Xəbərlər - Publika.az
Bizi izləyin

Maqazin

Hazal Kaya Bakıya gəlir - VİDEO

Türkiyəli kinoulduz Hazal Kaya “Benden Ne Olur?” adlı yeni filminin təqdimatı üçün Azərbaycana gələcək.

Publika.az xəbər verir ki, bu barədə "Park Cinema" məlumat yayıb.

Bildirilib ki, filmin qala gecəsi 21 yanvar saat 19:00-da "Park Cinema Flame Towers"də baş tutacaq.

Qeyd edək ki, bu filmdə Hazal Kaya ilə yanaşı, Onur Tuna, Nur Fettahoğlu və digər aktyorlar da çəkilib. 

Hazal Kaya "Adını Feriha Koydum" və "Bizim Hikaye" seriallarında çəkildiyi rollara görə Türkiyənin ən məşhur aktrisalarının birinə çevrilib. 2016-cı ildə "Most Beautiful Women in The World" internet saytı onu dünyanın ən gözəl qadınları arasında beşinci yerə layiq görüb.


Rəylər

Maqazin

Xərçəngdən əziyyət çəkən aktrisa son durumundan danışdı - VİDEO

"Sonuncu dəfə ağciyər və sümükdə törəmələr yaranıb. Şüa aldım, kimyaterapiya olmadım. Amma təsiri olmadı, yenidən məcbur kimyaterapiya etdirdim. O ümidlə yaşayıram ki, yenidən sağalacam.  Hərdən ağrılar olanda üzümü örpəklə örtürəm. İnsan içinə çıxanda xəstəliyimi yansıtmamağa çalışıram. Qızım hər dəfə deyir, ana, nə vaxt saçın olacaq? Deyirəm, vitaminlər yeyəcəm olacaq".

Publika.az xəbər verir ki, bu sözləri uzun müddətdir xərçəngdən müalicə alan Əməkdar artist Tünzalə Əliyeva "Günün sədası" proqramında deyib. 

Aktrisa xəstəliyinin yenidən ağırlaşdığını bildirib.

Oxumağa davam et

Maqazin

İmamoğlu məşhur aktyordan ÜZR İSTƏDİ

İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlunun 2022-ci il investisiya proqramına daxil edilməyən Sefaköy-Beylikdüzü metro xətti ilə bağlı verdiyi açıqlaması məşhur aktyorla qalmaqala səbəb olub. 

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İmamoğlu “2020-ci ildə İstanbul Böyükşəhər Məclisində yekdilliklə bir teatr qurdular. Biz təsdiq etmirik. Qoy İstanbuldan getsin, necə olsa, Ankarada səs vermərik deyə avtobus alınmasına əl qaldırdıqları kimi burada da teatr oynamağa çalışmasınlar” ifadələrini işlədib. 

İmamoğlunun teatr sözünü işlətməsini tənqid edən aktyor Fırat Tanış bu barədə tvit atıb: 

“Teatr sənəti ilə əxlaqsızlığı təsvir edən yerli idarəçidən və bağlı olduğu idarədən mədəniyyət siyasətini yürütməsini gözləyirik. Belə getsə, biz daha çox gözləyərik. Müxalifəti belədirsə, onun iqtidarını özünüz düşünün”.

F.Tanışın reaksiyasını haqlı hesab edən İmamoğlu dərhal üzr istəyib:

“Teatr sənətçisi tənqidində haqlıdır. Bugünkü açıqlamamda İstanbulda xidmətlərin qarşısını almağa çalışanların səhvlərini vurğulayarkən “teatr qururlar” deməməliydim. Üzr istəyirəm. Bu sözə görə bütün sənətçi dostlarımı incitdim”.

Cavabında Fırat Tanış “Cənab Əkrəm İmamoğlu gün ərzində bir dələduzluğu izah edərkən “teatr” sözünü işlətdi. Mən bunu tənqid etdim. Haqlı olduğumu yazdı və üzr istədi. Ona bu lütfünə görə təşəkkür edirəm” sözlərini yazıb. 

İmamoğlu cavab olaraq “Bərabərik” yazıb.

Oxumağa davam et

Maqazin

Aparıcı Vüsalənin ölüm xəbəri yayıldı - VİDEO

Aparıcı Vüsalə Əlizadə ölüm xəbərini yayanlara sərt ismarıc göndərib.

Publika.az xəbər verir ki, o, aparıcısı olduğu “7 canlı” proqramında yaxınlarının bu xəbərə sarsıldığını bildirib:

“Yaxın dostum Dilşad xanım durmadan məni yığırdı. Gördüm ki, ağlayıb, qışqırır ki, sən yaxşısan, hər şey yaxşıdır? Telefonla belə xanımı özünü gətirmək yarım saat çəkib. Ard-arası kəsilməyən zənglər etdilər. İnsanın hissləri ilə oynamaq nə qədər asandır. Tik-tok sosial şəbəkəsində xəbər yayıblar ki, Allah rəhmət etsin, Vüsalə Əlizadə vəfat edib”.

Oxumağa davam et
Reklam

Gündəm