Xəbərlər - Publika.az
Bizi izləyin

Maqazin

Məşhurlar bağçalardan görün nələr dedi

Bağçada azyaşlını döyən tərbiyəçinin  bu əməli məşhurları da ayağa qaldırıb. 

Publika.az xəbər verir ki, məşhurlar valideynləri diqqətli olmağa səsləyib. 

Məsələ ilə bağlı ilk etiraz aparıcı Turan İbrahimovdan gəlib. İki oğul sahibi olan T.İbrahimov hadisəyə kəskin reaksiya verib: 

“Orta məktəbi zorla bitirəni, uşaq bağçalarında “tərbiyəçi” kimi çalışanı müəllimlə, məktəb müəllimləri ilə bir tutmağın özü də başqa cür zorakılıqdır, savadsızlıqdır. Xanımı evdə darıxmasın deyə ona “uşaq bağçası” açanlar elə özləri ağılda və mənəviyyatda olanları da ətraflarına toplayırlar. Nəticəsi də məlumdur… Nə vaxta kimi bir balaca pulu olan “uşaq bağçası” açacaq, hər yerindən durana “uşaq bağçası” işlətməyə lisenziya veriləcək, bax, o vaxta qədər də məlum hallar yaşanacaq”. 

İTV-nin xəbərlər aparıcısı Nərmin Salamova qeyd edib ki, bunun bir adı var, o da əxlaqsızlıq: 

“Hələ qohumu olan uşaqla insanların içində belə davranırsa, digərləri ilə təklikdə nə edir? Başqalarına dəfələrlə bundan da ağır şiddət göstərdiyindən əminəm. Və hamısı nəyə görə? Səhifələrinə uşaqların bir kökəni dişləməsini çəkib yerləşdirməsi üçün. Nə həddə meşşan olmalısan ki, körpəyə verdiyin bir qarın çörəkdən reklam üçün istifadə edəsən, özü də onu vuraraq. Beləsinə sadəcə həbsə atılmaq azdır. Kim gəldi bağçaya, məktəbə “müəllim”, “tərbiyəçi”, “psixoloq” olaraq düzələndə bu tip mənzərələr yaşanmalı idi. İşə götürülərkən onların psixoloji vəziyyəti ən yüksək səviyyədə yoxlanılmalıdır və bağçalarda kameralar olmalıdır ki, valideynin istədiyi vaxt uşağını görüntülü izləmək imkanı olsun. 

Kadrlara baxanda həm də onu düşünürdüm ki, əməlinin üstü açılan budur. Körpələrə əl qaldıraraq cəzasızlıqdan quduran hələ neçə tərbiyəsiz var?! Valideyni şikayətçi olmayıb. Sözün bitdiyi yerdir. Sənin borcun uşağını qorumaqdır, axmaq qohumlarınla münasibətləri malalamaq yox”.

“Xəzər” TV-nin ulduzu Leyla Quliyeva da hadisədən şoka düşdüyünü bildirib:

“Dünəndən o qapazı başımda hiss edirəm. Məncə, o müəllimin bundan sonra pedaqoji fəaliyyətinə son qoyulmalıdr”.

Aparıcı Xoşqədəm Hidayətqızı:

“Dünən övladlarıma qovuşduğum üçün xəbərləri izləməmişdim. Səhər qarşıma ilk bu video çıxdı. Dəhşət içərisindəyəm, əsəb məni boğur. Övladlarım üçün qorxuram. Bu görüntüdən sonra uşaqlarımı bağçaya, məktəbə necə aparacam? Və ya digər valideynlər? Bu, artıq neçənci dəfədir? Bu cür tərbiyəçilər cəzalandırılmır, iş başındadır. Görəsən, bu “tərbiyəçilər” işə götürülərkən psixoloji durumları yoxlanılır? Yoxsa, hər yoldankeçən bu cür tərbiyəsiz tərbiyəçilər işə götürülür? Bu cür tərbiyəçiləri işə götürən bağçaları açanların, sahiblik edənlərin kimliyi araşdırılmalıdır. Sonra da bu cür qəddar, iyrənc, bir körpəyə əl qaldıracaq qədər vicdansız, qadın, ana adına ləkə olan o “tərbiyəçi”ni tərbiyələndirmək lazımdır. Körpələrə qaldırılan əl qırılmalıdır”.

Əməkdar artist Abbas Bağırov isə “Tərbiyəsiz və qanacaqsız “tərbiyəçi” tərəfindən amansızcasına başından vurulur. Bu uşağın yerində hər birimizin övladı ola bilər. Belə insanları evdən çölə buraxmaq olmaz, nəinki tərbiyəçi işləsin haradasa” - paylaşımında qeyd edib.

Aparıcı Zaur Baxşəliyev də məsələyə səssiz qala bilməyib: “Tərbiyəsiz tərbiyəçi. Belə insanlar necə bağçada tərbiyəçi olur? Kim təyin edir onları? Hansı meyarlara görə təyin edirlər? Bunun vidinə bax. Ən son söyüşləri yazmaq istəyirəm ki, hirsim soyusun”.

Müğənni Ayan Babakişiyeva “Əlimdə olsa, bu dəqiqə səni boğaram. Alçaq, sən kimsən o balaca körpəyə əl qaldırırsan? Uşaq, körpə mənim ən zəif nöqtəmdir. Kimin balası olur-olsun, heç kimin haqqı yoxdur körpəni incitməyə. Yazıq bala sakit də uşaqdır. Ağlamır belə” deyərək, məsələyə reaksiya verib.

Rəylər

Maqazin

Xərçəngdən əziyyət çəkən aktrisa son durumundan danışdı - VİDEO

"Sonuncu dəfə ağciyər və sümükdə törəmələr yaranıb. Şüa aldım, kimyaterapiya olmadım. Amma təsiri olmadı, yenidən məcbur kimyaterapiya etdirdim. O ümidlə yaşayıram ki, yenidən sağalacam.  Hərdən ağrılar olanda üzümü örpəklə örtürəm. İnsan içinə çıxanda xəstəliyimi yansıtmamağa çalışıram. Qızım hər dəfə deyir, ana, nə vaxt saçın olacaq? Deyirəm, vitaminlər yeyəcəm olacaq".

Publika.az xəbər verir ki, bu sözləri uzun müddətdir xərçəngdən müalicə alan Əməkdar artist Tünzalə Əliyeva "Günün sədası" proqramında deyib. 

Aktrisa xəstəliyinin yenidən ağırlaşdığını bildirib.

Oxumağa davam et

Maqazin

İmamoğlu məşhur aktyordan ÜZR İSTƏDİ

İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlunun 2022-ci il investisiya proqramına daxil edilməyən Sefaköy-Beylikdüzü metro xətti ilə bağlı verdiyi açıqlaması məşhur aktyorla qalmaqala səbəb olub. 

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İmamoğlu “2020-ci ildə İstanbul Böyükşəhər Məclisində yekdilliklə bir teatr qurdular. Biz təsdiq etmirik. Qoy İstanbuldan getsin, necə olsa, Ankarada səs vermərik deyə avtobus alınmasına əl qaldırdıqları kimi burada da teatr oynamağa çalışmasınlar” ifadələrini işlədib. 

İmamoğlunun teatr sözünü işlətməsini tənqid edən aktyor Fırat Tanış bu barədə tvit atıb: 

“Teatr sənəti ilə əxlaqsızlığı təsvir edən yerli idarəçidən və bağlı olduğu idarədən mədəniyyət siyasətini yürütməsini gözləyirik. Belə getsə, biz daha çox gözləyərik. Müxalifəti belədirsə, onun iqtidarını özünüz düşünün”.

F.Tanışın reaksiyasını haqlı hesab edən İmamoğlu dərhal üzr istəyib:

“Teatr sənətçisi tənqidində haqlıdır. Bugünkü açıqlamamda İstanbulda xidmətlərin qarşısını almağa çalışanların səhvlərini vurğulayarkən “teatr qururlar” deməməliydim. Üzr istəyirəm. Bu sözə görə bütün sənətçi dostlarımı incitdim”.

Cavabında Fırat Tanış “Cənab Əkrəm İmamoğlu gün ərzində bir dələduzluğu izah edərkən “teatr” sözünü işlətdi. Mən bunu tənqid etdim. Haqlı olduğumu yazdı və üzr istədi. Ona bu lütfünə görə təşəkkür edirəm” sözlərini yazıb. 

İmamoğlu cavab olaraq “Bərabərik” yazıb.

Oxumağa davam et

Maqazin

Aparıcı Vüsalənin ölüm xəbəri yayıldı - VİDEO

Aparıcı Vüsalə Əlizadə ölüm xəbərini yayanlara sərt ismarıc göndərib.

Publika.az xəbər verir ki, o, aparıcısı olduğu “7 canlı” proqramında yaxınlarının bu xəbərə sarsıldığını bildirib:

“Yaxın dostum Dilşad xanım durmadan məni yığırdı. Gördüm ki, ağlayıb, qışqırır ki, sən yaxşısan, hər şey yaxşıdır? Telefonla belə xanımı özünü gətirmək yarım saat çəkib. Ard-arası kəsilməyən zənglər etdilər. İnsanın hissləri ilə oynamaq nə qədər asandır. Tik-tok sosial şəbəkəsində xəbər yayıblar ki, Allah rəhmət etsin, Vüsalə Əlizadə vəfat edib”.

Oxumağa davam et
Reklam

Gündəm