Xəbərlər - Publika.az
Bizi izləyin

Maqazin

Rəqsanənin qızı səhnədən gedir

Müğənni Rəqsanə İsmayılovanın qızı, müğənni Aysun İsmayılova şəxsi həyatı haqqında danışıb.

Publika.az xəbər verir ki, Aysun İsmayılova "İnstaqram"da canlı yayım açaraq yanvarın 26-da baş tutacaq nişan mərasimindən bəhs edib:

"Nişan tarixini dəqiqləşdirmişik, toy tarixini yox. Ailə qurandan sonra sənətdən gedəcəm".

İfaçı nişanlısının Goranboy rayonundan olduğunu deyib: "Onun 28 yaşı var, namaz qılır. Üzünü göstərmək istəmirəm. Ailə qurandan sonra da Moskvada yaşamağı düşünürük. Toy mərasimi həm Moskvada, həm də Bakıda olacaq".

Rəylər

Maqazin

“Kurtlar Vadisi”nin məşhur aktyoru vəfat etdi - FOTO

“Kurtlar Vadisi Pusu” serialında rol alan aktyor Bozkurt Kuruç dünyasını dəyişib.

Publika.az xəbər verir ki, türk teatrına illərdir xidmət edən və bir çox tamaşalarda rol alan professor B.Kuruç 86 yaşında İzmirdə vəfat edib.

2000-ci ildə dövlət teatrlarından təqaüdə çıxmasına baxmayaraq, səhnəni tərk etməyən sənətçi rejissorluğu öz üzərinə götürərək 2019-2020-ci ildə İzmirdə “Qanlı toy” tamaşasını səhnələşdirib. Kuruç teatrdan başqa bəzi seriallarda, xüsusən də “Kurtlar Vadisi Pusu”da rol alıb.

Oxumağa davam et

Maqazin

Məşhur müğənni geyimi ilə gündəm oldu - FOTO

Türkiyəli müğənni Gülşən son zamanlar səhnə geyimləri ilə gündəmdən düşmür.

Publika.az xəbər verir ki, səhnəyə tül libasla çıxan müğənni tənqid atəşinə tutulub. 

Oxumağa davam et

Maqazin

Məşhur modelyer VƏFAT ETDİ

İtaliyalı modelyer və sahibkar Nino Cerruti əvvəllər omba nahiyəsindən əməliyyat olunaraq xəstəxanaya yerləşdirildiyi Vercelli şəhərində xəstəxanada 92 yaşında vəfat edib. 

Publika.az xəbər verir ki, bu barədə "La Repubblica" qəzeti məlumat yayıb .

Nəşr xatırladıb ki, Cerrutinin rəhbərliyi altında bir çox moda xadimləri, o cümlədən Giorgio Armani də karyeralarına başlayıblar. Cerruti Ferrarinin "Formula 1" komandasının rəsmi dizayneri idi.

O, 1930-cu ildə anadan olub və 1950-ci ildə ailə biznesinə yiyələnib. Cerruti 1957-ci ildə Milanda ilk Hitman geyim xəttini təqdim etdikdən sonra məşhurlaşıb. 1967-ci ildə Parisdə ilk "Cerruti 1881" butiki açılıb.

Oxumağa davam et
Reklam

Gündəm