Xəbərlər - Publika.az
Bizi izləyin

Maqazin

Acundan hər kəsi TƏƏCCÜBLƏNDİRƏN AÇIQLAMA: İflas etdim...

Məşhur aparıcı Acun Ilıcalı ingilis mətbuatına şəxsi həyatı barədə heç yerdə danışmadığı etiraflar edib. 

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “TV 8” kanalının rəhbəri həyatını bir neçə mövsümlük serial adlandırıb. 

“Şəxsi həyatım iki və ya üç mövsümlük çəhrayı serial ola bilər. Qəribə həyat yaşadığım üçün Türkiyədə 10 il ardıcıl olaraq haqqında ən çox xəbər yazılan insanlardan oldum. 

20 yaşımda evləndim, 21 yaşımda ata oldum, 22 yaşımda ailəmi avtomobil qəzasında itirdim. Qızım avtomobilin içində idi. 15 sümük qırığı ilə həyatda qaldı. 23 yaşımda ikən motosiklet qəzası keçirdim və dostum yanımda həyatını itirdi. 24 yaşımda iflas etdim, bir işim yox idi. Həyatda hər neqativi yaşadım”, - Acun qeyd edib.  

Rəylər

Maqazin

Aparıcı Vüsalənin ölüm xəbəri yayıldı - VİDEO

Aparıcı Vüsalə Əlizadə ölüm xəbərini yayanlara sərt ismarıc göndərib.

Publika.az xəbər verir ki, o, aparıcısı olduğu “7 canlı” proqramında yaxınlarının bu xəbərə sarsıldığını bildirib:

“Yaxın dostum Dilşad xanım durmadan məni yığırdı. Gördüm ki, ağlayıb, qışqırır ki, sən yaxşısan, hər şey yaxşıdır? Telefonla belə xanımı özünü gətirmək yarım saat çəkib. Ard-arası kəsilməyən zənglər etdilər. İnsanın hissləri ilə oynamaq nə qədər asandır. Tik-tok sosial şəbəkəsində xəbər yayıblar ki, Allah rəhmət etsin, Vüsalə Əlizadə vəfat edib”.

Oxumağa davam et

Maqazin

Günelin həyat yoldaşı ilə Meksikada tətil günləri - FOTO

Hazırda Amerikada yaşayan eks-aparıcı Günel Hümbətova həyat yoldaşı Firuz Soliyevlə istirahət üçün Tuluma gedib. 

Publika.az xəbər verir ki, o, Meksikada dincələn cütlük tətil fotolarını instaqramda paylaşıb. O, paylaşımına "Bircə mənfisi var: şəkil çəkdirməyi və çəkməyi sevmir” sözlərini yazıb. 

Günel daha sonra arzusunu bölüşüb: “30 yaşıma kimi 15 ölkədə və 30-a yaxın şəhərdə olmuşam. 40 yaşıma kimi 50 ölkəyə səyahət etməyi azru edirəm. Olduğun yerləri saymaq və həmin günlərə getmək, xatirələrə qayıtmaq gözəldir”.

Oxumağa davam et

Maqazin

Zamiq Naxçıvanda konsert verdi

Müğənni Zamiq Hüseynovun növbəti konserti Naxçıvanda baş tutub.

Publika.az xəbər verir ki, Heydər Əliyev sarayında anşlaqla reallaşan musiqili gecəsindən sonra pop ulduz Xizək Mərkəzində sevənlərinin qarşısına çıxdı. Soyuq, qarlı havada "white show" adlı konsertə sənətçi ard-arda sevilən mahnılarını pərəstişkarları üçün oxuyub.


Oxumağa davam et
Reklam

Gündəm