndərli gəlini ilə barışmasından danışdı - VİDEO

Video əlavə olunub.


***

Əməkdar artist Mətanət İsgəndərli "Şourum" verilişində keçmiş gəlini Canana ilə barışmasından danışıb. 

Publika.az xəbər verir ki, sualları cavablandırmaq istəməyən İsgəndərli "Qısa olaraq deyim - barışmışıq" deməklə kifayətlənib.

Qeyd edək ki, M.İsgəndərlinin oğlu Kərim və keçmiş gəlini Canana ötən ilin oktyabrında boşanıb. Məhkəmə üç uşağı ilk olaraq ataya vermiş, apellyasiya şikayətindən sonra uşaqlar anaya qaytarılmışdı.

Oxumağa davam et
Reklam

Gündəm