Xəbərlər - Publika.az
Bizi izləyin

Maqazin

Bəhram Bağırzadədən AÇIQLAMA: Savadsız, dar düşüncəli...

Əməkdar artist Bəhram Bağırzadə Daxili İşlər Nazirliyi (DİN) tərəfindən qayda pozan vətəndaşların üzr videoları yaymasına bildirdiyi münasibətlə bağlı əlavə açıqlama verib.

Publika.az xəbər verir ki, Əməkdar artist Teleqraf.com-a açıqlamasında DİN-i deyil, alkoqolik və pis vərdişləri olan insanları tənqid etdiyini bildirib:

"Zərərli vərdişləri olan insanlara kömək edirəm ki, bu işə əl atmasınlar. Videoda polis polkovnikinin oğlu kimi çıxış edirəm və DİN-ə kömək etməyə çalışıram. Teatr sənətinin ən birinci vəzifəsi insanları, vətəndaşları tərbiyə etməkdir. Kim elə düşünürsə, savadsız, dar düşüncəli insandır. 22 ildir ki, alkoqollu içkilərdən və tütündən uzaqlaşmışam. Ona görə də istəməzdim ki, ölkəmizdə bu kimi hallar olsun.

Mənim də qohum-əqrəbalarım arasında çoxlu kasıb insanlar var. O video da mənə çox təsir etdi. Mən DİN-ə təklif edirəm ki, sosial mövzuda roliklər çəksinlər, əlbir olmaq lazımdır. 80-ci illərə qədər teatrla DİN arasında əməkdaşlıq olub. Tanınmış insanlar vasitəsilə yol-hərəkət qaydaları və cəmiyyətdə baş verən hadisələrlə bağlı sosial çarxlar çəkilsin ki, insanlar nəticə götürsünlər. Sivil ölkələrdə bu hal mövcuddur və Azərbaycanı da sivil ölkə hesab edirəm".

Qeyd edək ki, bir neçə gün əvvəl isə bu cür videosu yayılan Samid Bağırov adlı şəxs və bayraqla maşınını təmizlədiyi bildirilən 72 yaşlı taksi sürücüsü olub. "Gelandewagen" sürücüsü Samid isə aztəminatlı şəxsləri təhqir edib.

Rəylər

Maqazin

Ruhəngiz Allahverdiyeva oğlunun fotosunu paylaşdı

Əməkdar artist Ruhəngiz Allahverdiyeva oğlunun fotosunu izləyiciləri ilə bölüşüb.

Publika.az xəbər verir ki, İnstaqram hesabında oğlunun fotosunu paylaşan müğənni övladının ad günü olduğunu vurğulayıb.

Əməkdar artist paylaşımına "Oğlum, doğum günün mübarək. Allahdan sənə sağlam, xoşbəxt, şanslı həyat və etibarlı olmağı diləyirəm" sözlərini yazıb.

Qeyd edək ki, R.Allahverdiyevanın iki oğlan, bir qız övladı var. Onun böyük oğlu ailəlidir.

Oxumağa davam et

Maqazin

“Kurtlar Vadisi”nin məşhur aktyoru vəfat etdi - FOTO

“Kurtlar Vadisi Pusu” serialında rol alan aktyor Bozkurt Kuruç dünyasını dəyişib.

Publika.az xəbər verir ki, türk teatrına illərdir xidmət edən və bir çox tamaşalarda rol alan professor B.Kuruç 86 yaşında İzmirdə vəfat edib.

2000-ci ildə dövlət teatrlarından təqaüdə çıxmasına baxmayaraq, səhnəni tərk etməyən sənətçi rejissorluğu öz üzərinə götürərək 2019-2020-ci ildə İzmirdə “Qanlı toy” tamaşasını səhnələşdirib. Kuruç teatrdan başqa bəzi seriallarda, xüsusən də “Kurtlar Vadisi Pusu”da rol alıb.

Oxumağa davam et

Maqazin

Məşhur müğənni geyimi ilə gündəm oldu - FOTO

Türkiyəli müğənni Gülşən son zamanlar səhnə geyimləri ilə gündəmdən düşmür.

Publika.az xəbər verir ki, səhnəyə tül libasla çıxan müğənni tənqid atəşinə tutulub. 

Oxumağa davam et

Gündəm