Xəbərlər - Publika.az
Bizi izləyin

Maqazin

Murat Boz "Çukur"un məşhur aktrisası ilə sevgilidir? - FOTO

“O Ses Türkiye”nin yeni il özəl proqramında səhnəyə çıxan məşhur aktrisa Damla Sönməzlə Murat Bozun səmimi dueti eşq iddiasını gündəmə gətirib. 

Publika.az xəbər verir ki, mövzu ilə bağlı heç bir açıqlama verməyən Murat Boz mətbuat mənsubları ilə danışarkən Damla Sönməzin adını eşidən kimi maşınına minərək oradan uzaqlaşıb. Damla Sönməz isə eşqlə bağlı fikirlərini bu sözlərlə açıqlayıb: “Sevgi sizin yaradılışınızı yaradan oddur. Ailənizdir, peşənizdir, yaradıcılığınızdan istifadə etdiyiniz yerdir. Sevgi ilə yaşamaq insanı canlı hiss etdirir. Tam olaraq olduğun yerdə dayana bilmək, hazırda mövcud olmaq sevgidir. Başqa yerdə olmaq istəməmək. Tam hiss etmək. Öz-özlüyündə tam, varlığında tamlıqdır. Hərəkətini hər hücrədə hiss etdiyin odda dinc mövcud ola bilməkdir sevgi”.

Qeyd edək ki, Damla Sönməz “Çukur” serialında Efsun Koçovalı obrazı ilə daha da tanınmışdı.

Rəylər

Maqazin

Neslihan Atagül qarda "şortik"də poz verdi - FOTO

Məşhur aktrisa Neslihan Atagül İstanbulu təsiri altına alan qarın keyfini evinin bağçasında çıxarıb.

Publika.az xəbər verir ki, aktriasanın qar kombinasiyası diqqət çəkib. 

 Futbolçu kombinasiyası ilə bağçasında iti ilə poz verən Atagülün geyimi sosial mediada müzakirələrə səbəb olub.

Soyuq və qarlı havaya baxmayaraq, Neslihan Atagül şortikdə qarın dadını çıxarıb. Bu anları isə aktrisanın aktyor həyat yoldaşı Kadir Doğulu görüntüləyib. "Doğulu çölə çıxmaq əvəzinə həyat yoldaşını telefonla evin içindən çəkib" - deyə sosial media izləyiciləri görüntülərə reaksiya veriblər.

Oxumağa davam et

Maqazin

Fahriye Evcendən qarda FOTOSESSİYA

Aktrisa Fahriye Evcenin İstanbula yağan güclü qarda çəkdirdiyi fotolar pərəstişkarları tərəfindən maraqla qarşılanıb.

Publika.az xəbər verir ki, sosial mediada qarda çəkdirdiyi fotolarını paylaşan aktrisa böyük bəyənmə toplayıb.

İzləyiciləri aktrisanı "Qar kraliçası" adlandırıblar.

Oxumağa davam et

Maqazin

Hadisə və baldızı elə rəqs etdilər ki... - FOTO - VİDEO

Sevgilisi Mehmet Dinçerdən evlilik təklifi alan Hadisə gələcək baldızının toyuna qatılıb. 

Publika.az xəbər verir ki, toyda öz mahnılarını ifa edən Hadisə baldızı ilə "Düm tek tek" manısına rəqs ediblər.

Arzuolunmaz gəlin olduğu deyilən Hadisə qayınanası ilə çiyin-çiyinə poza verərək iddiaları təkzib edib.

Oxumağa davam et
Reklam

Gündəm